14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi ArabAZ analitika: Geosiyasi təhlillər
ArabAZ analitika: Geosiyasi təhlillər

Silahlı dəstələrin yerinə neft və qaz xətləri -Vaşinqtonun Suriya və İraqdakı yeni böyük planı

ABŞ Prezidenti Donald Trampın Türkiyədəki səfiri, eyni zamanda Suriya və İraq üzrə xüsusi nümayəndəsi Tom Barrak israillilərin "BMT qətnamələrinə və Colanın Suriyaya aid olduğunu təsdiqləyən beynəlxalq nizamın ziddinə olaraq Colan təpələrini işğal altında saxlamağa davam etdiyini" bildirərkən nə Suriyanın rəsmi bəyanatını oxuyur, nə də İsraillə yeni diplomatik böhran axtarırdı.

1 Sentyabr 2026 15:05
Silahlı dəstələrin yerinə neft və qaz xətləri -Vaşinqtonun Suriya və İraqdakı yeni böyük planı

ABŞ Prezidenti Donald Trampın Türkiyədəki səfiri, eyni zamanda Suriya və İraq üzrə xüsusi nümayəndəsi Tom Barrak israillilərin "BMT qətnamələrinə və Colanın Suriyaya aid olduğunu təsdiqləyən beynəlxalq nizamın ziddinə olaraq Colan təpələrini işğal altında saxlamağa davam etdiyini" bildirərkən nə Suriyanın rəsmi bəyanatını oxuyur, nə də İsraillə yeni diplomatik böhran axtarırdı.

Suriyanın terroru dəstəkləyən ölkələr siyahısından çıxarılması ölkə iqtisadiyyatına necə təsir edəcək?

Gözlənildiyi kimi, Barrak İsrail tərəfinin narazılığını yatırmaq üçün dərhal addım ataraq Vaşinqtonun 2019-cu ildə Tramp tərəfindən müəyyən edilmiş və İsrailin Colan üzərindəki suverenliyini tanıyan siyasətinin dəyişməz qaldığını açıqladı. Lakin bu izahat onun işlətdiyi ifadənin sadəcə təsadüfi dil çaşması olmadığını gizlətmir.

Barrakın çıxışlarının əhəmiyyəti onun Dövlət Departamentinin deyil, Ağ Evin xüsusi nümayəndəsi təyin edildiyi ilk gündən formalaşdırdığı doktrinaya tam uyğun gəlməsindədir: dövlət maraqlarının üstünlüyü, suverenlik, ərazi bütövlüyü və institutlardan kənar silahlı birləşmələrin ləğvi. Hətta qapalı görüşlərdə o, daha da irəli gedərək Suriya üçün başlıca çağırışın İsrail olduğunu vurğulayır; açıq bəyanatlarında isə İsrailin hava zərbələrini tənqid edir və Əbu əz-Zuhur aerodromunun vurulduğunu ictimaiyyətə ilk açıqlayan rəsmi şəxs olur.

Bağdadda gərgin danışıqlar - Qalibaf İraq Baş nazirini niyə yola gətirə bilmədi? Bunu da oxuyun Bağdadda gərgin danışıqlar - Qalibaf İraq Baş nazirini niyə yola gətirə bilmədi?

Barrak eyni zamanda İraqda Əli əz-Zeydi hökumətinin silahların dövlət nəzarətinə götürülməsi, qanunsuz silahlı dəstələrin cilovlanması və ABŞ qüvvələrinin çıxarılması prosesi ilə paralel olaraq İraqın qonşuları ilə dövlətlərarası iqtisadi və infrastruktur şəbəkələri qurması planını qətiyyətlə dəstəkləyir.

Barrakın xəttini dərindən anlamaq üçün onu son 15 ildə Yaxın Şərqdəki ən nüfuzlu amerikalı rəsmilərdən biri olmuş sələfi Brett Makqörklə müqayisə etmək lazımdır. Makqörk həm Respublikaçılar, həm də Demokratlar dövründə - Corc Buş, Barak Obama, Donald Trampın ilk prezidentliyi və Co Bayden administrasiyalarında xidmət etmişdi.

