Səudiyyə Ərəbistanının Ətraf Mühit, Su və Kənd Təsərrüfatı Nazirliyi meşəsalma işlərini yay aylarında yüksələn temperaturlara qarşı əsas təbii həll yolu kimi dəyərləndirib. Nazirlik ağacların şəhər ərazilərini sərinlətməyə, havanın keyfiyyətini yaxşılaşdırmağa və həyat səviyyəsini yüksəltməyə kömək etdiyini bildirib.
ArabAZ xəbər verir ki, nazirliyin bəyanatı Yaxın Şərq Yaşıl Təşəbbüsünün (MGI) İcraiyyə Komitəsinin videokonfrans formatında keçirilən 20-ci iclası ilə eyni vaxta təsadüf edib. İclasda region üzrə 35,4 milyard ağacın əkilməsi və 99,4 milyon hektar deqradasiyaya uğramış torpaq sahəsinin bərpa edilməsi hədəfləri istiqamətində əldə olunan irəliləyişlər nəzərdən keçirilib.
Səudiyyə Ərəbistanı meşəsalma siyasətini diqqət mərkəzində saxlayır. MGI İcraiyyə Komitəsi 35,4 milyard ağacın əkilməsi və torpaqların bərpası üzrə regional hədəfləri nəzərdən keçirib.
Nazirlikdən bildirilib ki, ağaclar kölgə yaratmaq, səkilər və digər səthlər tərəfindən istiliyin udulmasını məhdudlaşdırmaqla ətraf mühitin sərinləməsinə töhfə verir. Ağaclar transpirasiya (su buxarlanması) prosesi vasitəsilə ətraf havayını sərinləşdirən su buxarı buraxır, bu da şəhərlərdə, parklarda və açıq sahələrdə havanın keyfiyyətini və yaşam rahatlığını artırır.
Meşəsalma, həmçinin istirahət və açıq havada fəaliyyət üçün daha əlverişli mühit yaradır, fiziki fəallığı həvəsləndirir və hər il orta hesabla 150 kiloqrama qədər karbon qazının udulmasına kömək edir.
- Uber Səudiyyənin qida çatdırılması bazarını ələ keçirir
- Ərəb caz sənəti: Şərq məqamları ilə Qərb ritmlərinin sintezi
- Qatar Airways Bəhreyn, Küveyt və Ərbilə uçuşları dayandırıb
- Liviyada küçədə qamçılanan qadın etiraza səbəb olub – video
- Lidd hücumunun icraçısı Kozo Okamoto Beyrutda vəfat etdi
- İran–ABŞ qarşıdurması Yəmən üzərindən dərinləşir-Rufiz Hafizoğlu
Nazirlik sakinləri Krallığın iqliminə daha yaxşı uyğunlaşan və daha az su tələb edən yerli ağac növlərini seçməyə çağırıb. Bu, təbii ehtiyatlardan səmərəli istifadəni təmin etməyə və əkin layihələrinin davamlılığını artırmağa xidmət edir. Həmçinin yay mövsümündə ağacları qorumaq üçün düzgün aqrotexniki qaydalara riayət olunmasının vacibliyi vurğulanıb.
Vurğulanıb ki, meşəsalma tədbirləri Səudiyyə Ərəbistanının “Gələcəyə Baxış 2030” (Saudi Vision 2030) strategiyasını və daha geniş ətraf mühit davamlılığı səylərini dəstəkləyir.
Taif Səudiyyədə turizmində liderliyini qoruyub saxlayır
Bu açıqlamalar Yaxın Şərq Yaşıl Təşəbbüsünün İcraiyyə Komitəsinin 20-ci iclası çərçivəsində səsləndirilib. Üzv ölkələrin rəsmiləri 2026-cı il yanvarın 29-da Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilmiş Təşəbbüsün ikinci Nazirlər Şurası iclasında qəbul edilmiş qərarların icrasını gözərdən keçiriblər.
MGI-ın Baş katibi İbrahim Əlturki Katibliyin 2026-cı ilin birinci yarısındakı nailiyyətlərinə dair hesabat təqdim edib. Hesabata potensialın artırılması və bilik mübadiləsi proqramları, regional və beynəlxalq təşkilatlarla, eləcə də inkişafı maliyyələşdirən qurumlarla tərəfdaşlığın möhkəmləndirilməsi və əməliyyat hazırlıqları daxildir.
İclasda, həmçinin kommunikasiya strategiyası, o cümlədən təşəbbüsün internet saytının və sosial media hesablarının istifadəyə verilməsi, eləcə də Katibliyin ilin ikinci yarısı üçün iş planı nəzərdən keçirilib.
Üzvlər bitki örtüyünün inkişafı üzrə elmi və texniki məsləhətlər verən Elmi Məsləhət Komitəsinə namizədlikləri müzakirə edib, kommunikasiya, şəffaflıq, maraqlı tərəflərin cəlb edilməsi, inzibati işlər və institusional səmərəliliyi əhatə edən beş daxili siyasət sənədini təhlil ediblər.
Komitə, həmçinin növbəti Nazirlər Şurasının iclasına təqdim olunacaq beşillik strategiya və fəaliyyət xəritəsini nəzərdən keçirib. Üzv dövlətlərin son məlumatları göstərir ki, milli hədəflər region üzrə 35,4 milyard ağacın əkilməsi və 99,4 milyon hektar deqradasiyaya uğramış torpağın bərpası üzrə qlobal məqsədlərə töhfə verir.
2021-ci ilin mart ayında Vəliəhd şahzadə Məhəmməd bin Səlman tərəfindən irəli sürülən Yaxın Şərq Yaşıl Təşəbbüsü sərhədlərarası əməkdaşlıq və bilik mübadiləsi vasitəsilə səhralaşma, temperatur artımı və hava çirklənməsi ilə mücadele etməyi hədəfləyən Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi regional alyansdır. Təşəbbüsün genişhəcmli məqsədlərinə region üzrə 50 milyard ağacın əkilməsi, 200 milyon hektar deqradasiyaya uğramış torpaq sahəsinin bərpası və karbohidrogen hasilatından yaranan karbon emissiyalarının 60 faizdən çox azaldılması daxildir.
Təşəbbüsün təsisçi üzvləri 2022-ci ilin oktyabrında idarəetmə çərçivəsini, o cümlədən mənzil-qərargahı Ər-Riyadda yerləşən xüsusi katibliyin yaradılmasını razılaşdırıblar.


