Bazar ertəsi, 17 Avq 2026
ArabAZ-Ən Yaxın Şərq
  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər
Ad image
  • 🔥
  • Arab
  • ArabLyrics
  • ArabShow
  • Sport
Font ResizerAa
ArabAZ-Ən Yaxın ŞərqArabAZ-Ən Yaxın Şərq
Axtar

MENU

  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
Bizi izləyin
© ArabAZ. Bütün hüquqlar qorunur.
Səudiyyə Ərəbistanı » Səudiyyə Ərəbistanı 2026 İKT indeksində dünyada birinci oldu

Səudiyyə Ərəbistanı 2026 İKT indeksində dünyada birinci oldu

İyul 26, 2026 8:39 səhər
Paylaş
Paylaş

Rabitə, Kosmos və Texnologiyalar Komissiyası (CST) tərəfindən təqdim olunan “Səudiyyə İnterneti 2025” hesabatının beşinci nəşrinə əsasən, Səudiyyə Ərəbistanında mobil internetin orta sürəti keçən ilki 203 Mbit/s göstəricisindən 216 Mbit/s-ə yüksəlib. Krallığın genişlənən rəqəmsal infrastrukturu sayəsində əldə olunan bu artım Səudiyyə Ərəbistanını bu göstərici üzrə “G20” ölkələri arasında ilk beşlikdə yerləşdirib.

  • Tramp – İran artıq Yaxın Şərqin zorbası deyil
  • HONOR Səudiyyə bazarına girməyə çalışır
  • Vaşinqton Bağdada nəqd dollar tədarükünü bərpa edib
  • Dohada əmlak bumu-Rəsmi rəqəmlər açıqlandı

Hesabatda qeyd olunur ki, adambaşına düşən aylıq mobil internet məlumatı istifadəsi 53 QB-a çatıb ki, bu da qlobal ortalama göstəricidən təxminən üç dəfə çoxdur. 5G şəbəkələrində median yükləmə sürəti 320 Mbit/s, mobil internetin median gecikmə müddəti (latency) isə 24 millisaniyə təşkil edib.

“Ookla” göstəricilərinin təhlilinə əsasən, sabit internet sektorunda median yükləmə sürəti əvvəlki ildəki 120,4 Mbit/s göstəricisindən 151 Mbit/s-ə qalxıb. Sabit internetdə median ötürmə (upload) sürəti 73 Mbit/s, median gecikmə müddəti isə 8 millisaniyə olub.

  • Kamera önündəki tərəddüd: “İnkişaf Yolu”-nun arxasındakı nüfuz döyüşü və Bakı-Ankara-Bağdad oxu
  • Prezident İlham Əliyev Mərakeş Kralını və xalqını təbrik edib
  • Suriyanın şimal-şərqində aşirət səfərbərliyi nəyə işarə edir?
  • Könül Xasıyeva sənətinin ərəb musiqisindəki dəqiq analoqu kimdir?
  • Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlu siyasətlə vidalaşdı
  • İsraildə parlament seçkilərində əsas iddiaçılar kimlərdir?

Sənəddə həmçinin bildirilir ki, Krallıqda ümumi internet məlumat trafiki 69 milyon terabayta çatıb. Bu trafikin 56 faizini daxili, 44 faizini isə beynəlxalq trafik təşkil edib. Eyni zamanda, mobil və sabit internet şəbəkələrinin hər biri ümumi məlumat trafikinin 50 faizini təmin edib.

Ərazi bölgüsünə gəldikdə, daxili internet trafikində ən böyük payı 30,6 faizlə Ər-Riyad vilayəti tutub. Ondan sonra 20,5 faiz göstərici ilə Məkkə vilayəti, 16,8 faizlə isə Şərq vilayəti qərarlaşıb.

Səudiyyə G20 ölkələri arasında ən təhlükəsiz dövlət seçildi

Hesabat göstərir ki, istifadəçilərin 67 faizi İnternet Protokolunun 6-cı versiyasını (IPv6) aktivləşdirib. Səudiyyə Ərəbistanının Avtonom Sistem Nömrələrinin (ASN) sayı isə 200-ə yaxınlaşıb. Bu göstəricilər Krallığın rəqəmsal infrastrukturunun davamlı inkişafını və rəqəmsal xidmətlərin sürətli artımına uyğunlaşmaq imkanlarını əks etdirir.

Məlumat üçün bildirək ki, Səudiyyə Ərəbistanı Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) tərəfindən dərc olunan “2026 İKT İnkişafı İndeksi”ndə dünya üzrə 159 iqtisadiyyatı geridə qoyaraq birinci yerdə qərarlaşıb.

Bu məqaləni paylaş
Email Linki kopyala Çap et
Ad image

Oxşar məqalələr

Səudiyyə Ərəbistanı

Faysal bin Fərhan Çin Xalq Respublikasına rəsmi səfərə başlayıb

Müəllif:
ArabAZ News
Səudiyyə Ərəbistanı

Səudiyyə qeyri-neft ixracında ciddi artım

Müəllif:
mail.azerpress@gmail.com
Səudiyyə ƏrəbistanıTəhlil

Vaşinqton və ər-Riyad arasında nüvə sazişi imzalanıb

Müəllif:
mail.azerpress@gmail.com
Səudiyyə Ərəbistanı

Səudiyyə enerji və ticarət təhlükəsizliyini təmin edir

Müəllif:
ArabAZ News
ArabAZ-Ən Yaxın Şərq
Facebook X-twitter Youtube

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə MENAPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
İmtiyaz sahibi Rufiz Hafizoğlu

Məlumat
  • Haqqımızda
  • Əlaqə
  • Məxfilik siyasəti
  • İstifadə şərtləri
  • Reklam və əməkdaşlıq
Top Kateqoriyalar
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər

© ArabAZ. Bütün hüquqlar qorunur.