DOHA, ArabAZ

Qətər Daxili İşlər Nazirliyi sənəd saxtakarlığı, şəxsiyyət oğurluğunun aşkar edilməsi bacarıqları üzrə kursa başlayıb. ArabAz xəbər verir ki, Qətər Daxili İşlər Nazirliyi tərəfindən təşkil edilən Sənəd Saxtakarlığı və Şəxsiyyət Oğurluğunun Aşkarlanması Bacarıqları üzrə beş günlük kurs bazar günü başlayıb.
Kursda Qətər DİN müxtəlif departamentlərindən və bir neçə Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) bir sıra ölkələrindən olan çavuş zabitləri sıralarında olan 18 kursant iştirak edir.

Kursun məqsədi təhlükəsizliyin artırılması, saxtakarlığın aşkar edilməsi, vəsiqələrin yoxlanılması sahəsində məlumatlılığın və səmərəliliyin artırılması, təcrübə və bilik mübadiləsidir.

Share.

Şərhlər bağlıdır.

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə AzərPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
© 2024 Bütün haqları qorunur. AzərPress.
Exit mobile version