Çərşənbə axşamı, 28 İyl 2026
ArabAZ-Ən Yaxın Şərq
  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər
Ad image
  • 🔥
  • Arab
  • ArabLyrics
  • ArabShow
  • Sport
Font ResizerAa
ArabAZ-Ən Yaxın ŞərqArabAZ-Ən Yaxın Şərq
Axtar

MENU

  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
Bizi izləyin
© ArabAZ. Bütün hüquqlar qorunur.
Kim-kimdir » Futbol tarixinin ən güclü hücumçularından biri – Benzema kimdir?

Futbol tarixinin ən güclü hücumçularından biri – Benzema kimdir?

İyul 28, 2026 4:22 səhər
Paylaş
Benzema Madrid klubu ilə dörd dəfə La Liqa, üç dəfə İspaniya Kuboku (Copa del Rey) və beş dəfə UEFA Çempionlar Liqasının qalibi olub.
Paylaş

Karim Mustafa Benzema 1987-ci il dekabrın 19-da doğulub. O, Əlcəzair əsilli fransız milli futbolçudur. Hazırda Səudiyyə Ərəbistanının Peşəkar Liqasında çıxış edən “Əl-İttihad” klubunun formasını geyinir. Futbol tarixinin ən güclü hücumçularından biri hesab olunan Benzema təkcə qol vurmaq bacarığı ilə deyil, həm də yüksək texniki keyfiyyətləri, oyunu oxuma qabiliyyəti, baxışı və meydandakı çoxşaxəli fəaliyyəti ilə seçilən yaradıcı forvard kimi tanınır.

  • Qətərin dəniz nəqliyyatı sektorunda 28 faizlik artım
  • Küveyt iqtisadiyyatı regional böhran fonunda böyüyür
  • Futbol tarixinin ən güclü hücumçularından biri – Benzema kimdir?

O, “Real Madrid” tarixində ən çox qol vuran ikinci futbolçu, eləcə də ən çox məhsuldar ötürmə edən oyunçudur. Benzema Madrid klubu ilə dörd dəfə La Liqa, üç dəfə İspaniya Kuboku (Copa del Rey) və beş dəfə UEFA Çempionlar Liqasının qalibi olub.

note icon

Populyar xəbərlər

  • İranda ərəblərə qarsı repressiyalar davam edir
  • Səlma Əbudeyf “Benc Külli” serialı ilə ekranlara qayıdır
  • Dohada islam maliyyəsi konfransı keçiriləcək
  • Ərəb dünyasında ən çox sevilən Azərbaycan filmləri hansılardır?

Əlcəzairli ailədə Lion şəhərində dünyaya gələn Benzema futbol karyerasına 2005-ci ildə doğma şəhərinin əsas klubu olan “Olympique Lyonnais”da başlayıb. Qısa müddətdə əsas heyətdə möhkəmlənən hücumçu klubun ardıcıl üç dəfə Fransa çempionu olmasında mühüm rol oynayıb. 2008-ci ildə Fransa Liqa 1-də ilin futbolçusu seçilən Benzema mövsümü həm də bombardir kimi başa vurub, dördüncü çempionluğunu və ilk Fransa Kubokunu qazanıb.

2009-cu ildə Benzema 35 milyon avro qarşılığında “Real Madrid”ə transfer olunaraq həmin dövr üçün Fransa futbolu tarixinin ən bahalı keçidinə imza atdı. İlk mövsüm adaptasiya problemləri yaşasa da, sonradan stabil oyun göstərərək komandanın əsas fiqurlarından birinə çevrildi. Xüsusilə Kristiano Ronaldo və Qaret Beyllə birlikdə formalaşdırdığı, futbol tarixində “BBC” kimi tanınan hücum xətti ilə 2014–2018-ci illər arasında dörd dəfə Çempionlar Liqasını qazandı.

Ronaldo 2018-ci ildə komandadan ayrıldıqdan sonra Benzema “saxta 9” rolundan əsas mərkəz hücumçu mövqeyinə keçdi və liderliyini daha aydın şəkildə ortaya qoydu. 2018–2022-ci illər arasında ardıcıl dörd dəfə La Liqanın mövsümün ən yaxşı komandasında yer aldı, iki dəfə La Liqanın ən yaxşı futbolçusu seçildi və 2022-ci ildə ilk dəfə Pişiçi (bombardir) mükafatını qazandı. Həmin il Çempionlar Liqasını da ən çox qol vuran futbolçu kimi tamamladı.

Həmçinin oxuyun

Fələstinin kölgə lideri- Muhəmməd Dahlan kimdir?
Stereotipləri qıran qadın – Əfaf Əl-Qarni kimdir?
Ərəb dünyasının Bruk Şildsi: Ravan Bin Hüseyn kimdir?

2022–2023 mövsümündə Marselonun gedişindən sonra Benzema “Real Madrid”in kapitanı oldu. 2022-ci il UEFA Superkubokunda vurduğu qolla klub tarixində Raulu geridə qoyaraq ikinci ən məhsuldar futbolçuya çevrildi. 2023-cü il iyunun 4-də “Real Madrid” rəsmi olaraq Benzema ilə yolların ayrıldığını açıqladı və bununla da klub tarixində bir dövr başa çatdı.

Benzema Fransa milli komandasında çıxış edib və ölkə tarixinin altıncı ən məhsuldar bombardiridir. Lakin karyerası mübahisələrlə də müşayiət olunub. 2010 Dünya Kuboku heyətindən kənarda qaldı, 2015-ci ildə qalmaqala görə milli komandadan uzaqlaşdırıldı və beş ildən artıq Fransa formasını geyinmədi. Daha sonra komandaya qayıdan Benzema, 2022-ci ilin dekabrında milli karyerasını başa vurduğunu açıqladı.

Benzema dörd dəfə Fransada ilin futbolçusu seçilib. 2021 və 2022-ci illərdə UEFA-nın ilin oyunçusu adına layiq görülən hücumçu, 2022-ci ildə “Qızıl top”u (Ballon d’Or) qazanaraq bu mükafatı alan beşinci fransız futbolçu olub. O, 34 yaş 302 günlə bu mükafatı qazanan tarixdə ikinci ən yaşlı futbolçu kimi də tarixə düşüb.

Bu məqaləni paylaş
Email Linki kopyala Çap et
Ad image

Oxşar məqalələr

Kim-kimdir

Tadamun qəssabı – Əmcəd Yusif kimdir?

Müəllif:
mail.azerpress@gmail.com
Ərəb qadın liderlərKim-kimdir

BƏƏ-də innivasiya rəhbəri Sara Əl-Əmiri kimdir?

Müəllif:
ArabAZ News
Ərəb iş adamlarıKim-kimdir

Britaniya siyasətini sarsıdan adam-Məhəmməd əl-Fayed kimdir?

Müəllif:
ArabAZ News
Ərəb siyasətçilərKim-kimdir

Livan siyasi həyatına qayıtmaq istəyən Saad Əl-Hariri kimdir

Müəllif:
ArabAZ News
ArabAZ-Ən Yaxın Şərq
Facebook X-twitter Youtube

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə MENAPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
İmtiyaz sahibi Rufiz Hafizoğlu

Məlumat
  • Haqqımızda
  • Əlaqə
  • Məxfilik siyasəti
  • İstifadə şərtləri
  • Reklam və əməkdaşlıq
Top Kateqoriyalar
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər

© ArabAZ. Bütün hüquqlar qorunur.