6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi
ArabAZ təhlil mərkəzi

Hizbullahın gələcəyi - Livan xalqı başqaları üçün vuruşmaqdan yorulub

Hizbullahın Livanda və bölgədəki rolu uzun illər ərzində həm regional, həm də beynəlxalq siyasətin mərkəzində olub. Təşkilatın silahlı qüvvələrinin tərksilah olunması və siyasi inteqrasiyası məsələsi təkcə İsrailin deyil, həm də Livan hökumətinin prioritet hədəflərindən biridir.

18 Avqust 2025 11:12
Baku
Hizbullahın gələcəyi - Livan xalqı başqaları üçün vuruşmaqdan yorulub

BAKI, AzerVoice

Hizbullahın Livanda və bölgədəki rolu uzun illər ərzində həm regional, həm də beynəlxalq siyasətin mərkəzində olub. Təşkilatın silahlı qüvvələrinin tərksilah olunması və siyasi inteqrasiyası məsələsi təkcə İsrailin deyil, həm də Livan hökumətinin prioritet hədəflərindən biridir. Prezident Joseph Aounun açıqlamaları və Həsən Nəsrullahın liderliyinin boşluğu, Hizbullahın həm ideoloji, həm də fiziki gücündə ciddi dəyişikliklərin baş verdiyini göstərir.

AzerVoice xəbər verir ki, Trend BİA-nın direktor müavini, siyasi şərhçi Rufiz Hafizoğlu Crossmedia.az-a açıqlamasında bildirib ki, İrana bağlı Hizbullah təşkilatının tərki-silah olunması İsrailin əsas hədəf və məqsədlərindən sadəcə biridir. Eyni zamanda Livan hökumətinin də, daha doğrusu prezident Joseph Aounun da əsas hədəflərindən biridir. Çünki hakimiyyətə gəlməsindən sonra, daha doğrusu prezident seçilməsindən sonra ilk açıqlaması belə oldu ki, "Livan xalqı başqaları üçün vuruşmaqdan yorulub".

"İsrail-Livan arasında olan müharibə, Həsən Nəsrullahın qətlə yetirilməsi və s. bütün bunlar əslində Hizbullah təşkilatını olduqca zəiflədib. Bugün Hizbullah təmtəraqlı çıxışlar etməsinə baxmayaraq, artıq əvvəlki Hizbullahdan əsər-əlamət qalmıyıb" - deyə siyasi şərhçi qeyd edib.

Rufiz Hafizoğlu əlavə edib ki, Hizbullahın baş katibi kimyagər olsa da və güclü siyasi-hərbi fiqur kimi təqdim edilsə də, Naim Qasim heç vaxt Həsən Nasrullahı əvəz edə bilməz. İranın dini liderinin tənqidləri də bu boşluğu doldurmur. Hizbullahın tərkisilah olunması və silahlıların orduda inteqrasiyası uzun müddətdir gündəmdədir və İran bunu ciddi bir strateji çətinlik kimi dərk edib.

İslam müqaviməti haqqında, özəlliklə də bu, Suriya və Bəşər Əsəd yönətimi və Hizbullah yönətimi haqqında gülünc şeylər var ki, İslami müqavimət... Bilirsiniz, çox ciddi, böyük bir biznesin bir hissəsidir. Yəni, Hizbullah həm Suriyada, həm Livanda, bəlkə də qəribə səslənər əxlaqsız, yəni fahişə bazarını belə kontrol edən bir silahlı qruplaşmaydı. Təbii ki, hər zaman da qeyd edilir: "Hizbullah yazılır, İran oxunur".

"İranın təhsil və ideoloji təsirini yaymaq strategiyası bütün ölkələrdə, hətta ən aşağı təbəqələrə də sirayət edir. Livan nümunəsi Azərbaycan üçün bir ölçü ola bilər; oradan İranın hiyləgər siyasətini və xalq üzərində təsirini öyrənmək faydalıdır. Hizbullahın silahları təhvil verməsi və Livan ordusuna inteqrasiyası da bu strategiyanın bir hissəsidir. Əsas məqsəd, Hizbullahın ideoloji bir qruplaşma olaraq çöküşünü əngəlləmək və siyasi inteqrasiyanı təmin etməkdir. Əgər Livanda hökumət və ya İsrail mövqeyi zəifləsə, gərginlik yenidən ortaya çıxa bilər. Oxşar şəkildə, Əfqanıstanda sovetlərə qarşı mücahid hərəkatından yaranan İŞİD və onun süqutu, “saf cihad” anlayışının aradan qaldırılmasıdır. Bu gün “cihad” termini heç bir yerdə əvvəlləki mənasında istifadə olunmur. Eyni zamanda, Misirdə və digər ölkələrdə siyasi İslam hərəkatlarının süqutu, siyasi İslamın da zəifləməsini göstərir"- deyə Rufiz Hafizoğlu vurğulayıb.

Məqalədə: #Rufiz Hafizoğlu #Livan #Hizbullah #Həsən Nəsrullah #Bəşər Əsəd #Hizbullah tərəfdarlarının etirazı #İsrailin Hizbullah ittihamları #İsrail və Livan münaqişəsi #İsrail və Hizbullah qarşıdurması #İsrail Livan münasibətləri #Hizbullah və Livan münaqişəsi #Hizbullahın Livandakı təsiri #Hizbullah və Livan hökuməti #Hizbullahın siyasi strategiyası #Livan-İsrail münasibətləri #Hizbullahın silahsızlaşdırılması

Mövzu üzrə digər xəbərlər

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43
Məhbusların azad edilməsi Livandakı hücumlara bəraət qazandıra bilməz - Hizbullah
Livan

Məhbusların azad edilməsi Livandakı hücumlara bəraət qazandıra bilməz - Hizbullah

5 Sentyabr 18:17
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
Livan

İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb

5 Sentyabr 11:51

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.