5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət-ArabaZ
  • ArabCars
  • Yuxuyozma-ArabAZ
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi ArabAZ analitika: Geosiyasi təhlillər
ArabAZ analitika: Geosiyasi təhlillər

Müsəlman Qardaşlar siyasətdən əl çəkir

16 Sentyabr 2024 12:00
Müsəlman Qardaşlar siyasətdən əl çəkir

Bakı, AzerVoice /ArabAZ/

Müsəlman Qardaşlar Təşkilatının (İxvan-i Müslimin) Londondakı Baş Rəhbərinin müavini Hilmi əl-Cazzarın təşəbbüsü ilə irəli sürülən barışıq təşəbbüsünə Misir hakimiyyətindən heç bir reaksiya verilməsə də, Qardaşlar Misir rəsmiləri ilə barışıq səylərini davam etdirir.
Misir hakimiyyəti tərəfindən “terror təşkilatı” kimi təsnif edilən “Qardaşlar” ötən ayın ortalarında siyasi aksiyalardan əl çəkərək təbliğə fokuslanacağını təklif etmişdi. Mütəxəssislər bu təklifi “Misir hakimiyyəti ilə kompromis əldə etmək və Misirə qayıtmaq cəhdi” kimi şərh ediblər.

Misirdə məhkəmə qərarı ilə bağlanan Azadlıq və Ədalət Partiyasının mətbuat katibinin müşaviri Murad Əli dünən öz Facebook hesabından verdiyi açıqlamada müxtəlif təkliflər irəli sürdü və bu təkliflərində “Müsəlman Qardaşlar” təşkilatına yeni bir siyasi sistem inkişaf etdirməsinə kömək edəcəyini söylədi. Bu təkilflərdən bir  də , yeni baxış və çətinliklərin öhdəsindən gələ biləcək gənc liderlik komandasının yetişdirilməsi  təklifi  idi.

Mövzu ilə bağlı açıqlama verən, Əl Ahram Siyasi və Strateji Araşdırmalar Mərkəzindən Həsən Əbu Talib bu cür təşəbbüslərin etibarlılığına şübhə ilə yanaşdığını bildirib. Əbu Talib açıqlamasında bunun təşkilatın xaricdə yaşadığı böhranlar səbəbilə, “Müsəlman Qardaşlar” hərəkatına qucaq açan ölkələrin camaat üvzlərinə arxa çevirməsindən sonra, təşkilat üvzlərinin azadlıqları üçün ciddi təhdid yarandıqdan sonra Misirə qayıtmaq cəhdi olduğunu qiymətləndirib. Əbu Talib əlavə edib ki, təşkilatın siyasi fəaliyyətlərdən əl çəkməsi onun ideologiyası ilə uyğun gəlmir.

Əbu Talib “Qardaşlar”ın siyasətdən çəkilmə təklifini dəstəkləməyin Misir hakimiyyəti üçün cəlbedici və bir növ məqbul olacağını düşünsə də, əslində təşkilatın ictimaiyyət tərəfindən qəbul edilməməsi ilə bağlı başqa bir böhranın olduğunu vurğulayıb.

Əbu Talib, konstitusiya və qanunlara uyğun gəlməyən qeyri-qanuni təşkilatların dəvət işi ilə məşğul olmasının qəbuledilməz olduğunu bildirib.

Əbu Talib  qeyd edib ki, İxvan liderlərinin əksəriyyəti, Mürşid Məhəmməd Bədi, təşkilat 2013-cü ildə hakimiyyətdən getdikdən sonra Misirdə baş verən zorakılıq və qətllərə görə cəzalarını çəkmək üçün Misir həbsxanalarındadır.

Misirli təhlükəsizlik üzrə ekspert, təqaüdçü general-mayor Fuad Əllam qeyd edib ki, “Qardaşlar”ın məqsədi hakimiyyətə çatmaqdır, ona görə də adından asılı olmayaraq bu məqsəddən vaz keçəcəklərinə inanmaq olmaz. Allam son hadisələri Qardaşların Misirə qayıtmaq və mövcud şərtlərə uyğunlaşma cəhdi kimi qiymətləndirib.

 “Müsəlman Qardaşlar”ın geri dönməsinə icazə verilərsə, təşkilatın yenidən siyasi fəaliyyətlərlə maraqlanacağını və siyasətə girmək üçün doğru zamanı gözlədiyini düşünən Əllam, “Müsəlman Qardaşlar”ın hər hansı ad altında geri qayıtmasının qəbuledilməz olduğunu vurğulayıb.

Əllamın sözlərinə görə, “Qardaşlar” yeni təşəbbüsü ilə müxtəlif aktorlarla dialoq və ünsiyyət vasitəsilə beynəlxalq ictimaiyyətlə ünsiyyət qurmaq və imicini yaxşılaşdırmaq məqsədi daşıyır.
Bunu təşkilatın Misir daxilində və xaricində media və siyasətçilərin qarşısına siyasi və ictimai cəhətdən məqbul bir şəkildə çıxmaq istəyinin əksi kimi görən Allam, bəyan edilməmiş məqsədlərinə çatmaq üçün “yeraltı işlərə” qayıdacağını düşündüyü Müsəlman Qardaşların əsl niyyətlərini gizlətdiyini hesab edir.

Müsəlman Qardaşlar siyasətdən əl çəkir
Məqalədə: #Misir #İxvan-i Müslimin

Mövzu üzrə digər xəbərlər

Bəhreyn və Misir XİN rəhbərləri Hörmüz boğazındakı vəziyyəti müzakirə edib
Bəhreyn

Bəhreyn və Misir XİN rəhbərləri Hörmüz boğazındakı vəziyyəti müzakirə edib

18:53
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
Tarixdə bu gün

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?

03:00
Əbu-Dabidə ilk dəfə beynəlxalq peşəkar sumo yarışları keçiriləcək
ArabSport

Əbu-Dabidə ilk dəfə beynəlxalq peşəkar sumo yarışları keçiriləcək

4 Sentyabr 12:38
Qırmızı dənizin təhlükəsizliyi sahilyanı dövlətlərin müstəsna məsuliyyətidir
Misir

Qırmızı dənizin təhlükəsizliyi sahilyanı dövlətlərin müstəsna məsuliyyətidir

3 Sentyabr 16:48

Son Xəbərlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
21:43
Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb
Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb
21:41
Qətər və BƏƏ rəsmiləri regionda gərginliyin azaldılması səylərini müzakirə edib
Qətər və BƏƏ rəsmiləri regionda gərginliyin azaldılması səylərini müzakirə edib
20:59
Oman körfəzində ticarət gəmiləri atəşə tutulub
Oman körfəzində ticarət gəmiləri atəşə tutulub
20:55
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.