7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi
ArabAZ təhlil mərkəzi

ABŞ Livanı İsraillə birbaşa danışıqlara məcbur edir

Livan ordusunun komandanı general Rudolf Heykelin ABŞ-a planlaşdırılan səfərini təxirə salması ölkədə geniş siyasi müzakirələrə səbəb olub. Bu qərar generalın Konqres və Senat üzvləri ilə nəzərdə tutulmuş görüşlərinin rəsmi şəkildə və izahsız ləğvi barədə məlumatlandırılmasından sonra verilib. ABŞ tərəfi Heykeli silahın yalnız dövlətin əlində cəmlənməsi prinsipinin tətbiqinə ləng yanaşmaqda və “Hizbullah”ın cənub bölgəsində silahlanmasına qarşı kifayət qədər sərt addımlar atmamaqda ittiham edir.

21 Noyabr 2025 00:10
ABŞ Livanı İsraillə birbaşa danışıqlara məcbur edir

BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

Livan ordusunun komandanı general Rudolf Heykelin ABŞ-a planlaşdırılan səfərini təxirə salması ölkədə geniş siyasi müzakirələrə səbəb olub. Bu qərar generalın Konqres və Senat üzvləri ilə nəzərdə tutulmuş görüşlərinin rəsmi şəkildə və izahsız ləğvi barədə məlumatlandırılmasından sonra verilib. ABŞ tərəfi Heykeli silahın yalnız dövlətin əlində cəmlənməsi prinsipinin tətbiqinə ləng yanaşmaqda və “Hizbullah”ın cənub bölgəsində silahlanmasına qarşı kifayət qədər sərt addımlar atmamaqda ittiham edir.

Maraqlıdır ki, bu ittihamlar ABŞ-ın atəşkəs rejiminə nəzarət komissiyasının rəhbəri general Cozef Klirfildin ordunun Cənubi Litani bölgəsində fəaliyyətini yüksək qiymətləndirən açıqlamalarına ziddir. O bildirib ki, Livan ordusu nəzarət etdiyi ərazilərdə vəziyyəti sabit saxlayır.

General Heykelin səfəri təxirə salması qərarı yalnız onun şəxsi mövqeyi kimi qavranılmayıb, həm də Prezident Cüzef Avn və Baş nazir Nauf Səlamın daxil olduğu siyasi rəhbərlikdə şaşkınlıq yaradıb. Bu hadisə eyni zamanda ABŞ-ın Livandakı yeni səfiri Mişel İssanın etimadnamə təqdim etməsi ilə üst-üstə düşüb.

Bundan az əvvəl BMT-nin Cənubi Libanda fəaliyyət göstərən sülhməramlı qüvvələri – “UNIFIL” İsraili Livan ərazisindən 4000 kvadrat metr torpaq qoparmaq və Yaron–Aytrun sərhəd xəttində divar çəkməklə suverenliyə və 1701 saylı qətnaməyə zidd addım atmaqda ittiham edən bəyanat yaymışdı. Livan ordusu da oxşar açıqlama verərək İsraili “mavi xəttə hörmət etməyə və işğal etdiyi sahəni boşaltmağa” çağırdı.

Beynəlxalq reaksiyalarda ikili standartlar

Siyasi mənbələr bildirir ki, İsrailin Livan torpaqlarını qoparması beynəlxalq qurumlardan ciddi reaksiya görməyib, lakin ABŞ ordunun ev basqınları yolu ilə Hizbullahın silahını müsadirə etməməsini sərt şəkildə tənqid edir. Ordu rəhbərliyi isə evlərə yalnız məhkəmə qərarı ilə daxil ola biləcəyini bildirir.

Mənbələrə görə, Fransa Cənubi Livanda vəziyyətin gərginləşərək ilin əvvəlində genişmiqyaslı qarşıdurmaya çevrilə biləcəyindən narahatdır. Bu səbəbdən prezident Emmanuel Makron müşaviri Ann Kler Lojeandri Beyruta göndərərək o, “Hizbullah” rəsmisi Əmmar Musəvi ilə görüşüb.

Vaşinqtonun əsl hədəfi: İsraillə birbaşa danışıqlar və normallaşma?

Siyasi dairələrdəki hakim firkə görə, ABŞ-ın Livan ordusuna təzyiqi təkcə təhlükəsizlik məsələsi deyil – Livanı İsraillə birbaşa danışıqlara məcbur etmək və normallaşmaya aparmaq üçün siyasi alətdir.

ABŞ vasitəçisi Tom Barak prezident, baş nazir və parlament rəhbərliyi ilə görüşlərdə qarşılıqlı addımlar üzrə razılığa gəlmiş kimi görünürdü. Lakin Tel-Əvivə səfərdən sonra Vaşinqton mövqeyini sərtləşdirərək əvvəlki təkliflərindən geri çəkildi.

