Nə üçün açarı Tehranın əlində olan Hizbullah heç vaxt milli müqavimət hesab edilə bilməz?
Livanda onilliklər boyu toplanmış siyasi, iqtisadi və məzhəb ziddiyyətləri kimi köklü problemlər mövcuddur; bu problemlərə dövləti daxildən gəmirən və livanlıların sərvətlərini itirməsinə gətirib çıxaran korrupsiya da əlavə olunub.
İsrailin Livanda ağ fosfordan istifadə etdiyi təsdiqlənib
"The New York Times" qəzeti apardığı araşdırmanın nəticələrini dərc edərək bildirib ki, yoxlanılmış vizual sübutlar və videoqeydlər İsrail ordusunun Livanın cənubunda əhalinin sıx yaşadığı məskunlaşma məntəqələrində tərkibində ağ fosfor olan hərbi sursatlardan istifadə etdiyini göstərir.
Səudiyyə Ərəbistanı öz vətəndaşlarını Livanı dərhal tərk etməyə çağırıb
Səudiyyə Ərəbistanı cümə günü Livandakı vətəndaşlarına müraciət edərək, bu ölkədəki mövcud vəziyyəti nəzərə alaraq onları ərazini dərhal tərk etməyə çağırıb.VOA xəbər verir ki, Səudiyyə Ərəbistanının Beyrutdakı səfirliyi vətəndaşlardan Livana səfər qadağası qərarına ciddi şəkildə əməl etmələrini tələb edib. Diplomatik nümayəndəlik hazırda Livan Respublikasında olan vətəndaşları baş verən hadisələrin fəsadlarını və təhlükəsizlik risklərini nəzərə alaraq ölkəni təcili şəkildə tərk etməyə səsləyib.
Beyrut küçələrindən İrana uzanan zəncir: Livanın iradəsi kimin əlindədir?
Livan özünü növbəti dəfə çoxşaxəli bir çıxılmaz vəziyyətdə tapıb. Vətəndaşlarının əksəriyyətinin dili ilə desək, ölkə özünün seçmədiyi bir müharibəyə sürüklənib. Bu çıxılmaz vəziyyət, müxtəlif tayfa qruplarına öz müstəqil xarici siyasətlərini yürütmək, "öz ordularına" və paralel sosial institutlarına sahib olmaq hüququ verən daxili parçalanmanı daha da dərinləşdirir. Belə ki, hökumətdə təmsil olunan "Şiə İkiliyi" (Hizbullah və Amal), elə həmin hökumətin Xarici İşlər Nazirliyinin İran səfirinin akkreditasiyasını ləğv etmək barədə qərarını rədd edir.
Livan ordusunun rəhbəri Rodolf Haykal hərbi dəstək paketini müzakirə etmək üçün Vaşinqtona gedir
Livan Silahlı Qüvvələrinin komandanı general Rodolf Haykal fevralın əvvəlində Vaşinqtona rəsmi səfər edəcək. Ötən ilin noyabrında ABŞ tərəfindən təxirə salınan bu səfər Livan ordusunun silahlanması və regional təhlükəsizlik məsələləri baxımından mühüm əhəmiyyət kəsb edir. Fevralın 3-dən 5-dək davam edəcək görüşlərin gündəliyinə Livan ordusunun ehtiyacları, iki ölkə arasındakı hərbi əməkdaşlığın genişləndirilməsi və Vaşinqtonun Beyruta davamlı hərbi dəstəyi daxil edilib.
İsrail Beyrutda Hizbullahın qərargah rəisini hədəf alıb
İsrail ordusu Livanın paytaxtı Beyrutun cənubunda Hizbullahın qərargah rəisinə qarşı hücum həyata keçirib. Livan Səhiyyə Nazirliyinin ilkin məlumatlarına əsasən, zərbə nəticəsində bir nəfər həlak olub, 21 nəfər yaralanıb. Həlak olan və yaralanan şəxslərin mülki və ya hərbi olması barədə əlavə məlumat verilməyib.
ABŞ Livanı İsraillə birbaşa danışıqlara məcbur edir
Livan ordusunun komandanı general Rudolf Heykelin ABŞ-a planlaşdırılan səfərini təxirə salması ölkədə geniş siyasi müzakirələrə səbəb olub. Bu qərar generalın Konqres və Senat üzvləri ilə nəzərdə tutulmuş görüşlərinin rəsmi şəkildə və izahsız ləğvi barədə məlumatlandırılmasından sonra verilib. ABŞ tərəfi Heykeli silahın yalnız dövlətin əlində cəmlənməsi prinsipinin tətbiqinə ləng yanaşmaqda və “Hizbullah”ın cənub bölgəsində silahlanmasına qarşı kifayət qədər sərt addımlar atmamaqda ittiham edir.