Beyrut sui-qəsdlərindən Suriya qətliamlarına qədər - Hizbullahın 40 illik cinayət xronikası

2010-cu il İraq seçkilərindən sonra İyad Əllavinin bloku daha çox mandat qazansa da, Nuri əl-Malikinin ikinci dəfə baş nazir kürsüsünə oturması prosesinin mərkəzində Makqörk dayanırdı. Nəticədə sünni ərəblərlə tərəfdaşlığın zəiflədiyi, şiələr arasında məzhəbçiliyin gücləndiyi və ordunun siyasiləşdiyi bir idarəçilik yarandı. Makqörk həmçinin 2011-ci ildə ABŞ qoşunlarının İraqdan çıxarılması üzrə əsas danışıqlar aparan simalardan biri idi.

2014-cü ilin iyununda İŞİD Mosula hücum edərkən hərbi birləşmələr dağıldı və terror təşkilatı geniş əraziləri ələ keçirdi. Bundan sonra beynəlxalq koalisiyanı idarə edən Makqörk iki yerli qüvvəyə arxaland. Bu güvvə İraqda İranla əlaqəli qruplaşmalar və Suriyada Vaşinqtonla Ankaranın terror təşkilatı kimi tanıdığı PKK ilə ideoloji-təşkilati bağlılığı olan YPG əsasında qurulan Suriya Demokratik Qüvvələri (SDQ).

Əhməd Əş-Şəraa Məzlum Abdini prezidentin müşaviri təyin edib Bunu da oxuyun Əhməd Əş-Şəraa Məzlum Abdini prezidentin müşaviri təyin edib

Bu strategiya İŞİD-in məğlub edilməsi hədəfinə çatdı, lakin arxada böyük siyasi boşluq buraxdı. İraqda Tehranın proksi qüvvələri möhkəmləndi, Suriyada isə Fəratın şərqində ABŞ-ın çətiri altında yaşayan, Türkiyənin narahatlığına səbəb olan və rəsmi dövlət strukturlarından kənar bir hərbi-inzibati struktur formalaşdı. İŞİD coğrafi mövqeyini itirdi, lakin İran bölgədə paralel hərbi güc qazandı, Türkiyə isə sərhədində ciddi təhlükə ilə üzləşdi.

Barrak isə tamamilə fərqli bir yanaşma irəli sürdü. O, nə İraqdakı qruplaşmaların dövlətdən güclü qalmasını, nə də SDQ-nin daimi mövcudluğunu qəbul etdi. Barrak bəyan etdi ki, Əsəd rejiminin çökməsindən sonra SDQ ilə ittifaqın əsası qalmayıb və "Yeni Suriya" dövləti beynəlxalq koalisiyanın etibarlı tərəfdaşı olmaqla yanaşı, kürdlərə Makqörkün qurduğu "Muxtar Administrasiya"dan daha geniş konstitusion, sosial və mədəni hüquqlar verməyə qadirdir.

İŞİD-in Suriyadakı virtual dünyası və yeni terror strateqiyası

İlin əvvəlində Dəməşqlə SDQ arasındakı qarşıdurma zamanı Barrak kürd qüvvələrinə siyasi dəstəyi kəsdi. O, Məzlum Abdiyə açıq şəkildə bildirdi ki, Vaşinqton SDQ-ni müdafiə etmək və Türkiyə ilə toqquşmaq üçün İsrailin prosesə müdaxiləsinə imkan verməyəcək. Bu addım kürdləri kənara atmaq deyil, onları silahlı strukturdan dövlət sisteminə inteqrasiya etmək məqsədi daşıyırdı. Bir neçə ay sonra SDQ-nin müstəqil hərbi fəaliyyətinə son qoyuldu, qrup buraxıldı və qüvvələri Suriya ordusuna birləşdirildi.

Suveyda məsələsində də Barrak eyni xətti yürütdü. O, İsrailin himayəsi altında ayrıca bölgə yaradılmasını və qanundankənar silahların qalmasını dəstəkləmədi. Əksinə, İordaniya və Suriya ilə birlikdə Əmmanda qəbul edilən yol xəritəsini irəli sürdü. Bu plan pozuntuların aradan qaldırılmasını, xidmətlərin bərpasını və əyalətin dövlətə reinteqrasiyasını hədəfləyirdi (baxmayaraq ki, sənəd İsrailin vetosu səbəbindən reallaşmadı).

