6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi ArabAZ analitika: Geosiyasi təhlillər
ArabAZ analitika: Geosiyasi təhlillər

“Məkkə Anlaşması” Suriyaya hansı imkanları yarada bilər?

Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında imzalanan üçtərəfli “Məkkə Birgə Müdafiə Anlaşması”nın Suriyanın təhlükəsizlik, iqtisadiyyat və yenidənqurma prosesinə yeni imkanlar yarada biləcəyi bildirilir. Analitiklərin fikrincə, Ankara və Ər-Riyadın Suriya ilə bağlı mövqelərindəki yaxınlıq yeni regional təhlükəsizlik mexanizminin Dəməşq üçün də əhəmiyyətini artırır.

9 Avqust 2026 22:30
“Məkkə Anlaşması” Suriyaya hansı imkanları yarada bilər?

BAKI,VOA Analitik Təhlil Mərkəzi

Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında imzalanan üçtərəfli “Məkkə Birgə Müdafiə Anlaşması”nın Suriyanın təhlükəsizlik, iqtisadiyyat və yenidənqurma prosesinə yeni imkanlar yarada biləcəyi bildirilir. Analitiklərin fikrincə, Ankara və Ər-Riyadın Suriya ilə bağlı mövqelərindəki yaxınlıq yeni regional təhlükəsizlik mexanizminin Dəməşq üçün də əhəmiyyətini artırır.

Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan avqustun 7-də Məkkədə birgə müdafiə sazişi imzalayıb. Tərəflərin açıqlamasına görə, sənəd mümkün hücumlara qarşı çəkindirmənin gücləndirilməsi, üç ölkənin təhlükəsizliyinin möhkəmləndirilməsi və regionda sabitliyin təmin edilməsini hədəfləyir.

Türkiyə və Səudiyyə Ərəbistanı Suriyada əməkdaşlığı gücləndirə bilər

Körfəz Araşdırmaları Mərkəzinin rəhbəri Əbdüləziz bin Saqr bildirib ki, Türkiyə və Səudiyyə Ərəbistanı Suriyada siyasi sabitliyin və təhlükəsizliyin təmin edilməsi, ölkənin yenidən qurulması, ərazi bütövlüyünün qorunması və xarici müdaxilələrin qarşısının alınması kimi məsələlərdə oxşar məqsədlərə malikdir.

Onun fikrincə, yeni strateji əməkdaşlıq çərçivəsi Ankara və Ər-Riyadın Suriya istiqamətində koordinasiyasını daha da gücləndirə bilər.

Bin Saqr Türkiyə və Səudiyyə Ərəbistanının Suriyada mənfi rol oynadığını hesab etdikləri regional aktorlara, o cümlədən İran və İsrailə, eləcə də ABŞ və Rusiya kimi beynəlxalq aktorlara qarşı diplomatik təzyiqlərini əlaqələndirə biləcəyini qeyd edib.

Suriyaya hərbi və iqtisadi dəstək imkanları

Səudiyyəli akademik və siyasi analitik Xalid Məhəmməd Bətərfi isə “Məkkə Anlaşması”nın müharibədən ağır mirasla çıxan Suriya üçün faydalı ola biləcəyini bildirib.

Onun sözlərinə görə, üç ölkənin imkanları Suriyaya sərhədlərin qorunması, hərbi təlim, terror təşkilatlarına qarşı mübarizə, dəniz marşrutlarının təhlükəsizliyi və narkotik qaçaqmalçılığı ilə mübarizə sahələrində dəstək göstərmək üçün istifadə oluna bilər.

Bətərfi həmçinin kəşfiyyat məlumatlarının mübadiləsi, eləcə də quru, dəniz və hava hərbi texnikası ilə bağlı əməkdaşlıq imkanlarının olduğunu bildirib.

Türkiyə-Suriya-Səudiyyə Ərəbistanı dəmir yolu layihəsi

Analitik Suriya, Türkiyə, İordaniya və Səudiyyə Ərəbistanını birləşdirəcək dəmir yolu layihəsinin də regional əməkdaşlıq baxımından əhəmiyyət daşıdığını qeyd edib.

Layihənin gələn il həyata keçirilməsinə başlanmasının və xəttin Mədinəyə, daha sonra isə Körfəz sahillərinə qədər uzadılmasının nəzərdə tutulduğu bildirilir.

Əməkdaşlığın yalnız dəmir yolu ilə məhdudlaşmayacağı, qaz kəmərləri və məlumat mübadiləsi kimi sahələri də əhatə edə biləcəyi qeyd olunur. Bu təşəbbüslərin Asiyanı Suriya üzərindən Avropa ilə birləşdirən daha geniş nəqliyyat və enerji dəhlizlərinin formalaşdırılmasına xidmət edə biləcəyi vurğulanır.

