Doha,ArabAZ
Qətərin sənaye istehsali indeksi (IPI) 2024-cü ilin iyul ayında əvvəlki ayla (iyun 2024-cü il) müqayisədə 6 faiz artaraq 103,2 punkt təşkil edib. ArabAZ xəbər verir ki, buna baxmayaraq bu göstərici keçən ilin analoji ayı ilə müqayisədə 4 faiz azalıb.
Milli Planlaşdırma Şurasının bazar ertəsi açıqladığı məlumatlara görə, “xam neft və təbii qaz” miqdarlarının artması səbəbindən mədənçıxarma sektorunun IPI əvvəlki ayla (iyun 2024-cü il) müqayisədə 5,5 faiz artım göstərib.
“Emal edilmiş neft məhsullarının istehsalı 13,3 faiz, qiyəmtli metalların istehsalı 12,4 faiz, Kimyavi məhsulların istehsalı 7,2 faiz, yeyinti məhsullarının istehsalı 0,8 faiz artıb.”-deyə Milli Planlaşdırma Şurasının hesabatında deyilir.