Çərşənbə, 29 İyl 2026
ArabAZ-Ən Yaxın Şərq
  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər
Ad image
  • 🔥
  • Arab
  • ArabLyrics
  • ArabShow
  • Sport
Font ResizerAa
ArabAZ-Ən Yaxın ŞərqArabAZ-Ən Yaxın Şərq
Axtar

MENU

  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
Bizi izləyin
© ArabAZ. Bütün hüquqlar qorunur.
Türkiyə » ASELSAN “Mwari” təyyarələrini yeni sistemlə təchiz edib

ASELSAN “Mwari” təyyarələrini yeni sistemlə təchiz edib

İyul 29, 2026 8:36 səhər
Paylaş
Paylaş

Türkiyənin ASELSAN şirkətinin istehsalı olan ASELFLIR-500 elektro-optik və infraqırmızı (EO/IR) kəşfiyyat sistemi Cənubi Afrikanın “Paramount Group” şirkətinə məxsus Mwari yüngül hücum və kəşfiyyat (COIN) təyyarəsinə uğurla inteqrasiya edilib. Bu addım sistemin xarici və eyni zamanda idarə olunan (pilotlu) platformada ilk tətbiqi kimi müdafiə sənayesi tarixinə düşüb.

note icon

Ən çox oxunan

  • Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərdədir
  • Beyrutda gərginlik-Hizbullah küncə sıxılır
  • İranın ərəb və türk dünyasına qarşı bitməyən aqressiyası
  • İran–ABŞ qarşıdurması Yəmən üzərindən dərinləşir-Rufiz Hafizoğlu

ArabAZ xəbər verir ki, əvvəllər Bayraktar TB2, AKINCI və ANKA-III kimi Türkiyə istehsalı olan pilotsuz uçuş aparatlarında (PUA) sınaqdan çıxarılmış ASELFLIR-500 elektro-optik sistemi məşhur CATS sisteminin xələfi sayılır.

  • Muqtada əs-Sədr İrana çağırış etdi-İraqı münaqişəyə çəkməyin
  • Səudiyyə İraqdakı İrançı qruplaşmalara zərbələr endirib
  • Qətərdə kənd təsərrüfatı sektoru sürətlə inkişaf edir

ASELSAN tərəfindən hazırlanan orta ölçülü bu elektro-optik giroskopik sistem həm PUA-lar, həm də sabit qanadlı pilotlu təyyarələr üçün nəzərdə tutulub. Sistem HD TV, HD SWIR (qısa dalğalı infraqırmızı) və HD MWIR (orta dalğalı infraqırmızı) kameralarla yanaşı, 35 kilometr məsafəyə qədər hədəfləri dəqiqliklə nişanlamaq imkanına malik lazer nişangahı ilə təchiz olunub.

Quru qoşunlarına dəstək və qiyamçılara qarşı əməliyyatlar (COIN) üçün layihələndirilmiş Mwari təyyarəsi 950 at qüvvəsi hasil edən PT6-66A turboprop mühərriki ilə çalışır. Gövdənin üst hissəsində yerləşən iri qanadlar qısa məsafədən qalxma və enmə (STOL) imkanı yaradır. Təyyarə konfiqurasiyadan asılı olaraq havada 10 saata qədər qala bilir.

6 ədəd asqı nöqtəsinə və 800-1000 kq faydalı yük götürmə qabiliyyətinə malik olan Mwari təyyarəsi Mokopa tankəleyhinə idarəolunan raketləri (ATGM) və Mk-81/82 ümumi təyinatlı aviabombaları daşıya bilir.

Həmçinin oxuyun

Türkiyə-İsrail rəqabəti və yeni Yaxın Şərqin formalaşması
SAHA 2026-da premyera-PAMİR 4×4 təqdim edildi
Türkiyə-Səudiyyə Ticarət Palataları Forumu yaradıla bilər
HÜRKUŞ-un ilk rəsmi təhvili avqustun əvvəlində gerçəkləşəcək
Airtificial ilə TUSAŞ 16 milyon avroluq müqavilə
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərdədir

Bu məqaləni paylaş
Email Linki kopyala Çap et
Ad image

Oxşar məqalələr

İranRedaktorun seçimiTəhlilTürkiyə

İranın türk onurğası – İsrailin hədəf strategiyasında

Müəllif:
mail.azerpress@gmail.com
Türkiyə

Türkiyə müxalifəti ABŞ səfirini qovmaq istəyir

Müəllif:
mail.azerpress@gmail.com
QətərTürkiyə

Fidan Qətər əmiri ilə müzakirə aparıb

Müəllif:
mail.azerpress@gmail.com
Türkiyə

Türkiyə sıfır mülki itki ilə hədəfi vuran raketini qeydiyyata aldı

Müəllif:
ArabAZ News
ArabAZ-Ən Yaxın Şərq
Facebook X-twitter Youtube

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə MENAPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
İmtiyaz sahibi Rufiz Hafizoğlu

Məlumat
  • Haqqımızda
  • Əlaqə
  • Məxfilik siyasəti
  • İstifadə şərtləri
  • Reklam və əməkdaşlıq
Top Kateqoriyalar
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər

© ArabAZ. Bütün hüquqlar qorunur.