8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Gündəm
Gündəm

Sara Netanyahudan səs-küylü iddia: Yair Qolan 7 oktyabr hücumunu əvvəlcədən bilirdi

İsrail Baş nazirinin həyat yoldaşı Sara Netanyahu müxalifət liderlərindən birinin HƏMAS-ın 7 oktyabr 2023-cü il hücum planından əvvəlcədən xəbərdar olduğunu iddia edib. "Agence France-Presse" (AFP) xəbər verir ki, bu bəyanat İsrail müxalifətində kəskin qəzəb doğurub və 27 oktyabrda keçirilməsi planlaşdırılan parlament seçkilərinə iki aydan az vaxt qalmış ölkədəki dərin siyasi qütbləşməni yenidən üzə çıxarıb.

1 Sentyabr 2026 15:53

Bütün İsrail Sara Netanyahudan və ölkənin gələcəyindən danışır Bunu da oxuyun Bütün İsrail Sara Netanyahudan və ölkənin gələcəyindən danışır

İsrailin "14-cü Kanal" televiziyasında yayımlanan müsahibəsində Sara Netanyahu İsrail ordusunun Baş Qərargah rəisinin sabiq müavini və sol-mərkəzçi "Demokratlar" partiyasının lideri Yair Qolana hücum edib. O bildirib ki, 7 oktyabr 2023-cü ildə "Baş nazir də daxil olmaqla heç kimin heç nədən xəbəri olmadığı bir vaxtda" Qolan artıq sübh saatlarından etibarən geyinmiş və tam hazır vəziyyətdə idi.

İsraildə 27 Oktyabr seçkiləri - Liberal demokratiya ilə dindar-mühafizəkar model arasında tarixi seçim olacaq

Yair Qolanın partiyası Sara Netanyahunun bu sözlərini kəskin pisləyərək onu "alçaq və çaşdırıcı" bəyanat adlandırıb.

"General-mayor Yair Qolana qarşı konspiroloji nəzəriyyələr yaymaq və onun 7 oktyabrdakı qəhrəmanlığına ləkə yaxmaq qırmızı xəttin keçilməsidir və dəlilik həddinə çatmaqdır".-deyə o bildirib.

Sabiq Baş Qərargah rəisi və Netanyahunun əsas rəqiblərindən biri olan Qadi Ayzenkot da Baş nazirin xanımının irəli sürdüyü fikirləri "ağılsız xəyanət nəzəriyyəsi" adlandırıb. Ayzenkot vurğulayıb ki, bu cür çıxışlar yalnız nifrəti qızışdırmaq və Netanyahunun hakimiyyətini uzatmaq məqsədi daşıyır.

İsraildə parlament seçkilərində əsas iddiaçılar kimlərdir?

Sara Netanyahunun ittihamları İsrailin siyasi dairələrində yayılan konspiroloji fikirləri əks etdirir. Avqust ayında "13-cü Kanal" tərəfindən keçirilən rəy sorğusuna əsasən, israillilərin 40 faizi, hakim sağçı koalisiyanın tərəfdarlarının isə 63 faizi 7 oktyabr hücumunun arxasında "daxili xəyanətin" dayandığına inanır.

İsrail tarixində ən uzun müddət hakimiyyətdə qalan və özünü daim ölkə təhlükəsizliyinin təminatçısı kimi təqdim edən Binyamin Netanyahu isə hücuma görə məsuliyyəti üzərindən atmağa davam edir və təhlükəsizlik rəsmilərinin onu vaxtında yuxudan oyatmalı olduğunu iddia edir.

Rəsmi İsrail rəqəmlərinə əsaslanan AFP-nin hesablamalarına görə, 7 oktyabr hücumu nəticəsində 1221 nəfər həlak olub və 251 nəfər Qəzza zolağına girov aparılıb. Qəzzada fəaliyyət göstərən və məlumatları BMT tərəfindən etibarlı sayılan Səhiyyə Nazirliyinin açıqlamasına görə isə, İsrailin Qəzzada apardığı müharibə nəticəsində 73 mindən çox insan həyatını itirib.

Məqalədə: #Benyamin Netanyahu #Netanyahu #Binyamin Netanyahu #Air France #Netanyahu və Donald Tramp görüşü #Netanyahu administrasiyasının Suriya siyasəti #Netanyahu və Suriya məsələsi #Netanyahu 7 Oktyabr istintaqı #İsraildə parlament seçkiləri 2026 #İsrail parlament seçkiləri #Yair Qolan #ABŞ Konqres seçkiləri 2026 aralıq seçkiləri #Sara Netanyahu #14-cü Kanal #Sara Netanyahu 7 oktyabr açıqlaması #Yair Qolan Demokratlar partiyası İsrail #İsrail parlament seçkiləri 2026 #Binyamin Netanyahu 7 oktyabr məsuliyyəti #HƏMAS 7 oktyabr hücumu və girovlar #Sara Netanyahu 7 October foreknowledge claims #Yair Golan The Democrats party Israel #Channel 14 Israel Sara Netanyahu interview #Channel 13 poll internal treason conspiracy Israel #Outrage in Israel: Yair Golan condemns Prime Minister's wife over conspiracy claims

Mövzu üzrə digər xəbərlər

Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər
Cəmiyyət

Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər

7 Sentyabr 12:27
Dubayda şirkət təsis etmək: Lisenziyadan kənar görünməyən maneələr və bank hesabı reallığı
Biznes

Dubayda şirkət təsis etmək: Lisenziyadan kənar görünməyən maneələr və bank hesabı reallığı

7 Sentyabr 12:00
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
Küveyt

Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib

6 Sentyabr 19:02
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Rəsmi Xronika

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)

6 Sentyabr 15:34

Son Xəbərlər

Britaniya İsrail və ABŞ-ın təzyiqi ilə üzləşə bilər - BMT
Britaniya İsrail və ABŞ-ın təzyiqi ilə üzləşə bilər - BMT
19:02
Robinhood proqnoz bazarındakı fəaliyyətini genişləndirir
Robinhood proqnoz bazarındakı fəaliyyətini genişləndirir
18:57
Gideon Saar Britaniyanın İsrail yaşayış məntəqələri ilə bağlı qərarını tənqid edib
Gideon Saar Britaniyanın İsrail yaşayış məntəqələri ilə bağlı qərarını tənqid edib
18:43
Fələstin Administrasiyası İsrail yaşayış məntəqələrinə qarşı sanksiyaları alqışlayıb
Fələstin Administrasiyası İsrail yaşayış məntəqələrinə qarşı sanksiyaları alqışlayıb
18:31
Kanada İsrail yaşayış məntəqələrindən malların idxalını məhdudlaşdıracaq
Kanada İsrail yaşayış məntəqələrindən malların idxalını məhdudlaşdıracaq
18:24
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.