10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi ArabAZ analitika: Geosiyasi təhlillər
ArabAZ analitika: Geosiyasi təhlillər

Misir fələstinlilərin zorla köçürülməsində iştirak edə bilməz

30 Yanvar 2025 11:25
Misir fələstinlilərin zorla köçürülməsində iştirak edə bilməz

BAKI,AzerVoice

Misir Prezidenti Əbdülfəttah Əl-Sisi bildirib ki, Qəzza sakinlərinin zorla köçürülməsi “ədalətsizlikdir və Qahirə bu prosesdə iştirak edə bilməz”. Onun bu açıqlaması ABŞ Prezidenti Donald Trampın fələstinlilərin Misir və İordaniyaya köçürülməsi planını irəli sürməsindən sonra edilib.

Əl-Sisi Qahirədə Keniya Prezidenti Uilyam Ruto ilə keçirdiyi mətbuat konfransında deyib: “Fələstin xalqının torpağından deportasiya edilməsi və köçürülməsi ədalətsizlikdir və biz bu prosesdə iştirak edə bilmərik.”

O əlavə edib ki, Misirin Fələstin məsələsi ilə bağlı tarixi mövqeyi “heç vaxt güzəştə gedilə bilməz”. Əl-Sisi vurğulayıb ki, Misir “Fələstin dövlətinin yaradılmasını dəstəkləyir” və “iki dövlətli həllə əsaslanan sülhün əldə edilməsi üçün Prezident Tramp ilə işləməyə qərarlıdır”.

“Biz inanırıq ki, Prezident Tramp Yaxın Şərqdə ədalətli və daimi sülhün bərqərar olması üçün uzun müddətdir gözlənilən bu məqsədə nail ola bilər.”-deyə əl-Sisi bildirib.

Yanvarın 19-da İsrail və HƏMAS arasında atəşkəs qüvvəyə mindikdən sonra Tramp Qəzza Zolağını “təmizləmə” planını irəli sürüb və bazar ertəsi bu fikrini yenidən təkrarlayaraq fələstinlilərin Misir və ya İordaniya kimi “daha təhlükəsiz” yerlərə köçməli olduğunu bildirib.

Tramp bazar ertəsi jurnalistlərə açıqlamasında Əl-Sisinin “bəzi” qəzzalılara ev sahibliyi edəcəyinə ümid etdiyini bildirib və “Biz onlara çox kömək etdik və əminəm ki, o da bizə kömək edər.”-deyib.

“Dedikləri kimi, bu, çətin bir bölgədir, amma düşünürəm ki, o bunu edər və İordaniya kralı da bunu edər.”-deyə Tramp bildirib.

İordaniya da bu ideyanı rədd edərək bildirib ki : “İordaniya iordaniyalılarındır, Fələstin isə fələstinlilərindir.”

İsrail-HƏMAS müharibəsi başladığı 2023-cü ilin oktyabr ayından bəri hər iki ölkə fələstinlilərin Qəzzadan qonşu Misirə və ya İordan çayının qərb sahilindən İordaniyaya köçürülməsi planlarına qarşı xəbərdarlıq edib.

Əl-Sisi dəfələrlə vurğulayıb ki, belə bir köç “Fələstin dövlətçiliyi məsələsini tamamilə aradan qaldırar.”

Misir ABŞ-ın əsas ərəb müttəfiqlərindən biridir və bu həftə Trampın xarici yardımlara tətbiq etdiyi dondurmadan İsraildən başqa istisna edilən yeganə ölkə olub.

Məqalədə: #Əbdülfəttah əs-Sisi #Təhlil #Qahirə

Mövzu üzrə digər xəbərlər

İsraildə seçkilər başlayır - təxribat riski artıb - Rufiz Hafizoğlu
Rəy

İsraildə seçkilər başlayır - təxribat riski artıb - Rufiz Hafizoğlu

15:56
Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət
ArabAZ analitika: Geosiyasi təhlillər

Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət

09:00
Husilərin sıralarında afrikalılar: Babülməndəbin iki sahili arasında nələr baş verir?
ArabAZ analitika: Geosiyasi təhlillər

Husilərin sıralarında afrikalılar: Babülməndəbin iki sahili arasında nələr baş verir?

9 Sentyabr 09:00
"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari
ArabAZ analitika: Geosiyasi təhlillər

"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari

8 Sentyabr 16:26

Son Xəbərlər

2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
23:00
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
22:00
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
21:41
İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH
İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH
21:28
Livanda İsrail hücumlarında ölənlərin sayı 4 min 383-ə çatıb
Livanda İsrail hücumlarında ölənlərin sayı 4 min 383-ə çatıb
21:25
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.