QAHİRƏ,ArabAZ

Misir prezidenti Əbdülfəttah əs-Sisi bu gün (cümə axşamı) daha geniş qarşıdurma təhlükəsi fonunda Yaxın Şərq turu çərçivəsində ilk dəfə Qahirəyə ötən gecə gələn İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşüb. ArabAZ xəbər verir ki, Misir prezidentinin sözçüsü bildirib ki, görüşdə “bölgədə baş verən hazırkı hadisələr müzakirə olunub və eləcə də Misirin münaqişə dairəsinin genişlənməməsinə çağıran mövqeyini bir daha vurğulanıb”.

 “Bu kontekstdə Prezident Qəzza və Livanda atəşkəs əldə edilməsinə, İordan çayının qərb sahilində pozuntuların və hücumların dayandırılmasına yönəlmiş beynəlxalq səylərin davam etdirilməsinin və intensivləşdirilməsinin, həmçinin daha da pisləşən əzablara son qoymaq üçün təcili və kifayət qədər humanitar yardımın həyata keçirilməsinin zəruriliyini vurğulayıb”-deyə sözçü bildirib.
Qeyd edək ki, İsrailin İrana gözlənilən hücumu ərəfəsində gərginlik artıb.

Share.

Şərhlər bağlıdır.

Exit mobile version