Bakı,ArabAZ

Amerikalı model Bella Hadid Fələstinlə bağlı həssaslığını açıq şəkildə ifadə edən və aşırı dindar yəhudilərin mobbinqindən çəkinmədən danışa bilən nadir məşhurlardandır .

Onun sülaləsini tanıyanlar isə, “o danışmayacaqsa, kim danışacaq” deyirlər və bəlkə də haqlıdırlar. Onun ailəsi keçmişdə Suriya, Livan və Fələstində mühüm vəzifələr tutmuş güclü bir nəsildən idi.
Bella da, Zahir ibn Ömər kimi tanıdığımız Fələstinin mühüm liderlərindən birinin nəvəsidir.

Zahir ibn Ömər Dəməşq və Nablus arasındakı ticarət yollarında hökmranlıq edən güclü qəbilə lideri idi.

Zahir bin Ömər 1750-ci ildə Akkaya tam nəzarəti ələ keçirdi.İbn Ömər eyni zamanda regionda pambıqçılığın da inkişafında mühüm rol oynayıb. Lakiin tarixi araşdırdıqda görərik ki, məzhəb etibərilə sünn olmasına baxmayaraq maraqları çərçivəsində şiələrlə itifaq Osmanlını ciddi narahat etmişdi. Tərəflər arasında gərginliyin artmasına ibn Bellanın əcdadı ibn Ömərin Malta dəniz quldurları ilə ittifaq etməsi oldu.

Osmanlı hesab edir ki, bir tərəfdən şiələrlə bir tərəfdən də Akka limanını Malta dəniz quldurlarına təslim etmək region üçün ciddi təhlükə idi. Bu təhlükənin başında isə ibn Ömər dururdu.

Zahir ibn Ömər isə Osmanlıları vecinə almadan Fələstinə və Livana doğru genişlənmə siyasətini davam etdirdi.

Osmanlı, Şam valisi Osman Paşanı, Zahir ibn Ömərə göndərdi, ona itaət etməyi və illik vergi verməyi tələb etdi.

Maraqlı bir faktı da qeyd edək ki, əslində Zahir ibn Ömər Osmanlının birbaşa düşməni deyildi; çünki oğulları İstanbul administrasiyasında yüksək vəzifdə işləyirdi. Osmanlı ilə aralarında problem yaşansa da Sultasn onun oğullarını həbsə atmadı və vəzifədən də çıxarmadı.

Osmanlılar istəyirdilər ki, ibn Ömər vergisini ödəsin və İstanbul düşmənləri ilə əməkdaşlıq etməsin.

Tərəflər arasında danışıqlar sonda yerini açıq savaşa buraxdı, qan töküldü və ibn Ömər rəsmən xain və düşmən elan edildi. Osmanlı imperiyasında ən qatı cinayətlərdən biri də üsyan idi və ibn Ömər toqquşmaya getməklə rəsmi olaraq xainliyini “elan” etmiş oldu.

Zahir ibn Ömər düşünüldüyü kimi axmaq deyildi və gedişatı nəzərə alaq, 1770-ci ildə Osmanlı İmperiyasına qarşı rus donanmasından və Misir administrasiyasından dəstək istəməklə daha uduşlü vəziyyət əldə etdi.

Daha sonra Osmanlılar Dəməşq valisi Osman paşanı və Qüds qüvvələrinin komandanı Cəzzar Əhməd paşanı Bella Hadidin ulu babasına qarşı səfərə göndərdilər.

Cəzzar Əhməd Paşa  olduqca sevilən güvənilən bir komandir idi. O Napoleonun Fələstin səfərini yumşaq desək “qursağında” qoymuşdu. Fransızların qürurlu sərkərdəsi Napoleonu ilk məğlub edən şəxs Cəzzar Əhməd Paşa olub.

Osmanlı torpaqlarına çəyirtkə sürüsü kimi soxularkən Napoleon gözünü bir dəfə Cəzzar Əhməd Paşanın düşərgəsinin yerləşdiyi Akkaya dikmişdi.

