Şənbə, 25 İyl 2026
ArabAZ-Ən Yaxın Şərq
  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər
Ad image
  • 🔥
  • Arab
  • ArabLyrics
  • ArabShow
  • Sport
Font ResizerAa
ArabAZ-Ən Yaxın ŞərqArabAZ-Ən Yaxın Şərq
Axtar

MENU

  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
Bizi izləyin
© ArabAZ. Bütün hüquqlar qorunur.
Kim-kimdir » Livan siyasi həyatına qayıtmaq istəyən Saad Əl-Hariri kimdir

Livan siyasi həyatına qayıtmaq istəyən Saad Əl-Hariri kimdir

İyul 25, 2026 5:35 səhər
Paylaş
Paylaş

Livanın keçmiş baş naziri və “Gələcək Hərəkatı”nın lideri Saad Əl-Hariri siyasətə qayıtdığını bəyan edib. 18 aprel 1970-ci ildə Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində anadan olan siyasi xadim mərhum baş nazir Rafiq Haririnin oğludur.

Saad Hariri 2009-2011 və 2016-2020-ci illərdə Livanın baş naziri vəzifəsində çalışıb. O, 2017-ci ildə Səudiyyə Ərəbistanında olarkən gözlənilmədən istefa verdiyini bildirmiş, lakin sonradan bu qərarını geri götürmüşdü. Siyasətçi 2019-cu ildə ölkədə baş qaldıran kütləvi etirazlar fonunda yenidən istefa verib. Hariri 2020-ci ildə baş nazir postuna yenidən təyin olunsa da, hökuməti formalaşdıra bilmədiyi üçün 2021-ci ildə vəzifədən imtina edib. Daha sonra, 2022-ci ildə siyasətdən uzaqlaşdığını və parlament seçkilərində iştirak etməyəcəyini bəyan edib.

Lakin 14 fevral 2025-ci ildə, atası Rafiq Haririnin sui-qəsdinin 20-ci ildönümündə Saad Hariri “Gələcək Hərəkatı”nın siyasi fəaliyyətini bərpa edəcəyini elan edib. O, partiyanın qarşıdakı seçkilərdə iştirak edəcəyini bildirib. Bu qərar Livanda və regionda baş verən mühüm dəyişikliklər fonunda qəbul edilib.

  • İraq millisi DÇ-2026-ya hazırlaşır-İlk rəqib Andorra olacaq
  • Qətərdə torpaq və mənzil satışlarında ciddi artım qeyd edilib
  • Dubay Safari Parkı uşaqlar üçün pulsuz oldu
  • Əbu-Dabi əmlak bazarında əməliyyat həcmi 32 milyar dollara çatdı

Xüsusilə “Hizbullah”ın zəifləməsi və Suriyada baş verən proseslər onun yenidən siyasi səhnəyə çıxmasına təsir edən əsas amillər sırasındadır.

Siyasətçi təhsilini ABŞ-da alıb. O, 1992-ci ildə Corctaun Universitetinin McDonough Biznes Məktəbini biznes idarəçiliyi ixtisası üzrə bitirib. Hariri ərəb, ingilis, fransız və italyan dillərində sərbəst danışır. Siyasətə qoşulmazdan əvvəl o, müxtəlif biznes sahələrində, o cümlədən “Oger Telecom” şirkətinin icra komitəsinin sədri kimi fəaliyyət göstərib.

Şəxsi həyatına gəldikdə, Saad Hariri 1998-ci ildə suriyalı iş adamı Bəşir əl-Azəmin qızı Lara əl-Azəm ilə ailə həyatı qurub. Cütlüyün Hüssam (1999), Lulva (2001) və Əbdüləziz (2005) adında üç övladı var.

Bu məqaləni paylaş
Email Linki kopyala Çap et
Ad image

Oxşar məqalələr

Kim-kimdir

Tadamun qəssabı – Əmcəd Yusif kimdir?

Müəllif:
mail.azerpress@gmail.com
Kim-kimdir

Fransızlara qan udduran Əbdulqadir Cəzairi kimdir?

Müəllif:
ArabAZ News
Ərəb müğənniləriKim-kimdir

Ərəb dünyasının milli kimlik simvolu Ümmü Gülsüm kimdir?

Müəllif:
ArabAZ News
Kim-kimdir

Amr Diabın uğur dolu həyat hekayəsi

Müəllif:
ArabAZ News
ArabAZ-Ən Yaxın Şərq
Facebook X-twitter Youtube

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə MENAPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
İmtiyaz sahibi Rufiz Hafizoğlu

Məlumat
  • Haqqımızda
  • Əlaqə
  • Məxfilik siyasəti
  • İstifadə şərtləri
  • Reklam və əməkdaşlıq
Top Kateqoriyalar
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər

© ArabAZ. Bütün hüquqlar qorunur.