Mənbələrə görə, bu dəyişiklik Senat üzvü və Donald Trampın yaxın müttəfiqi Lindsi Qreheimin prosesə daxil olmasından sonra baş verib. O, Livana səfəri zamanı siyasi rəhbərliklə danışıqlarda açıq şəkildə bildirib:

"İsrailin geri çəkilməsi barədə sual verilə bilməz – əvvəlcə Hizbullah silahsızlaşdırılmalıdır."

ABŞ administrasiyası Livana cavab vermək əvəzinə general Heykelin səfərini öz məna­sını itirəcək şəkildə boşaldaraq təxirə salmasına səbəb oldu. Eyni zamanda, ordunu dəstəkləmək üçün planlaşdırılan beynəlxalq donor konfransı da ABŞ-ın “yaşıl işıq” verməməsi səbəbindən dayandırılıb.

Mənbələr yaxın günlərdə ABŞ-livan münasibətlərində gözlənilməz dönüşlərin ola biləcəyini bildirir.

Mənbələr vurğulayır ki, silahlı paralel quruluşun mövcudluğu ilə ölkənin yenidən qurulması prosesinin paralel şəkildə davam etməsi mümkün deyil.

Məqalədə: #Livan ordusu #ABŞ–Livan münasibətlərində gərginlik: Vaşinqton Livan ordusuna təzyiqi artırır #General Heykelin ABŞ səfəri niyə təxirə salındı? Siyasi fon açıqlanır #Vaşinqton Hizbullah silahsızlanması üçün Livana şərtlər irəli sürür #İsrailin sərhəd pozuntusu BMT-də gündəmdə: Livan ordusu reaksiya verdi #ABŞ Livanı İsraillə birbaşa danışıqlara məcbur edir – siyasi təhlil #ABŞ Livandan nə istəyir? Silahsızlanma tələbləri və regional plan #ABŞ və Hizbullah: yeni qarşıdurma diplomatik müstəvidə #Vaşinqtonun Livan strategiyası: normallaşma və sərhəd təhlükəsizliyi #Livan ordusu çətin seçim qarşısında: dövlət suverenliyi və xarici təzyiq #Cənubi Livanda böhran: ABŞ #Fransa və İsrail faktorları #Вашингтон усиливает давление на Ливанскую армию: что происходит? #США требуют разоружения Хизбаллы в обмен на поддержку Бейрута #Израиль нарушает границу: реакция Ливана и ООН #Хайкаль откладывает визит в США: политические последствия #Ливан между войной и переговорами: что хочет Вашингтон #U.S. pressures Lebanese Army over Hezbollah disarmament #Washington seeks direct Lebanon–Israel negotiations #Lebanese Army chief postpones U.S. visit amid diplomatic tension #Israel border violations raise concerns as U.S. shifts stance #New phase: conflict moves from battlefield to diplomacy #Disarmament pressure grows: U.S. pushes Lebanon on Hezbollah #Lebanon faces diplomatic standoff with Washington #Israel–Lebanon border tensions spark international concern #U.S. ties military aid to political concessions in Beirut #Shift from conflict to negotiation: regional implications #Cənubi Livan münaqişəsi 2025 analiz #Normallaşma prosesi

Mövzu üzrə digər xəbərlər

BMT mandatı olmadan beynəlxalq qüvvələrin Livanda qalması mümkün deyil - Nəbih Bərri
Livan

BMT mandatı olmadan beynəlxalq qüvvələrin Livanda qalması mümkün deyil - Nəbih Bərri

29 Avqust 22:42
İsrail oktyabr seçkilərinə görə Livanla danışıqları uzatmağa çalışır
Livan

İsrail oktyabr seçkilərinə görə Livanla danışıqları uzatmağa çalışır

28 Avqust 18:12
İsrailin Livana zərbələri davam edir
Livan

İsrailin Livana zərbələri davam edir

27 Avqust 09:42
Hakimiyyət mübarizələri və hərbi toqquşmalar - 27 avqustda ərəb dövlətlərində nə baş verdi?
Tarixdə bu gün

Hakimiyyət mübarizələri və hərbi toqquşmalar - 27 avqustda ərəb dövlətlərində nə baş verdi?

27 Avqust 03:00

Son Xəbərlər

Müsəlman Dünya Liqası elmi möcüzələr üzrə hansı layihəni təqdim edib?
Müsəlman Dünya Liqası elmi möcüzələr üzrə hansı layihəni təqdim edib?
21:56
Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb
Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb
21:48
Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib
Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib
21:41
Küveyt və Pakistan XİN rəhbərləri Yaxın Şərqdə sülh səylərini müzakirə edib
Küveyt və Pakistan XİN rəhbərləri Yaxın Şərqdə sülh səylərini müzakirə edib
21:38
Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ
Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ
21:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.