8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi ArabAZ analitika: Geosiyasi təhlillər
ArabAZ analitika: Geosiyasi təhlillər

Sudan və İran diplomatik münasibətləri bərpa edir

22 İyul 2024 09:34
Sudan və İran diplomatik münasibətləri bərpa edir

Bakı,AzerVoice

Suverenlik Şurasının rəhbəri, Sudan Ordusunun komandanı Əbdülfəttah Əl-Burhan bazar günü Port Sudan şəhərində (müvəqqəti paytaxt) Həsən Şahini İrandakı səfiri və fövqəladə səlahiyyətli nümayəndəsi kimi etimadnaməsini qəbul edib. Qeyd edək ki, iki ölkə arasında diplomatik münasibətlər səkkiz ilə yaxındır ki dayanıb.

Sudan Xarici İşlər Nazirliyinin müşaviri Hüseyn Əl-Əmin mətbuata verdiyi açıqlamalarda səfirin etimadnaməsini təqdim etməsinin iki ölkə arasında ikitərəfli münasibətlər prosesində yeni mərhələnin başlanğıcı olduğunu qeyd edib.

İran səfiri öz növbəsində bildirib ki, etimadnaməsinin təqdim edilməsi “iki ölkə arasında səfirlərin mübadiləsi və ikitərəfli münasibətlərin təşviqi ilə bağlı ümumi konsensus çərçivəsindədir”. O, “İran İslam Respublikası ilə Sudan arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsi üçün əlindən gələni edəcəyini” vurğulayıb.

Həsən Şah ölkəsinin “Sudanın ərazi bütövlüyünü və milli suverenliyini dəstəklədiyini” bildirib.

Ötən ilin oktyabrında iki ölkə rəsmiləri arasında aylarla davam edən görüşlərdən sonra Sudan İranla diplomatik münasibətlərin bərpa olunduğunu elan etmişdi.

Sudan ordusu ötən çərşənbə günü bildirib ki, bəzi xəbər saytlarında və mediada İranın təyyarə gəmisini Qırmızı dənizə yerləşdirməkdən imtina etməsi ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.

Bu barədə Sudan Silahlı Qüvvələrinin rəsmi sözçüsü Nabil Abdullahın Facebook-da açıqlama da verib.

O, Sudan Suverenlik Şurasının İranla münasibətləri bərpa etmək istəyini, il yarımdır Sürətli Dəstək Qüvvələrinə qarşı apardığı müharibədə orduya hərbi dəstək almaq səyləri ilə izah edib. İran Qırmızı dənizdə Sudan sahillərində özünə yer tapmağa çalışır.

Qərb mediası bir sıra xarici rəsmilərə istinadən xəbər verir ki, İran Sudan ordusuna “Muhacir 6” adlı pilotsuz təyyarələr göndərib.

Sürətli Dəstək Qüvvələri, həmçinin Sudan ordusunun paytaxt Xartumun ikinci böyük şəhəri olan Omdurman şəhərində onlara qarşı döyüşlərdə istifadə etdiyi İran istehsalı olan 3 pilotsuz təyyarənin vurulduğunu açıqlayıb.

İki ölkə arasında yeni yaxınlaşma 2023-cü ilin iyulunda Qoşulmama Hərəkatının Nazirlər Komitəsinin iclası çərçivəsində iki ölkənin xarici işlər nazirləri arasında Azərbaycanda keçirilən görüş zamanı başlayıb.

Qeyd edək ki, 2016-cı ilin iyununda devrilmiş Sudanın prezidenti Ömər əl-Bəşirin hökuməti İranla əlaqələrini kəsdiyini və səfirini Xartumdan qovduğunu bəyan etmişdi.

Sudan və İran diplomatik münasibətləri bərpa edir
Məqalədə: #Təhlil

Mövzu üzrə digər xəbərlər

Qadınlar niyə uşaq dünyaya gətirməkdən imtina edir?
ArabAZ təhlil mərkəzi

Qadınlar niyə uşaq dünyaya gətirməkdən imtina edir?

17 May 23:59
Diqqət!...Səudiyyə bu şəxsləri deportasiya edəcək
Yaxın Şərq

Diqqət!...Səudiyyə bu şəxsləri deportasiya edəcək

17 May 18:12
İran kəşfiyyatı: ABŞ və İsrail Xameneini hədəf alır — Tehran “müharibə təzyiqi” altında birləşməyə çağırır
ArabAZ təhlil mərkəzi

İran kəşfiyyatı: ABŞ və İsrail Xameneini hədəf alır — Tehran “müharibə təzyiqi” altında birləşməyə çağırır

24 Noyabr 2025 12:24
Netanyahu yenidən Suriyada şərt irəli sürdü – silahsız zona tələbi gündəmdədir
İslam və Tarix

Netanyahu yenidən Suriyada şərt irəli sürdü – silahsız zona tələbi gündəmdədir

14 Noyabr 2025 15:00

Son Xəbərlər

Fransa Dənizaşırı ərazilər üçün viza qaydalarını sərtləşdirir
Fransa Dənizaşırı ərazilər üçün viza qaydalarını sərtləşdirir
10:00
Səudiyyə Ərəbistanı husilərin hücumlarını pisləyib
Səudiyyə Ərəbistanı husilərin hücumlarını pisləyib
09:48
Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək
09:42
Mədinə qubernatoru fətvalarda mötədilliyin vacibliyini vurğulayıb
Mədinə qubernatoru fətvalarda mötədilliyin vacibliyini vurğulayıb
09:36
İordaniya və Fələstin dini turizmi inkişaf etdirmək istəyir
İordaniya və Fələstin dini turizmi inkişaf etdirmək istəyir
09:26
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.