4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ VOA təhlil mərkəzi VOA analitika: Geosiyasi təhlillər
VOA analitika: Geosiyasi təhlillər

Taliban və Əş-Şəraa təcrübəsi - İntiqam və diplomatiya arasındakı strateji fərq

İyirmi beş il əvvəl Nyu-York və Vaşinqtondakı 11 sentyabr hücumlarından bir neçə həftə sonra ABŞ Əfqanıstana daxil olaraq "Taliban" rejimini devirdi və "əl-Qaidə"ni təqib etməyə başladı. Daha sonra hərəkatın yenidən hakimiyyətə qayıtmasının qarşısını almaq üçün dövlət, sistem və ordu quruculuğuna 20 il sərf etdi. Lakin 15 avqust 2021-ci ildə "Taliban" yenidən Kabilə qayıtdı, Vaşinqtonun dəstəklədiyi idarəçilik çökdü, prezident Əşrəf Qəni ölkədən qaçdı və amerikalılar ABŞ üçün böyük bir hərbi-siyasi məğlubiyyətin rəmzinə çevrilən kadrlarla ölkəni tərk etdilər.

16 Avqust 2026 09:30
Taliban və Əş-Şəraa təcrübəsi - İntiqam və diplomatiya arasındakı strateji fərq

İbrahim Hamidi Əl-Məcəllə Jurnalı Baş redaktoru, siyasi şərhçi

Dəməşqin Moskva ilə Rusiyanın Suriyadakı hərbi mövcudluğunu tənzimləyən yeni razılaşma elan etməsi ilə Kabilin ABŞ ordusunun Əfqanıstandan çıxarılmasının ildönümünü qeyd etməsi arasında dərin tarixi və strateji paralellər mövcuddur.

Taliban hərəkatının Əfqanıstanda yenidən hakimiyyətə gəlməsindən 5 il ötür və bu gün hərəkata qarşı silahlı müxalifət artıq tək bir cəbhə və ya vahid komandanlıqla məhdudlaşmır.

İyirmi beş il əvvəl Nyu-York və Vaşinqtondakı 11 sentyabr hücumlarından bir neçə həftə sonra ABŞ Əfqanıstana daxil olaraq "Taliban" rejimini devirdi və "əl-Qaidə"ni təqib etməyə başladı. Daha sonra hərəkatın yenidən hakimiyyətə qayıtmasının qarşısını almaq üçün dövlət, sistem və ordu quruculuğuna 20 il sərf etdi. Lakin 15 avqust 2021-ci ildə "Taliban" yenidən Kabilə qayıtdı, Vaşinqtonun dəstəklədiyi idarəçilik çökdü, prezident Əşrəf Qəni ölkədən qaçdı və amerikalılar ABŞ üçün böyük bir hərbi-siyasi məğlubiyyətin rəmzinə çevrilən kadrlarla ölkəni tərk etdilər.

Lakin Əfqanıstanın "imperiyalar qəbiristanlığı" kimi tarixi daha qədimdir: XVIII və XIX əsrlərdə ingilislər, 1970-ci illərin sonunda isə sovetlər eyni aqibəti yaşadılar. 1979-cu ildə Qırmızı Ordu ölkəyə daxil oldu, ABŞ və müttəfiqləri isə əfqan mücahidlərini dəstəklədilər. Təxminən on ildən sonra sovet qoşunları geri çəkilməyə məcbur oldu və bu sarsıdıcı məğlubiyyət SSRİ-nin süqutuna aparan əsas amillərdən birinə çevrildi.

Nəhənglər dəyişdi, lakin Əfqanıstan qaldı. Beş il əvvəl "Taliban" Kabilə daxil olanda, qələbə sevinci təkcə Əfqanıstanla məhdudlaşmadı. Rusiya və Əsəd qüvvələrinin hava hücumlarından əziyyət çəkən Suriyanın İdlib şəhərində şirniyyatlar paylandı; oradakı döyüşçülər Əfqanıstan təcrübəsinə zamanın güclü bir silaha çevrilə biləcəyinin, nə qədər təyyarə, baza və müttəfiqə sahib olsa belə, heç bir böyük gücün əbədi qala bilməyəcəyinin sübutu kimi baxdılar.

Trampın ələ keçirmək istədiyi Bağram - Çin nüvə silahlarının istehsal edildiyi yerdən bir saatlıq məsafədədir Bunu da oxuyun Trampın ələ keçirmək istədiyi Bağram - Çin nüvə silahlarının istehsal edildiyi yerdən bir saatlıq məsafədədir

Təxminən üç il sonra, 2024-cü ilin dekabrında Əhməd əş-Şəraanın qüvvələri Dəməşqə daxil oldu, rejim devrildi və Əsəd Moskvaya qaçdı. 2015-ci ildə onu xilas etmək üçün Suriyaya hərbi müdaxilə edən Rusiya isə yenidən Əfqanıstan yaralarının xatirələri ilə üz-üzə qaldı. Doqquz illik aviazərbələrdən, hərbi bazalardan, diplomatik və hərbi dəstəkdən sonra Moskvanın qorumağa gəldiyi müttəfiq çökdü.

