5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ VOA təhlil mərkəzi VOA analitika: Geosiyasi təhlillər
VOA analitika: Geosiyasi təhlillər

İsrailin gözü Suriyadadır…

Tarixdən dərs almayanlar eyni səhvləri təkrar etməyə məhkumdur.

4 May 2025 10:14
İsrailin gözü Suriyadadır…


BAKI,AzerVocie , Sevil Nuriyeva Turkiyegazetesi yazarı

Tarixdən dərs almayanlar eyni səhvləri təkrar etməyə məhkumdur.
Bu səbəbdən yenə tarixdən bir nümunə verərək yazıya başlamaq istəyirəm...

Osmanlı Cahan Dövlətimizin süqutuna gedən prosesi bütün detalları ilə yenidən oxumaq, anlamaq,bu oxunuşu bugünkü mürəkkəb konjonktura ilə əlaqələndirmək və səhvlərdən nəticə çıxarmaq məcburiyyətindəyik. Çünki keçmişdə edilən səhvləri düzgün analiz etmədən bugünü anlamaq və gələcəyi qurmaq mümkün deyil.

Bəs Osmanlı Dövləti tarixdən silinmək istənilərkən, dağıdılarkən məqsəd nə idi?

Birinci Dünya Müharibəsi başladığında, cəbhələrdə çiyin-çiyinə savaşan müttəfiqlərin xəyalları ilə bizim çatmaq istədiyimiz hədəflər nə idi?
İngiltərə niyə ortaq olmadı?
Bu sualların cavabı kontekstində Osmanlı coğrafiyası üzərində qurulan bütün layihələrə bütün yönləri ilə və açıqlığı ilə kitablarımızda yer verməliyik.

Birinci Dünya Müharibəsindən sonra qurulan düzən, son məqsədə çatmaq üçün sadəcə bir başlanğıc idi. Bu düzən, İkinci Dünya Müharibəsinə gedən yolu diqqətlə hörərkən, eyni zamanda yeni bir dünya düzəninin təməlini də qoydu.

Və bu gün nəticə ortadadır!

Sərhədlərin, maraqların və güc balanslarının kölgəsində formalaşan bir dünyadayıq. Bütün bu baş verənləri anlamlandırmaq üçün zaman-zaman fərqli coğrafiyalardan nümunələr verir, yazılarımda hadisələrə diqqət çəkməyə çalışıram. Çünki hər bir parçanın izinə düşdükdə böyük mənzərə ortaya çıxır.

Gələk bu İsrail məsələsinə…

Yaxın Şərqdə Osmanlı Cahan Dövlətimizin süqutu üzərinə planlı və qlobal mühəndisliyin məhsulu olaraq İsrail, Fələstin torpaqlarında quruldu. Bu yaranış sadəcə bir dövlət elanından ibarət deyildi; eyni zamanda bölgəyə uzunmüddətli qeyri-sabitlik toxumlarının səpilməsi idi. Çünki İsrail, öz məqsədinə çatmaq üçün sadəcə sərhədlərini deyil, xaosu da coğrafiyanın tamamına yaymağı üstün tutdu.

Terror təşkilatlarını bəsləyən, onların xaos mühiti yaratmasına yardım edən də Trampın dediyi kimi ABŞ və müttəfiqləri oldu.
Bu xaosdan ən çox faydalanan və onu öz gündəliyi üçün ustalıqla istifadə edən isə heç şübhəsiz İsrail oldu.

İndi yeni dövr qapıdadır…

Artıq şərtlər dəyişir. Suriya başda olmaqla bütün bölgə yenidən sabitlik axtarışına girib. Bu dəyişiklik sadəcə sahədəki balansları deyil, masadakı hesablamaları da yenidən formalaşdırır.
Türkiyə isə həlledici aktor olaraq önə çıxır.

Gücünü sahədə göstərən Türkiyə, Prezident Ərdoğanın əzmi, iradəsi, qətiyyəti və liderliyi ilə hər kəsə meydan oxuyur.

Bəs Türkiyə nə edir?

“Terrorsuz Türkiyə” hədəfi ilə yola çıxan Türkiyə, yalnızca öz torpaqlarında deyil, sərhədlərindən kənarda da təhlükəsizliyi təmin etməyin zəruriliyini açıq şəkildə ortaya qoyur. Suriya başda olmaqla ətraf ölkələrdə sabitliyi təmin etməyi artıq sadəcə bir xarici siyasət seçimi deyil; bir varlıq məsələsi olaraq görür.
İsrail isə dayanmır!
Niyəmi?

Çünki istədiyi bu konjonktura deyildi.
Keçmişdəki bütün proseslər İsrail üçün əlverişli zəmin yaratmışdı.Yeni prosesdə Suriyada sabitliyin təmin edilməsi İsraili narahat edir.
Bu səbəbdən İsrail, Suriyada daxili çəkişməni, qiyamları, qarşıdurmanı təşviq edən bütün addımları işə saldı.

