9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İslam və Tarix
İslam və Tarix

Netanyahu yenidən Suriyada şərt irəli sürdü – silahsız zona tələbi gündəmdədir

İsrailin Baş naziri Benyamin Netanyahu cümə axşamı bəyan edib ki, Suriyanın prezidenti Əhməd əş-Şəraa ilə “gələcək münasibətlər” Cənub-Qərbi Suriyada, işğal olunmuş Colan təpələrinə bitişik ərazidə silahsız zona yaradılması üzrə əməkdaşlıqdan asılı olacaq. Bu arada Suriya xarici işlər naziri Əsəd əş-Şeybani bildirib ki, hökumət İsraillə gərginliyin artmasının qarşısını almağa çalışır və ölkəsinin ərazisində davam edən İsrail pozuntularına diplomatik yolla cavab verməyə çalışır.

14 Noyabr 2025 15:00
Netanyahu yenidən Suriyada şərt irəli sürdü – silahsız zona tələbi gündəmdədir

BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

İsrailin Baş naziri Benyamin Netanyahu cümə axşamı bəyan edib ki, Suriyanın prezidenti Əhməd əş-Şəraa ilə “gələcək münasibətlər” Cənub-Qərbi Suriyada, işğal olunmuş Colan təpələrinə bitişik ərazidə silahsız zona yaradılması üzrə əməkdaşlıqdan asılı olacaq. Bu arada Suriya xarici işlər naziri Əsəd əş-Şeybani bildirib ki, hökumət İsraillə gərginliyin artmasının qarşısını almağa çalışır və ölkəsinin ərazisində davam edən İsrail pozuntularına diplomatik yolla cavab verməyə çalışır.

“Əş-Şəraa ilə gələcək münasibətlər Cənub-Qərbi Suriyada silahsız zona yaradılması sahəsində əməkdaşlıq əsasında müəyyən ediləcək. Əgər Cənub-Qərbi Suriyada silahsız zona reallaşarsa və oradakı druzlara davamlı qorunma təmin olunarsa, biz (Şəraa ilə münasibətlərdə) irəli gedə bilərik”.- Netanyahu “Times of Israel” qəzetinə müsahibəsində deyib.

İsrail “druzların qorunması” bəhanəsi ilə Suriyaya qarşı ara-sıra hava zərbələri və quru toqquşmaları həyata keçirir. Halbuki Suriya hökuməti dəfələrlə vurğulayıb ki, druzlar Suriya cəmiyyətinin ayrılmaz hissəsidir və digər vətəndaşlar kimi bütün hüquqlara malikdirlər.

“Əş-Şəraa barəsində mövqeyimə gəldikdə, mən kağız üzərində deyil, faktiki olaraq nələrin baş verdiyinə, nələrin həqiqətən əldə olunduğuna baxacağam” – deyə o bildirib və qeyd edib ki, Şəraanı “real vəziyyətə sasən” qiymətləndirəcək.

ABŞ administrasiyası hazırda Dəməşq və Təl-Əviv arasında təhlükəsizlik sazişi üzərində işləyir. ABŞ Prezidenti Donald Tramp isə Suriyanı da “İbrahim sazişləri” çərçivəsinə daxil etmək niyyətindədir.

Suriya xarici işlər naziri Əsəd əş-Şeybani Londonda, “Chatham House” institutunda keçirdiyi panel müzakirəsində (Suriya Xarici İşlər Nazirliyinin Media İdarəsinin əvvəlki bəyanatına görə, o, rəsmi, müddətsiz səfərlə Böyük Britaniyada rəsmi görüşlər aparır) deyib ki, “İsrail hazırda Suriyada mənfi rol oynayır və baş verən dəyişikliyə razı deyil. O, Suriyanın ərazisindəki pozuntularını davam etdirir, lakin biz təxribatlara uymadıq və cavabı diplomatiya vasitəsilə verməyə çalışdıq”.

“Biz heç bir vasitəçi müharibənin tərəfi olmaq istəmirik. Sakitlik istəyirik, daxilə fokuslanmaq istəyirik, regional qarşıdurmalara girməməyə çalışırıq. İsraillə gərginliyi artırmamaq, onun ‘təhdid’ iddialarını boşa çıxarmaq üçün səy göstəririk”.- deyə nazir əlavə edib.

Əş-Şeybani vurğulayıb ki, “Suriyanın yenidən qurulması üzərində işləyir və İsraillə mümkün istənilən razılaşmaya da bu prizmadan baxılır”.

Bu kontekstdə, Əhməd əş-Şəraa Vaşinqtona səfərinin sonunda “Washington Post” qəzetinə verdiyi müsahibədə Netanyahunun tələb etdiyi kimi, Dəməşqin cənubunda silahsız zona yaradılmasına Suriyanın razı olub-olmayacağı sualına cavab verib.