Suriyada ümidsizlik “İŞİD”-in yeganə ümididir Bunu da oxuyun Suriyada ümidsizlik “İŞİD”-in yeganə ümididir

Trampın xüsusi nümayəndəsinin irəli sürdüyü və regional ərəb dəstəyi ilə müşayiət olunan bu strategiya sanksiyaların qaldırılmasını, terror siyahılarının ləğvini, Prezident Əhməd əş-Şərə hökumətinə tərəfdaş kimi yanaşılmasını və iqtisadiyyat, enerji ilə investisiya qapılarının açılmasını əhatə edir. Bu yanaşmanın fəlsəfəsi aydındır: əgər dövlətdən sərhədlərini qorumasını, silahlı dəstələri tərk-silah etməsini, İŞİD-lə mübarizə aparmasını və İranın quru dəhlizini kəsməsini tələb edirsənsə, onu təcrid etmək əvəzinə dövlətçilik rıçaqları ilə təmin etməlisən.

İki nümayəndə arasındakı təməl fərq buradadır: Makqörk dövlətin zəifliyini yerli proksi qüvvələrlə idarə olunan bir reallıq kimi görürdü; Barrak isə dövlətin bərpasını həmin proksilərə ehtiyacı aradan qaldıran əsas vasitə hesab edir. Biri sərhədləri aşan silahlı dəstələrə arxalanırdı, digəri isə transmilli boru kəmərləri və nəhəng regional layihələr üçün dövləti gücləndirir.

Bürokratik diplomatlardan fərqli olaraq biznes düşüncəsinə malik olan Barrak birbaşa Trampın yaxın dostudur. Onun bəzən aydınlaşdırma tələb edən sərt bəyanatları və Qolan çıxışı sadəcə bir dil çaşması deyil - Vaşinqtonun Yaxın Şərqdəki yeni strateji kursunun göstəricisidir.

Məqalədə: #Colan Təpələri #İsrail və Colan təpələri #Colan təpələri İsrail üçün niyə əhəmiyyətlidir? #İsrailin Colan təpələrindəki hərbi varlığı beynəlxalq hüquqa uyğundurmu? #Colan yüksəkliklərində İsrail fəaliyyəti #İsrailin Colan siyasəti #Colan təpələri İsrail işğalı #Tom Barrak #ABŞ prezidenti Donald Tramp #Tom Barrak: Netanyahunun yerinə olsam #ABŞ səfiri Tom Barrakın İstanbul bəyanatı #Tom Barrak ABŞ Suriya xüsusi nümayəndəsi #Tomas Barrak ABŞ Suriya xüsusi nümayəndəsi #Tom Barrak ABŞ Yaxın Şərq siyasəti #Brett Makqörk və Tom Barrak müqayisəsi #Suriya Demokratik Qüvvələri SDQ ləğvi və inteqrasiyası #İraq Baş naziri Əli əz Zeydi silahların yığılması #Tom Barrack Middle East envoy strategy

Mövzu üzrə digər xəbərlər

Tramp İran məsələsində Venesuela variantını istisna etmir
ArabAZ analitika: Geosiyasi təhlillər

Tramp İran məsələsində Venesuela variantını istisna etmir

13 Sentyabr 21:59
Əsalə Nəsrinin Dəməşqdəki konsertlərinə qarşı çıxan qruplar hansı iddiaları irəli sürürlər?
ArabAZ analitika: Geosiyasi təhlillər

Əsalə Nəsrinin Dəməşqdəki konsertlərinə qarşı çıxan qruplar hansı iddiaları irəli sürürlər?

13 Sentyabr 08:42
İran üçün "Qüds yolu" - Qumarxana və qadın alverindən keçən reallıq
ArabAZ analitika: Geosiyasi təhlillər

İran üçün "Qüds yolu" - Qumarxana və qadın alverindən keçən reallıq

12 Sentyabr 18:28
Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?
Pakistan

Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?

12 Sentyabr 12:53

Son Xəbərlər

Siyasi sui-qəsdlərdən səhra cəbhələrinə - 14 sentyabrda ərəb dünyasının güc balansını dəyişən 20 tarixi fakt
Siyasi sui-qəsdlərdən səhra cəbhələrinə - 14 sentyabrda ərəb dünyasının güc balansını dəyişən 20 tarixi fakt
02:00
Tarixdə bu gün - 14 sentyabr
Tarixdə bu gün - 14 sentyabr
00:01
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
13 Sentyabr 22:00
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
13 Sentyabr 21:59
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
13 Sentyabr 21:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.