Cəzzar Əhməd Paşanın yaşının çox olması səbəbindən Akkanı qoruya bilməyəcəyini düşünən Napoleon, Əbu Utbə yaxınlığında düşərgə qurdu və qalanı tutmaq üçün hazırlıqlarını tamamladı.

24 saat ərzində qalanı ələ keçirmək və başqa fəthlərə başlamaq istəyən Napoleon 1799-cu il martın 19-da ordularına hücum əmri verdi.

Qala toplarla hücuma məruz qaldı və ilk hücum  aramsız top atəşi ilə qala divarlarında yaranan yarıqlardan edildi; lakin nəticə fransız ordusu üçün böyük məyusluq oldu.

Osmanlı əsgərləri ilk hücumda tez-tez qum qalaları kimi dağıldılar və fransız əsgərləri sözün əsl mənasında müsəlmanlara qarşı amansızlıq nümayiş etdirirdilər.

Lakin ilk hücumda Cəzzar Əhməd Paşanın komandanlığında olan əsgərlərdən heç biri geri addım atmadı və hücum edən birliyi tamamilə darmadağın etdi.

Divarlardakı boşluqlar dərhal bağlandı və hətta təmir zamanı Əhməd paşanın komandanlığı altında olan əsgərlər qalanı tərk edərək, fransız ordusunun döyüş nizamını poza  bildilər.

Napoleon ilk hücumdan bir gün sonra əsgərlərini yenidən hücuma göndərdi, lakin yenə heç bir nəticə əldə etmədi.

Qala uzun müddət top atəşinə tutulduqdan sonra , fransız ordusu qalaya hücuma keçdi.

Fransız əsgərləri qalaya girəndə yaşadıqları ən böyük sürpriz qoca Cəzzar Əhməd Paşanın ordusunun başında fransız əsgərlərini qarşılaması oldu.

Barıt tüstüsü seyrəldikdən sonra, Napoleon daha da təəccübləndi; çünki onun hücuma göndərdiyi qoşunların böyük bir hissəsi məhv edilmiş, qalanları isə Cəzzar Əhməd paşa tərəfindən əsir alınmışdır.

Buna baxmayaraq, “qalib” sərkərdə məktublarında Əhməd Paşanın sarayını yerlə-yeksan etdiyini və arxada bir daş qoymadığını iddia edirdi.

Zahir ibn Ömər Cəzzar Əhməd paşanı ruslarla məğlub etdi.

Zahir ibn Ömər ruslarla ittifaqı nəticəsində Rusiya tarixində ilk dəfə olaraq Yaxın Şərqin ürəyinə qoşun yeritdi və Beyrutun nəzarətini ələ keçirərkən minlərlə Osmanlı əsgəri öldürdü.

Cəzzar Əhməd Paşa bir tərəfdən ruslarla, digər tərəfdən druzlarla vuruşsa da, Beyrutu əldə saxlaya bilməyəcəkdi.

Məhz Bella Hədidid babasının xəyanəti nəticəsində ruslar müsəlman şəhərini işğal etdi və minlərlə müsəlman həyatını itirdi. Xainin cəzası isə ölümdür.

Tarix çox amansız olur, vaxt gəldi vədə yetişdi və 1774-cü ildə Osmanlılar ruslarla sülh bağladıqda Zahir ibn Ömər Osmanlı İmperiyasından bağışlanmasını istədi.

Lakin Osmanlılar bu işi birdəfəlik başa çatdırmaq üçün son dövrlərin ən qüdrətli admirallarından olan Əlcəzairli Qazi Həsən Paşanı Zahir ibn Ömərin üzərinə göndərdi. Osmanlının istəyi Zahir ibn Ömərin başınının İstanbula gətirilmıəsi idi.

Güllə ilə öldürüldükdən sonra başı kəsilərək 1775-ci ildə Osmanlı sultanına göndərildi. Qazi Həsən Paşanı öz xaini cəzalandıraraq öz vəzifəsini uğrla başa çatdırdı.

Bu məqalə AzerVoice xəbər servisi tərəfindən  The Independentturkish saytından tərcümə edilib. Müəllif Mehmed Mazlum Çelik. Təkrar dərc zamanı istinad şərtdir.

Share.

Şərhlər bağlıdır.

Exit mobile version