QÜDS,ArabAZ

İsrailin baş naziri Benyamin Netanyahu müdafiə naziri Yoav Gallantın çərşənbə axşamından çərşənbə gününə keçən gecə Vaşinqtona getməsinə mane olub. ArabAZ xəbər verir ki, İsrail mediasına görə, Netanyahu ABŞ prezidenti Co Baydenlə danışığından əvvəl uçuşun baş tutmayacağını bildirib və Netanyahununn bu qərarı Ağ evi şoka salıb.

ABŞ Müdafiə Nazirliyi İsrailin müdafiə naziri Yoav Gallantın bu həftə Vaşinqtona planlaşdırılan rəsmi səfərini təxirə salındığını təsdiqləyib.

Pentaqonun sözçüsü Sabrina Sinq jurnalistlərə bildirib ki, “Bizə indicə nazir Yoav Qalantin Vaşinqtona səfərini təxirə salması barədə məlumat aldıq”.

Share.

Şərhlər bağlıdır.

Exit mobile version