Suriya hava məkanını “terrora qarşı mübarizə” adı altında davamlı olaraq pozur.
Halbuki bölgədə ən böyük terrorçu və terror zəmini yaradan Netanyahunun lideri olduğu Sionist hökumətdir.
İsrail, Suriyadakı müxtəlif qruplarla yeni idarə arasında ixtilafı qarşıdurmaya yönəltmək istəyir.
Ancaq son günlərdə Suriya hökuməti, bu çirkli ssenariyə qarşı addım atdı və inkişaf edən hadisələrə müdaxilə edərək hələlik sabitlik zəminini yaratdı.

Hadisələrə geniş prizmadan baxmalı, İsrailin niyyətlərini yaxşı oxumalıyıq.
Çünki İsrailin dayanmamasının səbəbləri açıqdır. Bu təcavüzkar davranışın arxasında daha böyük hədəflər var.

Məfkurə yolçuluğunu bilməyənlər!

Nə vaxt İsrail Anadolu torpaqlarına gözünü dikdi deyilsə, çox “ağıllı” bəzi cahillər “Türkiyəni kiçiltməyək” deyə səslərini yüksəldirlər. Bu etiraz sahibləri nə bölgənin, nə də dünyanın siyasi tarix prosesini anlamış, nə də tarixdəki sivilizasiya qarşıdurmalarını incələmiş, nə də Anadoluda sivilizasiya quran türklərin məfkurə yolçuluğunu bilən insanlar deyillər.

Bu gün məfkurə və Qızıl almanı nə olduğunu yeni eşidənlər prosesi “trend” zənn edir.
Ancaq İslama bayraqdarlıq edən türk dövlətlərinin məqsədini, tarixdəki missiyasını israrla görməzdən gələnlərlə – bilərəkmi, bilməyərəkmi deyə bilmərəm amma – İsrail ortaqdır!
Çünki elə İsrailin əsas şüarı da budur:

İslamsız, kimliksiz, məfkurəsiz türklük anlayışıdır.

Digəri?Yəni gerçək məfkurəyə sahib türk milləti, onların əsrlərdir qurmağa çalışdığı düzənə maneədir.

Bax budur, İsrail bu səbəblərlə Suriyadan əl çəkməməkdə israrlıdır.
Bu arada, Trampın çıxışından da anlayırıq ki:
“Sakit olun” deyilib Sionist Netanyahuya.

Yəni əgər İsrail sakit bir duruma gəlməzsə, bu yalnız Türkiyə üçün deyil; İsraili dəstəkləyənlər üçün də problem olmağa başlayacaq.

Suriyada iştahı açılmış olan İsrail, Netanyahu ilə davam edəcəkmi?
Netanyahu öz hakimiyyət ömrünü uzatmaq üçün addımlara möhtacdır.O Azərbaycan vasitəsilə Suriya mövzusunda Ankara ilə münasibətləri düzəltmək üçün yardım istəyir.

Ankara-Bakı xətti gözəl işləyir.Siz ortalıqda dedi-qodu yayan trol hesablarla İsrail təbliğatı edənlərə fikir verməyin.

Şəklin tamamına baxın.

Detallarda hər şey gizlidir.
Ankara-Bakı xətti yaxşı və dərin kodlara bağlı işləyir.
Beləliklə, İsrailin pozucu elementlərinin yaratdığı təsəvvürə qulaq asmayın.
Suriyanın sabitliyi həyati əhəmiyyət daşıyır.
İsrail istədiyini almağa çalışsa da, son sözü Suriya xalqı və dövləti deyəcək.
Türkiyə bütün varlığı ilə bu sabitliyi inşa edərkən qardaş Suriya ilə birlikdə olacaq.
İsrailin arzuladığı xaotik mühitin yaranmasına imkan verilməyəcək.

Məqalədə: #Sevil Nuriyeva

Mövzu üzrə digər xəbərlər

Ümidə yatırılan milyardlar - Əczaçılıq nəhəngləri xərçəng xəstəliyinin bitməsini istəyirmi?
VOA analitika: Geosiyasi təhlillər

Ümidə yatırılan milyardlar - Əczaçılıq nəhəngləri xərçəng xəstəliyinin bitməsini istəyirmi?

4 Sentyabr 09:00
İran müharibəsi ABŞ-nin müttəfiqlərini silkələyir - Tramp və müttəfiqlər arasında dərin böhran
VOA təhlil mərkəzi

İran müharibəsi ABŞ-nin müttəfiqlərini silkələyir - Tramp və müttəfiqlər arasında dərin böhran

3 Sentyabr 09:00
Ərəblər Qərbdə müsəlmanların yüksəlişindən niyə faydalana bilmir?
VOA analitika: Geosiyasi təhlillər

Ərəblər Qərbdə müsəlmanların yüksəlişindən niyə faydalana bilmir?

2 Sentyabr 16:04
Silahlı dəstələrin yerinə neft və qaz xətləri -Vaşinqtonun Suriya və İraqdakı yeni böyük planı
VOA analitika: Geosiyasi təhlillər

Silahlı dəstələrin yerinə neft və qaz xətləri -Vaşinqtonun Suriya və İraqdakı yeni böyük planı

1 Sentyabr 15:05

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.