Husi yaraqlıları Qırmızı dənizdə üzən Səudiyyə şirkətinə məxsus “Encelia” gəmisinə hücum edərək regionda gərginliyi artırıblar; hücum nəticəsində gəminin ön hissəsində yanğın baş verib.
ArabAZ xəbər verir ki, Səudiyyə Nəqliyyat Qurumunun rəsmisi bu cür hücumların ticarət gəmilərinin və onların heyətinin təhlükəsizliyini təmin edən beynəlxalq qanun və normanın kobud şəkildə pozulması olduğunu vurğulayıb. Rəsmi şəxs gəmi heyətinin bütün üzvlərinin təhlükəsizlikdə olduğunu, aidiyyəti qurumların gəminin, heyətin təhlükəsizliyini təmin etmək və dəniz ətraf mühitini qorumaq üçün bütün zəruri tədbirləri gördüyünü təsdiqləyib.
Yəmən hökuməti bəyan edib ki, “Husilərin mülki gəmiləri və qlobal enerji təchizatını hədəf alan hücumları açıq şəkildə öz üzərinə götürməsi bu silahlı qruplaşmanın terrorçu mahiyyətini bir daha sübut edir, onların regional və beynəlxalq təhlükəsizliyi hədələməkdə, Yəmən xalqının resursları ilə qumar oynamaqda və humanitar əzabları dərinləşdirməkdə israrlı olduğunu göstərir”.
- Salman Rüşdi məhkəmədə ifadə verib
- ONE Championship və Visit Qatar tərəfdaşlıq müqaviləsini yeniləyib
- 20-ci Asiya Oyunlarında Qətər komandalarının rəqibləri bəlli oldu
- Qətərdə rəqəmsal ödənişlərdə kəskin artım qeydə alınıb – Mərkəzi Bank
- Əfrah Əbdüləziz əz-Zubə xarici işlər naziri təyin olundu
- Britaniya siyasətini sarsıdan adam-Məhəmməd əl-Fayed kimdir?
Böyük Britaniya Xarici İşlər Nazirliyi “X” sosial şəbəkəsindəki paylaşımında qruplaşmanın əməllərini “insan həyatını təhlükəyə atan, ekoloji fəlakət və regionda sabitliyin pozulması riski yaradan düşünülməmiş addım” adlandırıb və bunu “beynəlxalq hüququn ciddi pozuntusu” kimi qiymətləndirib.
Avropa İttifaqının xarici siyasət rəhbəri Kaja Kallas da bəyanatında hücumun “qəbuledilməz və qanunsuz olduğunu, regionda onsuz da gərgin olan vəziyyəti daha da alovlandırdığını” bildirərək husiləri beynəlxalq gəmiçiliyi və dənizçilərin həyatını təhlükəyə atmamağa çağırıb.



