5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər Gündəm
Gündəm

BMT-nin Əhali Fondu demoqrafiya ilə bağlı məsələlərdə Azərbaycan hökuməti ilə tərəfdaşlığını təsdiqləyib

10 İyun 2024 16:40
BMT-nin Əhali Fondu demoqrafiya ilə bağlı məsələlərdə Azərbaycan hökuməti ilə tərəfdaşlığını təsdiqləyib

Bakı. AzerVoice:

Səhiyyə Nazirliyində BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycan üzrə ölkə direktoru Məryəm Xan ilə görüş keçirilib.

Nazirliyin mətbuat xidmətindən AzerVoice-ə verilən məlumata görə, səhiyyə naziri Teymur Musayev Azərbaycanın BMT-nin müxtəlif ixtisaslaşmış strukturları, həmçinin UNFPA ilə səmərəli əməkdaşlıq etdiyini vurğulayıb. Teymur Musayev Azərbaycanın BMT-nin Əhali Fondu ilə bir sıra sahələrdə, o cümlədən səhiyyə sahəsində də səmərəli əməkdaşlığını qeyd edib.

Nazir, həmçinin bu ilin noyabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ölkəmizin ev sahibliyi edəcəyini vurğulayıb. Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsini diqqətə çatdıran Teymur Musayev, cari ildə milli və qlobal səviyyədə həyata keçirilən bir sıra tədbirlərin iqlim dəyişikliyinin mənfi təsirlərinə həsr olunduğunu bildirib.

Sonda nazir Azərbaycan ilə BMT-nin Əhali Fondunun birgə fəaliyyətinin gələcəkdə də səmərəli şəkildə inkişaf edəcəyinə əminliyini ifadə edib.

Məryəm Xan Azərbaycan ilə bu təşkilat arasında əldə olunan tərəfdaşlıq səviyyəsini yüksək qiymətləndirib. Onun sözlərinə görə, UNFPA demoqrafiya ilə bağlı məsələlərə, gender bərabərliyinin təşviqi və qadınların sağlamlığının qorunmasına yönələn çoxşaxəli təşəbbüslərində Azərbaycan hökuməti ilə uzunmüddətli tərəfdaşlığa sadiqliyini bir daha təsdiqləyir.

Məryam Xan, həmçinin Azərbaycanı COP29-un ev sahibliyi edəcəyi münasibətilə təbrik edib. Onun sözlərinə görə, cari il üçün prioritet COP29 konfransına hazırlıqları dəstəkləmək məqsədilə BMT-nin Əhali Fondunun müqayisəli üstünlüyünə uyğunlaşdırılan iqlim dayanıqlılığı səylərinə veriləcək.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.


BMT-nin Əhali Fondu demoqrafiya ilə bağlı məsələlərdə Azərbaycan hökuməti ilə tərəfdaşlığını təsdiqləyib BMT-nin Əhali Fondu demoqrafiya ilə bağlı məsələlərdə Azərbaycan hökuməti ilə tərəfdaşlığını təsdiqləyib
Məqalədə: #BMT #Əhali fondu #UNFPA #Teymur Musayev

Mövzu üzrə digər xəbərlər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib

4 Sentyabr 22:00
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Yaxın Şərq

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib

4 Sentyabr 20:41
Əbu-Dabidə BMT sülhməramlı əməliyyatlarının rəhbərləri üçün seminar başa çatıb
BƏƏ

Əbu-Dabidə BMT sülhməramlı əməliyyatlarının rəhbərləri üçün seminar başa çatıb

4 Sentyabr 13:44
Mā'ohi Nui-nin müstəqilliyi uğrunda mübarizə davam etdiriləcək - Oskar Temaru
Siyasət

Mā'ohi Nui-nin müstəqilliyi uğrunda mübarizə davam etdiriləcək - Oskar Temaru

2 Sentyabr 13:34

Son Xəbərlər

İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
19:56
İran Cənub Parsdakı dağıntıların tam təmizləndiyini açıqlayıb
İran Cənub Parsdakı dağıntıların tam təmizləndiyini açıqlayıb
19:54
ABŞ-nin Bəhreyndəki səfirliyi vətəndaşlarını yüksək sayıqlığa çağırıb
ABŞ-nin Bəhreyndəki səfirliyi vətəndaşlarını yüksək sayıqlığa çağırıb
19:49
Qətərdə Quran üçün süni intellekt əsaslı yeni tətbiq istifadəyə verilib
Qətərdə Quran üçün süni intellekt əsaslı yeni tətbiq istifadəyə verilib
19:32
Bəhreyn və Misir XİN rəhbərləri Hörmüz boğazındakı vəziyyəti müzakirə edib
Bəhreyn və Misir XİN rəhbərləri Hörmüz boğazındakı vəziyyəti müzakirə edib
18:53
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.