5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər Gündəm
Gündəm

Jitomirdə Heydər Əliyevin 100 illik yubileyi münasibətilə fotosərgi nümayiş olunub

14 Dekabr 2023 13:09
Jitomirdə Heydər Əliyevin 100 illik yubileyi münasibətilə fotosərgi nümayiş olunub

Bakı. AzerPress:

Ukraynanın Jitomir vilayətində müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş foto-sərgi təşkil edilib.

AzerPress xəbər verir ki, Ukrayna Azərbaycanlılarının Həmrəylik Konqresinin və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) birgə təşkilatçılığı ilə Oleq Oljiç adına Jitomir vilayət universal elmi kitabxanasında baş tutan açılış mərasimində şəhər və vilayət şuralarının, vilayət hərbi idarəsinin, ictimai təşkilatların nümayəndələri iştirak ediblər.

Qonaqlar arasında Ukraynanın xalq deputatı Sergey Kuzminıx, Jitomir vilayət Şurası sədrinin müavini Vladimir Şirma, Jitomir şəhər Şurasının katibi Viktor Kliminski, Jitomir vilayət Şurasının deputatı İrina Dyaçuk, Jitomir rayon Şurasının sədr müavini Vladimir Paliy və başqaları olub.

Mərasim iştirakçılarını salamlayan Ukrayna Azərbaycanlılarının Həmrəylik Konqresinin sədri İlqar Məmmədov qeyd edib ki, bu il Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycanda “Heydər Əliyev İli” elan edilib. Dünyanın müxtəlif ölkələrində olduğu kimi, Jitomirdəki Azərbaycan icması da ümummilli liderin 100 illik yubileyi çərçivəsində fotosərgi təşkil etməyi qərara alıb.

Azərbaycan dövlətinin və xalqının ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpasına nail olmaqla ulu öndərin ən böyük arzusunu yerinə yetirdiyini vurğulayan diaspor təşkilatının sədri Azərbaycana və Ukraynaya sülh və çiçəklənmə arzulayıb.

Görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən şəkil və kitablardan ibarət sərgiyə baxışdan sonra qonaqlar ölkələrimizin tarixi arasında paralellər aparıblar. “Bir vaxtlar Azərbaycan da müharibəyə məruz qalmışdı və ərazilərinin bir hissəsi işğal olunmuşdu. Azərbaycan öz ərazilərini azad etməyə nail oldu. Bu, bizim üçün parlaq nümunədir”, - deyə V.Şirma söyləyib.

3 gün nümayiş olunan foto-sərgi yerli mediada geniş şəkildə işıqlandırılıb.

Jitomirdə Heydər Əliyevin 100 illik yubileyi münasibətilə fotosərgi nümayiş olunub Jitomirdə Heydər Əliyevin 100 illik yubileyi münasibətilə fotosərgi nümayiş olunub Jitomirdə Heydər Əliyevin 100 illik yubileyi münasibətilə fotosərgi nümayiş olunub Jitomirdə Heydər Əliyevin 100 illik yubileyi münasibətilə fotosərgi nümayiş olunub Jitomirdə Heydər Əliyevin 100 illik yubileyi münasibətilə fotosərgi nümayiş olunub Jitomirdə Heydər Əliyevin 100 illik yubileyi münasibətilə fotosərgi nümayiş olunub Jitomirdə Heydər Əliyevin 100 illik yubileyi münasibətilə fotosərgi nümayiş olunub Jitomirdə Heydər Əliyevin 100 illik yubileyi münasibətilə fotosərgi nümayiş olunub
Məqalədə: #Ukrayna #Heydər Əliyev

Mövzu üzrə digər xəbərlər

Ukraynanın Ankaradakı səfiri XİN-ə çağırılıb
Türkiyə

Ukraynanın Ankaradakı səfiri XİN-ə çağırılıb

29 Avqust 17:42
ABŞ Moskva görüşləri barədə Ukraynaya məlumat verib - Zelenski
Digər Dövlətlər

ABŞ Moskva görüşləri barədə Ukraynaya məlumat verib - Zelenski

29 Avqust 16:16
Rusiyanın Kiyevə hücumları davam edir - ölən və yaralananlar var
Digər Dövlətlər

Rusiyanın Kiyevə hücumları davam edir - ölən və yaralananlar var

28 Avqust 15:09
Rusiya Kiyev və Odessadakı obyektlərə zərbələr endirib
Digər Dövlətlər

Rusiya Kiyev və Odessadakı obyektlərə zərbələr endirib

28 Avqust 11:18

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.