ABŞ-ın təhlükəsizlik çətirinə inam azalır

Ekspertlər “Məkkə Anlaşması”nın yalnız hərbi əməkdaşlıq sənədi olmadığını, region ölkələrinin təhlükəsizlik siyasətində dəyişikliklərə işarə etdiyini bildirirlər.

Yaxın Şərq və regional təhlükəsizlik üzrə tədqiqatçı Maykl Stivens Səudiyyə Ərəbistanında ABŞ-a münasibətdə artan narazılığın və Ər-Riyadın təhlükəsizlik tərəfdaşlıqlarını şaxələndirmək istəyinin yeni əməkdaşlıq formatlarının yaranmasına təsir etdiyini bildirib.

Onun fikrincə, Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında formalaşan yaxınlaşma regionda yeni təhlükəsizlik oxlarından birini yarada bilər. Bununla yanaşı, Körfəz və Qırmızı dənizin təhlükəsizliyini təmin etmək üçün ABŞ və Avropa ölkələrinin dəstəyinə ehtiyacın qalacağı qeyd edilir.

Anlaşma İsrailə qarşı çəkindirmə mexanizminə çevrilə bilər

Cənubi Asiya üzrə ekspert Şüca Nəvaz üç ölkə arasındakı əməkdaşlığın hələlik tamhüquqlu qarşılıqlı müdafiə ittifaqından daha çox hərbi-iqtisadi əməkdaşlıq çərçivəsinə yaxın olduğunu bildirib.

Onun fikrincə, bu yaxınlaşma ABŞ-ın təhlükəsizlik çətirinə inamın azalmasının göstəricisidir. Ekspert eyni zamanda mümkün mexanizmin hazırkı regional şərtlər fonunda İsrailə qarşı çəkindirmə gücü yarada biləcəyini istisna etməyib.

Türkiyənin xarici işlər naziri Hakan Fidan isə Misirin müəyyən texniki məsələlər həll edildikdən sonra “Məkkə Birgə Müdafiə Anlaşması”na qoşula biləcəyini bildirib.

Fidan anlaşmanın konkret ümumi düşmən müəyyən etmədiyini və İranı və ya başqa bir ölkəni hədəf almadığını vurğulayıb.

Suriyanın regional sistemə inteqrasiyası

Ekspertlərin qiymətləndirmələri göstərir ki, “Məkkə Anlaşması”nın genişlənməsi və yeni regional əməkdaşlıq mexanizmlərinin formalaşması Suriyanın təhlükəsizlik və iqtisadi sistemlərə yenidən inteqrasiyası üçün əlavə imkanlar yarada bilər.

Xüsusilə sərhəd təhlükəsizliyi, terrorla mübarizə, kəşfiyyat məlumatlarının mübadiləsi, enerji və nəqliyyat layihələri sahəsində əməkdaşlıq Dəməşqin regional tərəfdaşlarla əlaqələrinin möhkəmlənməsinə şərait yarada bilər.

Məqalədə: #Türkiyə Səudiyyə Ərəbistanı Pakistan #Məkkə Birgə Müdafiə Anlaşması #Suriya və Məkkə Anlaşması #Suriya regional ittifaq #Suriya təhlükəsizlik siyasəti #Pakistan Türkiyə Səudiyyə Ərəbistanı ittifaqı #Yaxın Şərqdə yeni təhlükəsizlik sistemi #regional müdafiə ittifaqı

Mövzu üzrə digər xəbərlər

Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
ArabAZ analitika: Geosiyasi təhlillər

Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?

15:00
Məkkə müdafiə sazişinin ilk iclasında hansı məsələlər müzakirə ediləcək?
ArabAZ analitika: Geosiyasi təhlillər

Məkkə müdafiə sazişinin ilk iclasında hansı məsələlər müzakirə ediləcək?

31 Avqust 09:00
Suriya Məkkə müdafiə paktına qoşulur? – Xarici İşlər nazirindən İslamabadda mühüm bəyanat
Suriya

Suriya Məkkə müdafiə paktına qoşulur? – Xarici İşlər nazirindən İslamabadda mühüm bəyanat

21 Avqust 06:22
Misir yaxın zamanda rəsmi tərəfdaşımız olacaq - Hakan Fidan
Misir

Misir yaxın zamanda rəsmi tərəfdaşımız olacaq - Hakan Fidan

14 Avqust 11:54

Son Xəbərlər

Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
19:02
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
18:00
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
17:00
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
15:34
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
15:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.