ƏR-RİYAD,ArabAZ

Səudiyyə Ərəbistanının Vəliəhdi və Baş Naziri, Şahzadə Məhəmməd bin Salman bin Əbdüləziz Belçikanın paytaxtı Brüsselin ev sahibliyi etdiyi “Körfəz-Avropa Sammiti”ndə iştirak edən Krallığın nümayəndə heyətinə başçılıq edir. ArabAZ xəbər verir ki, sammmit dünən 15 oktyabrda başlayıb.

Brüssel Sammiti 1989-cu ildə Körfəz Əməkdaşlıq Şurası ilə Avropa İttifaqı arasında rəsmi münasibətlərin qurulmasından sonra dövlət və hökumət başçıları səviyyəsində ilk sammitdir və 33 dövlət başçısı və baş nazirin iştirakı ilə keçirilir.

Körfəz Əməkdaşlıq Şurasının baş katibi Casim Əl-Budaivi bu sammiti “ Körfəz Əməkdaşlıq Şurasının ölkələri ilə Avropa İttifaqı arasında strateji tərəfdaşlıq yolunda mühüm tarixi mərhələ” kimi qiymətləndirərək , bunun hər iki tərəfin öhdəliyini əks etdirdiyini qeyd edib.  O qeyd edib ki, artan regional və beynəlxalq çağırışlar fonunda  keçirilən sammit əlaqələrin gücləndirilməsinə xidmət edəcək.

“Körfəz Əməkdaşlıq Şurası ölkələrinin bütün dünya ölkələri və blokları ilə strateji əlaqələrini gücləndirmək istəyi var. Brukseldə keçirilən sammitdə siyasi, təhlükəsizlik və iqtisadi məsələlər müzakirə ediləcək. Eyni zamanda Yaxın Şərqdəki son vəziyyət də müzakirə ediləcək mpvzular arasındadır”-deyə o bildirib.

Share.

Şərhlər bağlıdır.

Exit mobile version