11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İsrail Beyrutda Hizbullahın qərargah rəisini hədəf alıb

İsrail ordusu Livanın paytaxtı Beyrutun cənubunda Hizbullahın qərargah rəisinə qarşı hücum həyata keçirib. Livan Səhiyyə Nazirliyinin ilkin məlumatlarına əsasən, zərbə nəticəsində bir nəfər həlak olub, 21 nəfər yaralanıb. Həlak olan və yaralanan şəxslərin mülki və ya hərbi olması barədə əlavə məlumat verilməyib.

23 Noyabr 2025 20:04
İsrail Beyrutda Hizbullahın qərargah rəisini hədəf alıb

Bakı,AzerVoice, Orxan Qədirzadə

İsrail ordusu Livanın paytaxtı Beyrutda Hizbullahın qərargah rəisinə qarşı hücum həyata keçirib.

AzerVoice xəbər verir ki, Livan Səhiyyə Nazirliyinin ilkin məlumatlarına əsasən, zərbə nəticəsində bir nəfər həlak olub, 21 nəfər yaralanıb. Həlak olan və yaralanan şəxslərin mülki və ya hərbi olması barədə əlavə məlumat verilməyib.

Hadisə Hizbullahın nəzarətində olan sıx yaşayış massivində qeydə alınıb. Livanın rəsmi Milli Xəbər Agentliyi bildirib ki, binaya üç raket atılıb və yaxınlıqdakı binalar ilə nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.

İsrail Baş naziri Benyamin Netanyahu bəyan edib ki, hava zərbəsi onun göstərişi ilə həyata keçirilib.

“Bu gün Beyrutun mərkəzində təşkilatın silahlanmasını və qüvvələrin artırılmasını idarə edən Hizbullahın qərargah rəisi hədəf alınıb. İsrail məqsədlərinə çatmaq üçün hər yerdə və hər zaman fəaliyyət göstərəcək.”-o, deyib.

İsrail son bir il ərzində Livana demək olar ki, hər gün zərbə endirib. Hücumlar əsasən ölkənin cənub və şərq bölgələrində Hizbullah üzvlərinə yönəlib. Bu, 5 iyundan sonra Beyrutun cənub rayonlarına endirilən ilk hava zərbəsidir.

Günün əvvəlində Livanın cənubundakı Aita əl-Şaab qəsəbəsinə edilən hücumda bir nəfərin öldüyü bildirilmişdi.

Hizbullah 2023-cü ilin oktyabrında Qəzzada müharibə başlayandan sonra İsrailə qarşı hərbi əməliyyatlara qoşulub, qarşıdurmalar daha sonra genişmiqyaslı müharibəyə çevrilib.

ABŞ və İsrail son aylarda Livan hökumətinə təşkilatın silahsızlaşdırılması üçün təzyiqləri artırıb. Hizbullah isə bu çağırışları rədd edir.

Netanyahu son açıqlamasında bildirib ki, İsrail “Hizbullahın Livanda yenidən güclənməsinin qarşısını almaq üçün lazım olan bütün tədbirləri görəcək”.

Məqalədə: #Livan #Beyrut #Hizbullah #İsrail ordusu #Binyamin Netanyahu #İsrail və Livan münaqişəsi #İsrail və Hizbullah qarşıdurması #İsrail və Hizbullah müharibəsi #Livan-İsrail münasibətləri #ABŞ–Livan münasibətlərində gərginlik: Vaşinqton Livan ordusuna təzyiqi artırır

Mövzu üzrə digər xəbərlər

Yəməndə qiymət artımı və yeni köç böhranı gözlənilir
Yəmən

Yəməndə qiymət artımı və yeni köç böhranı gözlənilir

18:34
Əl-Əqsada cümə namazına on minlərlə insan qatılıb
Fələstin

Əl-Əqsada cümə namazına on minlərlə insan qatılıb

17:50
İsrael Kats Hizbullaha qarşı əməliyyatların davam edəcəyini bildirib
Yaxın Şərq

İsrael Kats Hizbullaha qarşı əməliyyatların davam edəcəyini bildirib

17:39
FİFA Bağdadda yeni idman mərkəzinin inşasını maliyyələşdirir
ArabSport

FİFA Bağdadda yeni idman mərkəzinin inşasını maliyyələşdirir

15:44

Son Xəbərlər

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan
Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan
18:59
Yəməndə qiymət artımı və yeni köç böhranı gözlənilir
Yəməndə qiymət artımı və yeni köç böhranı gözlənilir
18:34
Misir Menkaura piramidasını müvəqqəti bağlayır
Misir Menkaura piramidasını müvəqqəti bağlayır
18:17
Hörmüz boğazı ilə bağlı regional toplantı Omanda keçiriləcək
Hörmüz boğazı ilə bağlı regional toplantı Omanda keçiriləcək
18:13
Qətər və Avstriya Hörmüz boğazında vəziyyəti müzakirə edib
Qətər və Avstriya Hörmüz boğazında vəziyyəti müzakirə edib
18:08
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.