Çərşənbə, 22 İyl 2026
ArabAZ-Ən Yaxın Şərq
  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər
Ad image
  • 🔥
  • Arab
  • ArabLyrics
  • ArabShow
  • Sport
Font ResizerAa
ArabAZ-Ən Yaxın ŞərqArabAZ-Ən Yaxın Şərq
Axtar

MENU

  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
Bizi izləyin
© ArabAZ. Bütün hüquqlar qorunur.
Səudiyyə Ərəbistanı » Süni intellektlə çəkilən Səudiyyə filmi – Şama təqdim olunub

Süni intellektlə çəkilən Səudiyyə filmi – Şama təqdim olunub

İyul 22, 2026 4:32 axşam
Paylaş
Paylaş

Səudiyyə Ərəbistanından olan yazıçı və rejissor Bəsmə Abdulla Krallığın “Vision 2030” (Baxış 2030) proqramı çərçivəsində yaradıcı sənaye sahələrinə sərmayələrini genişləndirdiyi bir dövrdə, mənşəyini milli mədəniyyətdən alan vizual görüntüləri süni intellekt vasitəsilə formalaşdıraraq “Şama” adlı qısametrajlı animasiya filmində animasiya və süni intellekti bir araya gətirir.

İllərdir bədii və kriminal ədəbiyyat sahəsində əsərlər ərsəyə gətirən animator “Şama” layihəsi ilə yanaşı, hazırladığı qısametrajlı filmləri və hekayə çarxlarını TikTok-dakı “@banabella.home” hesabı vasitəsilə də izləyiciləri ilə paylaşır.

B.Abdulla bildirib ki, klassik animasiya ruhunu qoruyub saxlamaqla yanaşı, ədəbi təxəyyülü və süni intellekt texnologiyalarını özündə birləşdirən bir animasiya filmi təqdim etmək istəyir.

ArabAZ xəbər verir ki, “Arab News” nəşrinə müsahibə verən B.Abdulla vurğulayıb ki, süni intellekt layihənin arxasında duran bədii baxışı əvəz etmək üçün deyil, onu dəstəkləmək üçün istifadə olunub. Bu texnologiya yaradıcı heyətə nəql edilən hekayənin emosional dərinliyini qoruyaraq istehsal prosesinin müəyyən mərhələlərini sürətləndirməyə imkan verib.

“Şama” ideyası “Open AI” şirkətinin süni intellekt texnologiyalarından istifadə edərək “Critterz” animasiya filmini ərsəyə gətirmək təcrübəsi ilə tanış olduqdan sonra yarandı.

B.Abdulla həmçinin bir sıra beynəlxalq festivallarda bu texnologiya ilə istehsal olunan filmlər üçün müstəqil bölmələrin və müsabiqələrin ayrılması istiqamətində qlobal tendensiyanın sürətləndiyini müşahidə etdiyini qeyd edib.

Film yerli mədəniyyətə və milli kimliyə söykənən hekayələri nəql etmək üçün müasir texnologiyalardan yararlanan səudiyyəli kinematoqrafçıların genişlənən hərəkatını əks etdirir.

Hadisələri Əl-Ula mənzərələri fonunda cərəyan edən “Şama” filmi iddia, əzm və fədakarlıqdan bəhs edən dərin insani bir hekayəni təqdim edir.

Rejissor qeyd edib ki, film atasının əfsanəvi sarayını fəth etmək üçün qarşısıalınmaz bir iddiaya sahib olan, vulkanik lavadan doğulmuş amansız bir şahzadənin ətrafında cərəyan edir. Lakin sirli bir vəsiyyət onun bu arzusunu reallaşdırmasına mane olur və onu münaqişələr, qəsdlər və döyüşlərlə dolu bir səyahətə sövq edir.

“Film yalnız fantastikadan ibarət deyil; o, sosioloji təxəyyüldən ilhamlanan vizual aləm çərçivəsində iddia, tamahkarlıq, sevgi və fədakarlıq mövzularını araşdırır”.-deyə o əlavə edib.

İlham mənbələrindən danışan rejissor uşaqlıqdan bəri yapon animesinin təsiri altında olduğunu bildirib:

“Əsas ilhamımı tarixi ərzində ən böyük animasiya məktəblərindən birini yaratmazdan əvvəl sadə qısametrajlı filmlərlə işə başlayan Uolt Disneydən alıram. Yapon rejissoru Hayao Miyazaki də dərin insaniliyi, vizual təxəyyülü, yaş və mədəniyyət sərhədlərini aşan mesajları ilə mənim üçün əsas ilham mənbəyidir”.

B.Abdulla rəsmi dəstək üçün müraciət etmədiyini və öz şəxsi vəsaitinə arxalandığını desə də, yaradıcı insanların gələcəyinə nikbin baxır:

“İnanıram ki, möhtəşəm baxışı ilə Səudiyyə Ərəbistanı mədəniyyət müəssisələri, istehsala dəstək fondları və festivallar tərəfindən təqdim olunan təşəbbüslər və proqramlar vasitəsilə kino sənayesinə misilsiz maraq mərhələsini yaşayır. Bu sürətli inkişafa baxmayaraq, animasiya filmlərinin istehsalı hələ də bu sahədə daha çox investorun cəlb olunmasına, startaplara daha çox diqqət yetirilməsinə və rəqəmsal platformalar vasitəsilə onların əməyinin dəstəklənməsinə ehtiyac duyur”.

B.Abdulla qeyd edib ki, süni intellekt istehsal xərclərini azaltsa da, animasiya sənayesi hələ də inkişaf etməlidir:

“Ən böyük çətinliklərdən biri tələb olunan kinematoqrafik keyfiyyətə çatmaq üçün arzulanan səhnəni əldə etməyin onlarca cəhd tələb etməsidir. Buna bəzi proqram təminatlarının və peşəkar abunəliklərin yüksək qiyməti də əlavə olunur. Həmçinin hesab edirəm ki, bu növ filmlərin daha böyük kütləyə çatması və geniş yayılması üçün ixtisaslaşdırılmış platformalara və tədbirlərə ehtiyacı var, xüsusən də bu, məzmun yaradılmasının vəd edən gələcəyini təmsil edir”.

Gələcək planlarına toxunan rejissor insanlıq hekayəsi vasitəsilə Səudiyyə mədəniyyətini bütün dünya xalqlarına təqdim edə biləcək tammetrajlı animasiya filmi çəkmək arzusunda olduğunu bildirib.

Bu məqaləni paylaş
Email Linki kopyala Çap et
Ad image

Oxşar məqalələr

Səudiyyə Ərəbistanı

Körfəzdə sukuk emissiyası artdı – Səudiyyə liderdir

Müəllif:
ArabAZ News
Səudiyyə Ərəbistanı

Səudiyyədə həftəlik POS xərcləri 14 milyard rialı rəsmən keçdi

Müəllif:
ArabAZ News
Səudiyyə ƏrəbistanıTürkiyə

Türkiyə-Səudiyyə Ticarət Palataları Forumu yaradıla bilər

Müəllif:
ArabAZ News
Səudiyyə Ərəbistanı

Səudiyyə və Britaniya arasında vizasız gediş-gəliş

Müəllif:
ArabAZ News
ArabAZ-Ən Yaxın Şərq
Facebook X-twitter Youtube

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə MENAPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
İmtiyaz sahibi Rufiz Hafizoğlu

Məlumat
  • Haqqımızda
  • Əlaqə
  • Məxfilik siyasəti
  • İstifadə şərtləri
  • Reklam və əməkdaşlıq
Top Kateqoriyalar
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər

© ArabAZ. Bütün hüquqlar qorunur.