XARTUM,ArabAZ

Sudanlılar, Çevik Dəstək Qüvvələrinin (HDK) üzvü olduğu iddia edilən əsgərə qarşı ordu forması geyinmiş şəxslər tərəfindən törədilmiş vəhşi cinayətin dəhşətli səhnələri qarşısında şoka düşüb. AzerVoice xəbər verir ki, “əsgərər” HDK üzvünü öldürdükdən sonra, cəsədini parçalayıb, daxili orqanlarını yerə töküb və sonra da təkbir gətiriblər. Bütün bunlar sadə insanların gözü qarşısında edilib.

Sudanın mərkəzi hissəsindəki Əl-Cəzirə əyalətinin kənd ərazisində çəkilmiş və sosial media platformalarında geniş şəkildə paylaşılan videoda bir ordu mənsubunun cəsəddən çıxardığı bağırsaqları nümayiş etdirərək ağzına yaxınlaşdırıb.

Bu hadisə Sudan cəmiyyətində bir çox sual və reaksiyalara səbəb olub. Rəsmi hərbi geyimdə olan şəxslər tərəfindən bu cür çirkin əməllərin törədilməsi qəti şəkildə pislənilib.

İnsident İŞİD-ə aid ekstremist qrupların Sudandakı müharibədə iştirak etdiyi barədə geniş şəkildə səslənən iddiaları bird aha gücləndirib. Digər tərəfədə də ölkədə baş verən xaos və qırğınların fonunda terror qruplarının Suada axın etməsi riski olduqca artıb və bu müharibədən əziyyət çəkən vətəndaşları olduqca narahat edir. Çünki  xaos terror qruplaşmaları üçün ən münbir mühitdir.

Qeyd edək ki, analoji hal Sudanda ilk dəfə yaşanmır, münaqişənin davam etməsi ilə bu kimi dəhşətli cinayətlər durmadan artıb.

Oxşar hadisə Şimali Kordofan əyalətinin paytaxtı Əl-Ubaid yaxınlığında da baş verib. Yüksək rütbəli bir zabitin rəhbərlik etdiyi ordu geyimli bir qrup əsgər 4 nəfəri HDK üzvü olduqları səbəbilə saxlayıb və kəsici alətlərlə bədənlərini parçalayıb.

Bəziləri əmindir ki, bu cür hərəkətlərdə ordu ilə yanaşı döyüşən radikal islam terrorçu qruplarının izləri var.

Hərbçilər  baş kəsmə hadisəsini  araşdıracaqlarını bildiriblər. Lakin hadisənin üstündən bir aydan çox vaxt keçməsinə baxmayaraq, araşdırmanın nəticələri açıqlanmayıb. HDK üç nəfərin qətlini “Burhan milisləri və Ömər əl-Bəşirin rəhbərlik etdiyi köhnə rejimin briqadaları tərəfindən həyata keçirilən ifrat cinayət əməli” kimi qiymətləndirib.

Sudan Konqres Partiyasının lideri Xalid Ömər Yusuf bildirib ki, əsgərlərin “insanların dərisini soymaqdan və bağırsaqlarını çıxarmaqdan həzz aldığını” sənədləşdirən video görüntülər mövcuddur.Yusuf Facebook səhifəsində “İnsanlıqla heç bir əlaqəsi olmayan bu hərəkətlər ən sərt şəkildə qınanılmalı, günahkarlar məsuliyyətə cəlb edilməli və cəzadan yayınmalarına imkan verilməməlidir” deyə bildirib.

Qeyd edək ki, hüquq müdafiəçiləri ölkədəki müharibənin etnik və regional zəmində bəzi əhali qruplarını hədəf alaraq fərqli istiqamətə gedə biləcəyindən ehtiyat edirlər.

Share.

Şərhlər bağlıdır.

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə AzərPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
© 2024 Bütün haqları qorunur. AzərPress.
Exit mobile version