Bazar, 19 İyl 2026
ArabAZ-Ən Yaxın Şərq
  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər
Ad image
  • 🔥
  • Arab
  • ArabLyrics
  • ArabShow
  • Sport
Font ResizerAa
ArabAZ-Ən Yaxın ŞərqArabAZ-Ən Yaxın Şərq
Axtar

MENU

  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
Bizi izləyin
© ArabAZ. Bütün hüquqlar qorunur.
Xəbər lenti » Ümrə mövsümünün əvvəlində böyük zəvvar axını qeydə alınıb

Ümrə mövsümünün əvvəlində böyük zəvvar axını qeydə alınıb

İyul 19, 2026 3:50 səhər
Paylaş
Paylaş

Səudiyyə Ərəbistanı 1448-ci hicri ili ümrə mövsümünün əvvəlində ümrə vizası ilə gələnlərin sayında 22.5 faiz artım qeydə alıb. ArabAZ xəbər verir ki, Həcc və Ümrə Nazirliyi ilə Zəvvarların Təcrübəsi Proqramının yaydığı məlumata görə, Zülhiccə ayının 15-dən Məhərrəm ayının sonuna qədər Krallığa ümrə vizası ilə 931 min 500 zəvvar daxil olub.

Hər iki qurum eyni dövr ərzində xaricdən 1.27 milyondan çox zəvvarın gəldiyini bəyan edib. Bu göstərici Vizyon 2030 və Zəvvarların Təcrübəsi Proqramının hədəfləri çərçivəsində Krallığın ümrə sektorunda davamlı artımın getdiyini əks etdirir. Nazirlik bildirib ki, bu rəqəmlər rəhbərliyin zəvvarlara xidmət göstərilməsinə verdiyi davamlı dəstəyi və dövlət qurumları arasındakı mövcud inteqrasiyanı nümayiş etdirir. Eyni zamanda ümrə ziyarətçilərinin və gələnlərin təcrübəsini təkmilləşdirməyə yönəlmiş rəqəmsal və operativ xidmətlərdəki davamlı təkmilləşdirmələri sübut edir.

Mədinədə ən çox ziyarət edilən yer Uhud dağıdır

Nazirliyin verdiyi məlumata görə, xaricdən gələn ümrə zəvvarlarının 75 faizi Krallığa hava limanları vasitəsilə daxil olub, qalan 24 faizi isə quru və dəniz limanlarından istifadə edib.

Zəvvarların gəldiyi ölkələr arasında Pakistan təxminən 200 min  zəvvarla birinci yerdə qərarlaşıb, ondan sonrakı yerləri isə 170 min  zəvvarla İndoneziya və 130000 zəvvarla İraq tutub.

Nazirlik səfərin planlaşdırılmasından tutmuş ölkədən ayrılana qədər daha rahat və yüksək keyfiyyətli ümrə səyahətini təmin etmək üçün rəqəmsal və operativ xidmətləri təkmilləşdirməyə, xidmətlərə əlçatanlığı yaxşılaşdırmağa və əməliyyat səmərəliliyini artırmağa davam etdiyini vurğulayıb.

Bu məqaləni paylaş
Email Linki kopyala Çap et
Ad image

Oxşar məqalələr

Səudiyyə Ərəbistanı

Səudiyyə və Çin 7 yeni nəqliyyat müqaviləsi imzaladı

Müəllif:
ArabAZ News
Səudiyyə Ərəbistanı

Məkkədə nəhəng şəhərsalma layihəsinə strat verildi

Müəllif:
ArabAZ News
Səudiyyə Ərəbistanı

Səudiyyə BƏƏ-yə olan dron hucumlarını pisləyib

Müəllif:
mail.azerpress@gmail.com
Redaktorun seçimiSəudiyyə Ərəbistanı

Səudiyyə Həcc modelini kökündən yenilədi

Müəllif:
mail.azerpress@gmail.com
ArabAZ-Ən Yaxın Şərq
Facebook X-twitter Youtube

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə MENAPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
İmtiyaz sahibi Rufiz Hafizoğlu

Məlumat
  • Haqqımızda
  • Əlaqə
  • Məxfilik siyasəti
  • İstifadə şərtləri
  • Reklam və əməkdaşlıq
Top Kateqoriyalar
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər

© ArabAZ. Bütün hüquqlar qorunur.