MƏKKƏ,ArabAZ, Əhməd Salih Hələbi

Məkkədə olan bu qədim məscidin  bir çox adı var və bəziləri onu “Cin Məscidi” kimi tanıyır. Bu  məscid Peyğəmbərin quran oxuduğu zaman cinlərin onu dinləıdiyi məsciddir.

BUu  məscidd Peyğəmbər quranın bir hissəsinu oxudu  sonra isə onu  “Cin Surəsi” nazil edildi.

 “Maariful-Quran” kitabının müəllifif Şeyx Məhəmməd Təqi əl-Misbah bu haqda belə deyir:

Bəzi  rəvayətrlərə görə, cinlərin Peyğəmbər vasitəsilə (sallallahu aleyhi və səlləm) necə hidayət olunduqlarından, Quranı necə eşidib ona iman gətirdiklərindən bəhs edilirdi. Məkkədə Əbu Talib qəbiristanlığının yaxınlığında Əl-Cin məscidi adlanan bir məscid var. Bu məscid cinlərin Həzrət Peyğəmbərlə görüşdüyü və onun vasitəsi ilə İslamı qəbul etdikləri yerdir. Bu haqda Quranda belə deyilir:
(Ey Peyğəmbər!) De: “Cinlərdən bir dəstənin (oxuduğum Quranı) dinləyib belə dedikləri mənə vəhy olundu: “Biz heyrətamiz bir Quran eşitdik
.
O, doğru yola yönəldir. Ona görə də biz ona iman gətirdik və əsla heç kimi Rəbbimizə şərik qoşmayacağıq
!
Şübhəsiz ki, Rəbbimizin şanı çox ucadır! Onun nə zövcəsi, nə də övladı vardır
.
Həqiqətən, bizim səfehimiz (İblis) Allah haqqında həddindən artıq yalan danışırmış
.
Halbuki biz insanların və cinlərin Allaha qarşı əsla yalan danışmayacaqlarını zənn etmişdik
.
Həqiqətən, insanlardan bəziləri cinlərdən bəzilərinə sığınır və onların azğınlıqlarını artırırdılar
.
Onlar da sizin kimi Allahın heç kəsi təkrar diriltməyəcəyini zənn etmişdilər
.

İnb Məsud belə bir rəvayət edir, “ Biz Peyğəmbərlə Məkkədən çıxıb Vadilərə çatarkən Peyğəmbər belə dedi: “Sən bu adamların kim olduğunu bilirsənmi?” dedim: “Xeyr”. Peyğəmbər dedi ki, onlar Nisibin və ya Mosulun cinləri idilər və İslamı qəbul etdilər.”

Əhməd Salih Hələbi ,tanınmış səudiyyəli jurnalist və ekspert

Cinlərin həmin yerdə Rəsulullaha beyət etdikləri rəvayət edildiyinə görə bu məscid həm də “Beyət” məscidi” kimi tanınırdı.

Cin Məscidi Məscidül-həramın şimal-şərq tərəfindəki son nöqtədə  yerləşdiyi üçün bəzən, “Mühafizəçilər məscidi” olaraq da tanınırdı.


Bu məscid və Əl-Qəza məhəlləsində yerləşir ki, bu ad Rəsulullahla bağlıdır, belə ki, Hicrətin səkkizinci ilində Məkkənin fəthi günü Peyğəmbər bayrağını bu yerdə ucaldıb.

Məscidin tikintisi hicri III əsrin əvvəllərinə təsadüf edir.

Hicri 1112-ci ildə Misirdə məmlüklərin böyük şahzadələrindən İbrahim bəy tərəfindən yenidən inşa edilib.Sonra bölgədə yağan yağəşlar nəticəsidnə məscid tam olaraq dağılıb və yerində ağaclar və kollar bitib.
Uzun illər yeri bilinməyən məscid sonrada alimlərin və arxeoloqların birgə səyi nəticəsində araşdırılaraq tapılıb. Mehrabı year atından tapıldıqdan sonra məscid yenidən inşa edilib.

 Məscidin binası bir dəfədən çox təmir olunub ki, sonuncusu dəfə Kral Fəhd bin Əbdüləzizin ( Allah ona rəhmət etsin) – hicri 1421-ci ildə olub və onun ümumi sahəsi təxminən 500 kvadratmetrdir rəngli mərmər və qranit daşlarla örtülüb. Məscidin yanında minarə var.
Mİnarəyə gəlincə, o, şimal-şərqdə yerləşir və yerdən təxminən 28 metr hündürlükdədir. Məscidin biri şimala, digəri isə qərbə açılan iki qapısı var.
Məscidi  qiblə göstəricisi olan mehrab, cənub fasadında yerləşir,içi boş,yastı damlıdır və qranit çərçivə ilə əhatə olunmuşdur. Mehrabdan bir qədər uzaqlıqda isə minbər yerləşir.
Bu qədim və tarixi  məsciddə ümumilikdə 42-yə yaxın düzbucaqlı şüşə pəncərə var. Kişilər üçün ibadət salonunda şərq və qərb divarlarında 21 pəncərə, qadın ibadət salonunda 9 şüşə pəncərə, minarədə isə 12 şüşə pəncərə var.
Tavana gəlincə, o, betondandır və iki hissəyə bölünür, birinci hissə kişilərin ibadət otağındadır. Onun ortasında diametri 7,55 m olan yarımkürəşəkilli günbəzli beton plitə var. Hündürlüyü təqribən 2,5 m-dir, və üzəri Quran ayələri ilə bəzədilmişdir.

Share.

Şərhlər bağlıdır.

Exit mobile version