6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər Gündəm
Gündəm

Natəvanın abidəsi ilə bağlı Fransanın Evian-le Ben şəhər meriyasına müraciət edildi

3 Yanvar 2024 16:18
Natəvanın abidəsi ilə bağlı Fransanın Evian-le Ben şəhər meriyasına müraciət edildi

Bakı. AzerPress:

Fransanın Paris şəhərində fəaliyyət göstərən Azərbaycan Evi ölkənin Evian-le Ben şəhər bələdiyyə şurasının “Azərbaycan bağı” ilə bağlı qərarı və parkda yerləşən Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvanın abidəsi ətrafında yaranmış təhlükəyə görə müraciətlə çıxış edib.

AzerPress xəbər verir ki, Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyevanın adından Evian-le Ben şəhər meri Jozian Leyə ünvanlanan müraciətdə yaranmış mövcud durumdan dərin narahatlıq ifadə edilib.

Müraciətdə Fransanın öz ərazisində mövcud olan bütün mədəniyyətlərə dəyər verən dövlət kimi tanındığı yada salınıb:

“Lakin Azərbaycana qarşı son hərəkətlər, xüsusən də “Azərbaycan bağı”nın adının dəyişdirilməsi ilə bağlı irəli sürülən təkliflər ədalət və mədəni müxtəlifliyə hörmət prinsipləri ilə tamamilə ziddiyyət təşkil edir”.

Xurşidbanu Natəvanın XIX əsr Azərbaycan ədəbiyyatının əsas simalarından biri, qadın azadlığının rəmzi olduğu, Azərbaycanın ictimai əlaqələrinin mədəni yüksəlişinə və həyatına mühüm töhfələr verdiyi diqqətə çatdırılıb. Avropadakı qadın yazıçıların tez-tez kişi təxəllüslərindən istifadə etdiyi bir vaxtda islami dəyərlərin daşıyıcısı olan Natəvanın ölkəmizin mədəniyyət şəhəri olan Şuşada ədəbi məclislərə rəhbərlik etdiyi, 1858-ci ildə məşhur fransız yazıçısı Aleksandr Düma ilə tanış olduğu vurğulanıb: “Onların dostluğunu Natəvanın fransız dilini mükəmməl bilən əri Xasay xan möhkəmləndirib. Natəvanın Bakı şəhərindən Şıx kəndinə daş yol çəkməsi hadisəsi A.Dümanın “Qafqaza səyahət” kitabında xatırlanıb”.

Bildirilib ki, belə qərarlar iki ölkə arasında xoş niyyətin gücləndirilməsi üçün vacib olan qarşılıqlı anlaşma və əməkdaşlıq əlaqələrini pozmaq riski yaradır. Halbuki Fransa müxtəlif mədəni irslərə və ikitərəfli əlaqələrə hörmətli münasibət sərgiləməlidir:

“Ölkələrimiz arasında qarşılıqlı anlaşmaya töhfə verən mədəni rəmzlərin qorunmasının vacibliyini dərk edərək, biz hakimiyyətin müvafiq qurumlarını bu qərarlara yenidən baxmağa çağırırıq”.

Mədəniyyətin ölkələrə bütün digər maneələri dəf etmək imkanı verdiyini vurğulayan Paris Azərbaycan Evi bu problemə diqqət yetirilməsini xahiş edib və onun Fransanın qürurla təmsil etdiyi müxtəlif mədəniyyətlərin dəyərlərinə uyğun şəkildə həllinə ümid etdiyini vurğulayıb.

Xatırladaq ki, Azərbaycanın İsmayıllı şəhəri ilə Fransanın Evian-lö Bən şəhəri arasında 2015-ci ildə imzalanmış qarşılıqlı dostluq və əməkdaşlıq xartiyasına əsasən, 2017-ci ildə bu şəhərdə “Azərbaycan bağı” açılıb və parkda Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvanın abidəsi ucaldılıb.

Natəvanın abidəsi ilə bağlı Fransanın Evian-le Ben şəhər meriyasına müraciət edildi
Məqalədə: #Fransa #Paris #Xurşidbanu Natəvan #Evian-lö Bən #Jozian Ley

Mövzu üzrə digər xəbərlər

Fransada “kiçik qayıqlar” sazişi siyasi mübahisəyə səbəb olub
Digər Dövlətlər

Fransada “kiçik qayıqlar” sazişi siyasi mübahisəyə səbəb olub

5 Sentyabr 18:45
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

4 Sentyabr 22:24
ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır
Digər Dövlətlər

ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır

4 Sentyabr 21:12
Fransa və Böyük Britaniya Hörmüz boğazında gərginliyin azaldılmasına çağırıb
Digər Xəbərlər

Fransa və Böyük Britaniya Hörmüz boğazında gərginliyin azaldılmasına çağırıb

3 Sentyabr 21:03

Son Xəbərlər

Xarəzm elmi mühitində yetişmiş azərbaycanlı alim: Fəxrəddin əl-Arrani
Xarəzm elmi mühitində yetişmiş azərbaycanlı alim: Fəxrəddin əl-Arrani
11:07
Sudanda müharibə səbəbilə elektrik böhranı dərinləşir
Sudanda müharibə səbəbilə elektrik böhranı dərinləşir
11:02
Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?
Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?
11:00
Omanda nəqliyyat və logistika sektorunda  yaşıl hidrogen dövrü başlayır
Omanda nəqliyyat və logistika sektorunda yaşıl hidrogen dövrü başlayır
10:54
Səudiyyə Ərəbistanının humanitar yardımlarının həcmi 145 milyard dolları ötüb
Səudiyyə Ərəbistanının humanitar yardımlarının həcmi 145 milyard dolları ötüb
10:53
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.