Dəməşq Vladimir Putin üçün Vaşinqton və ya SSRİ üçün Kabilin çevrildiyi böyük bir məğlubiyyət simvoluna çevrilə bilərdi. Lakin baş verənlər tamamilə fərqli bir məcrada inkişaf etdi və bu fərq hələ Dəməşqin süqutundan əvvəl başladı. Əş-Şəraanın qüvvələri Hələbə daxil olub ölkənin mərkəzindən paytaxta doğru irəliləyərkən qarşılarında "Rusiya düyünü" var idi. Ukrayna müharibəsinə görə ixtisar edilsə də, Hmeymimdə döyüşün gedişatını dəyişməyə qadir olan Rusiya hərbi hava qüvvələri qalmaqda idi.

Əhməd əş-Şəraa təkcə Dəməşqə çatmaq üçün hərbi plan deyil, həm də Moskvanı neytrallaşdırmaq üçün diplomatik plan hazırladı. Suriyanın Xarici İşlər Naziri Əsəd əl-Şeybani bildirmişdi ki, o, əş-Şəraanın tapşırığı ilə birbaşa Putinlə danışırmış kimi yüksəkrütbəli rusiyalı rəsmi ilə birbaşa əlaqə kanalı açmışdı. Paytaxta doğru irəliləyən bir qüvvə ruslarla qalib-məğlub dili ilə danışa bilərdi; çünki bu dövlət 2015-ci ildə Əsədi xilas etmiş, müxalifət bölgələrini bombalamış və 2016-cı ilin sonunda Hələbin geri alınmasında iştirak etmişdi. Lakin Dəməşq rəhbərliyi çevik diplomatiyaya üstünlük verdi. Mesaj bundan ibarət idi: Rusiya öz maraqlarını Əsədə bağlamaqla səhv etdi, lakin bu maraqları "Yeni Suriya" ilə bağlayaraq qoruya bilər. Bu dialoqun açar cümləsi belə oldu: "Bəşər Əsəd rejiminin devrilməsi Rusiyanın Suriyadan çıxarılması demək deyil".

Suriyada məxfiləşdirilmiş obyektdə saxlanılan nüvə materialları ilə bağlı proseslər uzun müddət diqqətdən kənarda qalan həssas bir məsələni gün işığına çıxarır. Bu vəziyyət Birləşmiş Ştatları və İsraili regionda yeni bir təhlükəsizlik böhranının yaranmasının qarşısını almaq üçün pərdəarxası diplomatik addımlar atmağa sövq edib.

Əş-Şəraa Dəməşqə girməzdən əvvəl Əsədin məğlubiyyəti ilə Putinin məğlubiyyətini, Əsədin qaçışı ilə Rusiyanın ölkədən çıxarılmasını, tam qələbə ilə rəqibi təhqir etməyi, Əsədi nokaut etməklə Putinlə xallar üzrə oynamağı bir-birindən ayırdı. O anlayırdı ki, qarşısında sadəcə müxalifəti bombalayan bir ordu deyil, nüvə arsenalına, BMT Təhlükəsizlik Şurasında daimi yerə və qlobal təsirə malik böyük bir güc var. Buna görə də məqsəd Rusiyanı Əsəd mərhələsindən çıxarmaq idi, nəinki mütləq şəkildə Suriyadan qovmaq. Əldə olunan ilkin anlaşmalar praktiki xarakter daşıyırdı: şəhərlərin bombalanması dayanır, Moskva dəyişikliyə qarşı siyasi-informasion təsirindən istifadə etmir, gələcək münasibətlər üçün təmaslar qurulur və bəzi məntəqələrdən çıxmaq istəyən rus qoşunlarının hərəkəti təmin edilir. Bunun müqabilində Rusiya hərbi bazaları hədəfə alınmır və Əsədin devrilməsi Rusiyanı təhqir etmək kampaniyasına çevrilmir.

Əş-Şəraa Dəməşqə daxil oldu, lakin Moskva ilə bağları qırmadı. Dövlət başçısı olduqdan sonra Putinlə iki dəfə görüşdü. Danışıqlar 2026-cı ilin avqustuna qədər davam etdi və hərbi mövcudluğu yenidən tənzimləyən razılaşma ilə nəticələndi. "Yeni Suriya"dakı Rusiya artıq "Əsəd dövrünün Rusiyası" deyil; onun mövcudluğu məhdudlaşdırılıb və bir çox imtiyazlarını itirib. Lakin bu danışıqlar nəticəsində Kreml üçün strateji "üzüağ çıxış" yolu saxlanıldı.

