15 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Gündəm
Gündəm

Ümumdünya Səhiyyə Təşkilatı Trampın çıxış qərarından sonra "kəməri sıxmağa" məcbur olacaq

12 Fevral 2025 10:29
Ümumdünya Səhiyyə Təşkilatı Trampın çıxış qərarından sonra "kəməri sıxmağa" məcbur olacaq

BAKI,AzerVoice

ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatının büdcəsinə ən böyük töhfə verən ölkə kimi, təşkilatdan çıxmaq qərarından sonra ÜST "kəməri sıxmağa" məcbur olacaq.AzerVoice xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

"ABŞ-ın təşkilatdan çıxmaq niyyətini elan etməsindən təəssüflənirik (...) və onların bu qərarını yenidən nəzərdən keçirəcəyinə ciddi ümid edirik. Vaşinqtonla konstruktiv dialoq imkanını məmnuniyyətlə qarşılayacağıq. Biz iki strateji məqsədə nail olmaq üçün çalışırıq: resursları səfərbər etmək və kəməri sıxmaq”-deyə o bildirib.

Ötən ay Ağ Evə qayıtdıqdan sonra ABŞ prezidenti Donald Tramp ölkəsinin Ümumdünya Səhiyyə Təşkilatından çıxması barədə icra qərarı imzalayıb. O, prezidentliyinin birinci dövründə COVID-19 pandemiyasına yanaşmasına görə ÜST-ü sərt tənqid etmişdi. Trampın birinci dövründə ABŞ ÜST-dən çıxmaq istiqamətində addımlar atmışdı, lakin onun varisi Co Bayden dövründə bu qərardan geri çəkilmişdi.

Öz növbəsində, Barbadosun səhiyyə naziri və bu beynəlxalq təşkilatın İcraiyyə Şurasının sədri Cerom Valkot bildirib ki, "ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatından çıxacağını elan etməsi ilə yeni reallıqlarla üzləşməyə məcbur olduq."

Trampın qərarı təşkilatın daha sabit və etibarlı maliyyələşməyə ehtiyacı olduğunu ön plana çıxardı, çünki ÜST son illərdə könüllü ianələrə güclü şəkildə arxalanırdı. Təşkilatın İcraiyyə Şurası üzvlük haqlarının 20 faiz artırılmasını və 2030-cu ilə qədər büdcəsinin ən azı yarısını qarşılamağı tövsiyə edib.

Məqalədə: #Donald Tramp #COVİD-19 #Ümumdünya Səhiyyə Təşkilatı (ÜST)

Mövzu üzrə digər xəbərlər

Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
BookHub: Kitab təhlilləri və xülasələr

Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub

13 Sentyabr 21:23
Qətərdə süni intellekt üzrə biznes imkanları - Texnologiya, bazar potensialı və strateji sahələr hansılardır?
Qətər

Qətərdə süni intellekt üzrə biznes imkanları - Texnologiya, bazar potensialı və strateji sahələr hansılardır?

13 Sentyabr 10:00
Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı
Fələstin

Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı

13 Sentyabr 09:00
Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək

11 Sentyabr 12:43

Son Xəbərlər

Osmanlı qarnizonunun süqutundan Paris paktına -15 sentyabrda ərəb əlkələrində nələr baş verdi
Osmanlı qarnizonunun süqutundan Paris paktına -15 sentyabrda ərəb əlkələrində nələr baş verdi
00:10
Tarixdə bu gün - 15 sentyabr
Tarixdə bu gün - 15 sentyabr
00:01
Skott Bessent İranla bağlı məlumat verənlərin mükafatlandırıla biləcəyini açıqlayıb
Skott Bessent İranla bağlı məlumat verənlərin mükafatlandırıla biləcəyini açıqlayıb
14 Sentyabr 22:34
İordaniya və Çin Əqəbədə yaşıl hidrogen layihəsi üzrə memorandum imzalayıb
İordaniya və Çin Əqəbədə yaşıl hidrogen layihəsi üzrə memorandum imzalayıb
14 Sentyabr 22:07
Anthropic maliyyə sektoru üçün yeni Claude alətini təqdim edib
Anthropic maliyyə sektoru üçün yeni Claude alətini təqdim edib
14 Sentyabr 21:57
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.