DOHA,ArabAZ

Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Sani on səkkiz yaşını tamamlayan Qətər vətəndaşlarını ölkədə keçiriləcək konstitusiyaya dəyişikliklərlə bağlı ümumi referendumda iştiraka dəvət edən fərman verib. ArabAZ xəbər verir ki, Qətər Şurası (PArlament) ölkə əmirinin bu ayın ortalarında elan etdiyi və Şura üzvlərinin seçilməsi üçün “təyinat” sisteminə qayıtmağa səbəb olan konstitusiya dəyişiklikləri layihəsini yekdilliklə təsdiqlədi.
Fərmana əsasən referendum bu il noyabrın beşində keşiriləcək. Sərəncamda qeyd olunur ki, referendum səhər saat 7-də başlayıb axşam saat 7-dək davam edəcək, nəticələri isə bitdikdən sonra 24 saat ərzində elan ediləcək.
Qeyd edək ki, bu il oktyabrın 14-də Qətər əmiri şeyx Təmim bin Həməd Al Tani ölkəsindəki konstitusiya dəyişiklikləri layihəsinin, o cümlədən Şura (Parlament) üzvlərinin təyin edilməsi sisteminə qayıdılması ilə bağlı lazımi addımların atılması üçün gösrətiş verib.
“Ölkəm və xalqım qarşısında məsuliyyət və borcuma əsaslanaraq, vətəndaşların hüquq və vəzifə bərabərliyi ilə bağlı konstitusiya dəyişiklikləri layihəsinin müzakirəyə çıxarılmasına göstəriş verirəm. Şura üzvlərinin təyin edilməsi sisteminə qayıdış lazımi tədbirlər görülməsi üçün hörmətli Şuraya (parlamentə) göndəriləcək. Artıq bununla bağlı tədbir görülüb”-deyə şeyx Təmim bin Həməd Al Tani dyib.
Şeyx Təmim bin Həməd Al Sani gözlənilən konstitusiya dəyişikliklərinin referenduma çıxarılacağını və seçki əvəzinə təyinat sisteminə qayıdılmasını ehtiva etdiyini bildirib.

Share.

Şərhlər bağlıdır.

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə AzərPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
© 2024 Bütün haqları qorunur. AzərPress.
Exit mobile version