Məhz burada Kabil ilə fərq üzə çıxır. "Taliban" ABŞ ilə onun Əfqanıstandan rüsvayçı şəkildə çıxması üçün danışıqlar apardı. Əş-Şəraa isə Dəməşqə gedən yolda Rusiya ilə onun məğlubiyyət damğası ilə qovulmaması üçün danışıqlara getdi. Əfqanıstanda böyük gücün Baqram bazasından çıxması qələbənin əsas şərti kimi görülürdü. Suriyada isə Əş-Şəraa hesab etmədi ki, tam qələbə qazanmaq üçün sonuncu rus əsgərini Hmeymimdən çıxarmaq lazımdır. Məqsəd Əsədi devirmək idi, Rusiyanı açıq düşmənlər siyahısına əlavə etmək deyil.

Digər bir paradoks da formalaşdı: beş il əvvəl İdlib Kabilə baxırdı, bu gün isə Kabil Dəməşqə baxır. 2021-ci ildə İdlib döyüşçüləri qələbə qazanana qədər bir hərəkatın necə səbir etməli olduğunu "Taliban"dan öyrənmək istəyirdilər. 2026-cı ildə isə bəzi "Taliban" liderləri hərbi yolla qalib gələn bir hərəkatın necə təcrid olunmaqdan çıxıb dünya ilə əlaqə quran dövlətə çevrilə biləcəyini Əş-Şəraadan öyrənməyə çalışırlar.

Beş ildən sonra "Taliban" hələ də beynəlxalq təcrid içindədir, Dəməşq isə fərqli bir yol seçdi. Şərə İdlibdən paytaxta, hərbi birləşmə komandirliyindən dövlət başçılığına, sığınacaqlardan saraya keçdi. O, İdlibdə mümkün olanlarla Dəməşqin ehtiyac duyduqlarını, Əsədlə düşmənçiliklə Rusiya ilə münasibətləri, qələbə ilə intiqamı bir-birindən ayırmağı bacardı; İdlib dağlarından BMT kürsülərinə və beynəlxalq diplomatik platformalara qədəm qoydu.

Hər iki hadisədə böyük güclər üçün də mühüm dərslər var. Sovet İttifaqı Əfqanıstandan çıxdı, ardınca ABŞ da eyni addımı atdı. Rusiya isə öz müttəfiqini və hakimiyyət üzərindəki əvvəlki təsirini itirsə də, Suriyanı və onun strateji coğrafi mövqeyini tamamilə itirməməyə çalışdı.

Kabildə qələbə böyük gücü qovmaq demək idi. Dəməşqdə isə böyük güclə danışıqlar qələbə tam başa çatmazdan əvvəl başladı. ABŞ-ın Asiyadakı platforması olan Baqramdan tutmuş, Rusiyanın Yaxın Şərq və Şimali Afrikadakı körpüsü olan Hmeymimə qədər böyük güclərin məğlubiyyət modelləri belə fərqləndi.

Məqalədə: #Taliban #Taliban qız məktəbləri #Taliban hökuməti və təhsil #Beynəlxalq təşkilatlar və Taliban #Taliban qızlar üçün təhsil #Həmid Kərzai Taliban hökumətinə nə dedi? #Taliban qız məktəblərini nə vaxt açacaq? #Taliban hökumətini beynəlxalq ictimaiyyət tanıyırmı? #ABŞ Ordusu və Taliban #Suriya Rusiya hərbi razılaşması #Taliban Kabil hakimiyyəti 5 il #Hmeymim hərbi bazası Suriya #Baqram bazası ABŞ çıxarılması #Əsəd əl Şeybani bəyanatı #Syria Russia military agreement 2026 #Ahmed al Shara political strategy #How Damascus and Kabul represent two distinct paths after toppling regimes #İbrahim Hamidi

Mövzu üzrə digər xəbərlər

Talibanın hakimiyyətə qayıdışından 5 il ötür: Əfqanıstanda silahlı müxalifət niyə güclənə bilmir?
Əfqanıstan xəbərləri

Talibanın hakimiyyətə qayıdışından 5 il ötür: Əfqanıstanda silahlı müxalifət niyə güclənə bilmir?

15 Avqust 17:30
Taliban höküməti ABŞ vətəndaşını sərbəst buraxıb
Digər Dövlətlər

Taliban höküməti ABŞ vətəndaşını sərbəst buraxıb

24 Mart 17:41
Tacikistan-Əfqanıstan sərhədində terror cəhdi dəf edilib, iki sərhədçi həlak olub
Digər Dövlətlər

Tacikistan-Əfqanıstan sərhədində terror cəhdi dəf edilib, iki sərhədçi həlak olub

25 Dekabr 2025 13:10
İran Pakistan və Əfqanıstan danışıqlarına vasitəçilik edəcək
Digər Dövlətlər

İran Pakistan və Əfqanıstan danışıqlarına vasitəçilik edəcək

11 Dekabr 2025 12:39

Son Xəbərlər

Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
18:19
Dünya ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb
Dünya ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb
18:14
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
18:03
İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
17:46
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
17:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.