5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər Gündəm
Gündəm

Qırğızıstan Aktauda AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı yardım göndərməyə hazırdır - FHN

Qırğızıstan bu gün Bakıdan Qroznıya uçan Azərbaycan Hava Yollarına (AZAL) məxsus sərnişin təyyarəsinin Aktau (Qazaxıstan) şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı yardım göndərməyə hazırdır.

25 Dekabr 2024 14:45
Qırğızıstan Aktauda AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı yardım göndərməyə hazırdır - FHN

Bakı, AzerVoice

Qırğızıstan bu gün Bakıdan Qroznıya uçan Azərbaycan Hava Yollarına (AZAL) məxsus sərnişin təyyarəsinin Aktau (Qazaxıstan) şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı yardım göndərməyə hazırdır.

AzerVoice xəbər verir ki, bu barədə Qırğızıstanın fövqəladə hallar naziri Boobek Ajikeyevin açıqlama verib.

"Mən Qazaxıstanın Fövqəladə Hallar Nazirliyinin rəhbərləri Çingiz Sayranoviç və Azərbaycanın FHN rəhbəri Kəmaləddin Heydərov ilə sıx əlaqə saxlayıram. Təyyarə qəzası ilə bağlı yardım göstərmək üçün xilasedicilərimiz tam hazır vəziyyətdədir. Lazım gələrsə, xilasetmə işlərinə dəstək üçün əlavə qüvvə və resurslar göndərməyə hazırıq. Qırğız Respublikasının Fövqəladə Hallar Nazirliyi hadisənin bütün detallarının aydınlaşdırılması və vətəndaşlarımıza köməklik göstərilməsi üçün Qırğızıstan Respublikasının Xarici İşlər Nazirliyi və aidiyyəti orqanlarla sıx əməkdaşlıq edir, - o bildirib.

Xatırladaq ki, bu gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan təyyarənin göyərtəsində 37 Azərbaycan vətəndaşı olub.

"İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 37 Azərbaycan, 6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub", - deyə Nazirliyin məlumatında bildirilir.

AZAL-dan bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Məqalədə: #AZAL

Mövzu üzrə digər xəbərlər

AZAL-ın 2026-cı il üçün əsas prioritetlərindən biri rəqəmsal müştəri təcrübəsinin təkmilləşdirilməsidir - Vasif Məmmədov
Cəmiyyət

AZAL-ın 2026-cı il üçün əsas prioritetlərindən biri rəqəmsal müştəri təcrübəsinin təkmilləşdirilməsidir - Vasif Məmmədov

6 İyul 12:49
AZAL Brüsselə birbaşa uçuşlara başlayır
Cəmiyyət

AZAL Brüsselə birbaşa uçuşlara başlayır

1 İyul 14:16
AZAL Naxçıvan reyslərini hava şəraitinə görə ləğv edib
Cəmiyyət

AZAL Naxçıvan reyslərini hava şəraitinə görə ləğv edib

18 İyun 22:30
AZAL iyunun ilk yarısında Naxçıvan istiqamətində 47 mindən çox sərnişin daşıyıb
Cəmiyyət

AZAL iyunun ilk yarısında Naxçıvan istiqamətində 47 mindən çox sərnişin daşıyıb

17 İyun 18:18

Son Xəbərlər

Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
4 Sentyabr 21:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.