6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi ArabAZ analitika: Geosiyasi təhlillər
ArabAZ analitika: Geosiyasi təhlillər

Pezeşkian ABŞ-İran münasibətlərində, ABŞ-Çin modelini dilə gətirib

24 Yanvar 2025 12:55
Pezeşkian ABŞ-İran münasibətlərində, ABŞ-Çin modelini dilə gətirib

BAKI,AzerVoice

İran prezidenti Məsud Pezeşkian, ABŞ ilə qarşıdurmanı idarə etməkdə Çin nümunəsindən ilham almağa çağırıb. Eyni zamanda, Ali rəhbər Əli Xameneyinin "İnqilab Keşikçiləri"ndəki nümayəndəsi, Donald Tramp administrasiyası ilə birbaşa danışıqlar aparmağı təklif edən şəxslərin hakimiyət orqanlarına zıması haqqında ciddi xəbərdarlıq edib.

Pezeşkian, İsrail istisna olmaqla, bütün ölkələrlə dinc yanaşmanın tərəfdarı olduğunu bildirib. O, "sülh dilini qəbul etməyi, hər kəslə münaqişələrdən çəkinməyi" vurğulayıb və İsraili istisna edərək belə deyib: "Dostlarla çevik, düşmənlərlə ehtiyatlı davranmaq lazımdır." Bu fikirlər "Telegram" şəbəkəsində yayılan videolarda yer alıb.

"Çin, böyüklüyünə baxmayaraq və ABŞ-ı öz əsas düşməni hesab etdiyini açıq şəkildə bəyan etməsinə rəğmən, ABŞ-ın təhdidlərinə çevikliklə yanaşır, çünki maksimum fayda əldə etməyə çalışır. Biz özümüzü idarə etmirik, qonşularımızı və dünyanı da nəzərə almırıq"-deyə ABŞ ilə gərgin münasibətlərə toxunan Pezeşkian deyib.
O, çıxışının bir hissəsində Ali rəhbər Əli Xameneinin tövsiyələrinə istinad edib.

"Ali rəhbər deyir ki, siyasət mənafe, ləyaqət və müdriklik prinsiplərinə əsaslanmalıdır və İsrail istisna olmaqla hər kəslə əlaqədə olmalıyıq."- Pezeşkian deyib.

Pezeşkian administrasiyasının bəzi rəsmiləri, ABŞ ilə birbaşa danışıqlara çağırışlarına görə mühafizəkarlar tərəfindən tənqid olunub.

Bu ayın əvvəlində Pezeşkian, İranın ABŞ ilə dolayı danışıqlara hazır olduğunu bildirmişdi. ABŞ-ın "NBC News" telekanalına müsahibəsində o, İranın "prinsip etibarilə Trampın ikinci administrasiyası ilə dialoqa açıq" olduğunu deyib.

Lakin o, Trampın birinci administrasiyası dövründə tətbiq etdiyi "maksimum təzyiq" strategiyasına görə birbaşa və açıq danışıqlara şübhə ilə yanaşıb. O deyib: "Problem dialoqda deyil, bu dialoqun nəticəsində yaranan öhdəliklərdədir." O, təəssüflə əlavə edib ki, "qarşı tərəf verdiyi vədləri yerinə yetirməyib və öhdəliklərini yerinə yetirməyib."

Eyni müsahibədə Pezeşkian, Suriya qəssabı Qasim Süleymaninin ABŞ hava hücumunda öldürülməsinə görə Trampa qarşı sui-qəsd planlarının olduğunu inkar edib. Bu açıqlama, "İnqilab Keşikçiləri" dairələrində narazılığa səbəb olub.

İran, ABŞ prezidenti Donald Trampın, xüsusilə də İranın nüvə proqramı silah istehsalına yaxın zənginləşdirmə səviyyələrinə çatdığı bir vaxtda, "maksimum təzyiq" siyasətinə qayıtmasından narahatdır.
Trampın Tehrana yanaşma tərzi ilə bağlı suallar hələ də qalır, çünki hər iki tərəf qarşıdurma və ya diplomatik anlaşma barədə qarışıq siqnallar göndərir.
İranın ahıl yaşlı Ali rəhbərin ofisinin bir media rəsmisi, ABŞ ilə danışıqlar çağırışlarını "bütün dünyaya xəyanət" kimi qiymətləndirib.

Ali rəhbərin "İnqilab Keşikçiləri"ndəki nümayəndəsi Abdullah Hacı Sadıqi, bu gün "şəxslər və cərəyanlar vasitəsilə sızma" cəhdlərinə qarşı xəbərdarlıq edib.

"Bu gün küfr və müstəmləkəçi ölkələrin rəhbərləri birləşiblər və hibrid və informasiya müharibəsi ilə inqilab cəbhəsinə qarşı çıxırlar. Düşmən qorxu və ümidsizlik yaymaq, idarəetmə sisteminin səmərəsizliyi barədə təsəvvür yaratmaq, eləcə də cəmiyyətdə parçalanma və qütbləşmə yaratmaq üçün çalışır."-deyə Hacı Sadıqi.

Hacı Sadıqi, "düşmənin millət və vilayət arasındakı əlaqəni qırmağa çalışdığını" vurğulayıb və əlavə edib: "İnqilab Mehdi Muntəzərin zühuruna ən böyük hazırlıqdır və vilayətə bağlılıq inqilabın davamlılığını və gələcəyini təmin edən yeganə amildir."

Məqalədə: #Təhlil #Məsud Pezeşkian

Mövzu üzrə digər xəbərlər

Qadınlar niyə uşaq dünyaya gətirməkdən imtina edir?
ArabAZ təhlil mərkəzi

Qadınlar niyə uşaq dünyaya gətirməkdən imtina edir?

17 May 23:59
Diqqət!...Səudiyyə bu şəxsləri deportasiya edəcək
Yaxın Şərq

Diqqət!...Səudiyyə bu şəxsləri deportasiya edəcək

17 May 18:12
İran kəşfiyyatı: ABŞ və İsrail Xameneini hədəf alır — Tehran “müharibə təzyiqi” altında birləşməyə çağırır
ArabAZ təhlil mərkəzi

İran kəşfiyyatı: ABŞ və İsrail Xameneini hədəf alır — Tehran “müharibə təzyiqi” altında birləşməyə çağırır

24 Noyabr 2025 12:24
Netanyahu yenidən Suriyada şərt irəli sürdü – silahsız zona tələbi gündəmdədir
İslam və Tarix

Netanyahu yenidən Suriyada şərt irəli sürdü – silahsız zona tələbi gündəmdədir

14 Noyabr 2025 15:00

Son Xəbərlər

Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
19:34
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
19:02
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
18:00
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
17:00
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
15:34
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.