“Bütöv bir bölgənin silahsızlaşdırılması barədə danışmaq çətin məsələdir. Çünki əgər orada hər hansı xaos və ya nizamsızlıq yaranarsa, bölgənin təhlükəsizliyini kim təmin edəcək? Əgər bu silahsız zona bəzi tərəflər tərəfindən İsrailə qarşı hücum platforması kimi istifadə olunarsa, buna görə kim məsuliyyət daşıyacaq? Bu ərazilər Suriyaya məxsusdur və Suriya öz torpaqlarında sərbəst qərar vermək azadlığına malikdir. İsrail Colanı guya İsraili qorumaq üçün işğal etdiyini iddia edirdi. İndi isə Colanın ‘müdafiəsi’ naminə Suriyanın cənubuna yeni şərtlər diktə etməyə cəhd göstərir”- deyə XİN rəsmisi bildirib.

2024-cü ilin sonlarında Suriya prezidenti Bəşər Əsədin devrilməsindən sonra İsrailin Suriyaya qarşı hücumları daha da artıb. Dəməşq qoşunların ayrılması barədə 1974-cü il sazişinə sadiq qaldığını bildirsə də, Təl-Əviv bu razılaşmanın “dağıldığını” elan edib.

Suriya hökuməti İsrail üçün birbaşa təhlükə yaratmadığını vurğulasa da, İsrail ordusu Əsədin devrilməsindən sonra Suriyada yüzlərlə hava zərbəsi həyata keçirib, dinc sakinləri öldürüb, Suriya ordusuna məxsus obyektləri, texnikanı, silah və sursat anbarlarını məhv edib.

İsrail 5 iyun 1967-ci il müharibəsindən bəri Suriya Colan təpələrini işğal altında saxlayır. Hazırda ABŞ vasitəçiliyi ilə Dəməşq və Təl-Əviv arasında təhlükəsizlik sazişinə dair danışıqlar davam edir.

Məqalədə: #AzerVoice #Təhlil #Colan Təpələri #Əhməd Əl-Şaraa #İsrailin Suriya siyasəti #İsrail və Colan təpələri #Colan təpələri İsrail üçün niyə əhəmiyyətlidir? #İsrailin Colan təpələrindəki hərbi varlığı beynəlxalq hüquqa uyğundurmu? #ABŞ vasitəçiliyi #Colan yüksəkliklərində İsrail fəaliyyəti #Colan təpələri münaqişəsi #Colan təpələri İsrail işğalı #Əhməd əş-Şəraa #VOA Analitik Təhlil Mərkəzi #İsrail–Suriya gərginliyi #Cənub-Qərb Suriya böhranı #Druz icmasının təhlükəsizliyi #Netanyahu şərtləri #Əhməd əş-Şəraa açıqlamaları #Suriya diplomatiyası #Təl-Əviv hücumları #1974-cü il qüvvələrin ayrılması sazişi #Suriya–İsrail danışıqları #Golan yüksəklikləri məsələsi #Suriya xarici siyasəti #Netanyahunun Əhməd əş-Şəraa ilə əməkdaşlıq üçün silahsız zona şərti #İsrailin Druz icmasına dair iddiaları və Suriyanın mövqeyi

Mövzu üzrə digər xəbərlər

Tarixdə bu gün – 9 Sentyabr
Tarixdə bu gün

Tarixdə bu gün – 9 Sentyabr

00:01
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
Tarixdə bu gün

Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları

00:01
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
Tarixdə bu gün

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?

8 Sentyabr 00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün

Tarixdə bu gün - 8 Sentyabr

8 Sentyabr 00:01

Son Xəbərlər

BMT Liviyada seçkilərlə bağlı razılaşmanı müsbət qiymətləndirib
BMT Liviyada seçkilərlə bağlı razılaşmanı müsbət qiymətləndirib
09:41
Səudiyyədə mədəniyyətin intellektual təhlükəsizliyin gücləndirilməsində rolu müzakirə olunub
Səudiyyədə mədəniyyətin intellektual təhlükəsizliyin gücləndirilməsində rolu müzakirə olunub
09:26
Səudiyyə Ərəbistanı və Xorvatiya arasında əməkdaşlıq məsələləri müzakirə olunub
Səudiyyə Ərəbistanı və Xorvatiya arasında əməkdaşlıq məsələləri müzakirə olunub
09:23
Husilərin sıralarında afrikalılar: Babülməndəbin iki sahili arasında nələr baş verir?
Husilərin sıralarında afrikalılar: Babülməndəbin iki sahili arasında nələr baş verir?
09:00
Saç yağı təqdim edən 6 ərəb brendi
Saç yağı təqdim edən 6 ərəb brendi
08:09
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.