13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi
ArabAZ təhlil mərkəzi

Şəraa üçün əsas mübarizə daxili sabitlik və azlıqların etimadıdır - Analitiklər

Suriya Prezidenti Əhməd Əş-Şəraa Bəşşər Əsədi devirdikdən sonra ölkənin beynəlxalq nüfuzunu bərpa edib və sanksiyaların ləğvinə nail olub. Lakin keçmiş silahlı qruplaşma liderinin əsas sınağı ölkə daxilində etimad qazanmaqdır.

6 Dekabr 2025 07:00
Şəraa üçün əsas mübarizə daxili sabitlik və azlıqların etimadıdır - Analitiklər

BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

Suriya Prezidenti Əhməd Əş-Şəraa Bəşşar Əsədi devirdikdən sonra ölkənin beynəlxalq nüfuzunu bərpa edib və sanksiyaların ləğvinə nail olub. Lakin keçmiş silahlı qruplaşma liderinin əsas sınağı ölkə daxilində etimad qazanmaqdır.

Alavit və Druze bölgələrində baş verən sektaar zorakılığı, eləcə də İsrailin davam edən hərbi əməliyyatları ölkədə təhlükəsizliyi zəiflədib. Analitiklərə görə, Şəraa Suriyanı 14 illik müharibədən çıxarmağa çalışsa da, cəmiyyətin müxtəlif təbəqələri arasında gərginlik qalmaqdadır.

Şəraa son bir ildə Körfəz ölkələrindən Avropaya, ABŞ-a qədər paytaxtlara səfər edib. Vaşinqton və BMT Təhlükəsizlik Şurası onu sanksiya və “terror siyahıları”ndan çıxarıb. ABŞ, Aİ və Britaniya Suriyaya tətbiq olunan əsas iqtisadi sanksiyaları ləğv edib.

Bununla belə, analitiklər xəbərdarlıq edir ki, “əsas hökm” ölkə daxilində veriləcək.

Tənqidçilər bildirirlər ki, ölkənin keçid konstitusiyası etnik və dini müxtəlifliyi əks etdirmir və beş illik keçid müddəti üçün təyin edilən prezidentə geniş səlahiyyətlər verir. Silahlı qruplar buraxılsa da, onların çoxu yeni ordu və təhlükəsizlik strukturlarına inteqrasiya olunub. Bu prosesdə bəzi xarici döyüşçülərin də daxil edildiyi qeyd olunur.

Mart ayında Alavit icmasına qarşı törədilən qətliamlarda 1 700-dən çox insan öldürülüb. İyulda Druze əyaləti olan Süveyda bölgəsindəki toqquşmalarda isə 2 000-dən çox adam həlak olub. Hakimiyyət araşdırmalara başladığını və bəzi şübhəlilərin məhkəməyə çıxarıldığını bildirib.

Ekspertlərin sözlərinə görə Şəraa “milli barışığın qurulmasında iki dəfə uğursuzluğa düçar olub”. Şəraa silahlı İslamçı qrupları nə dərəcədə nəzarət altına almaq istədiyi hələ də sual altındadır. Həmçinin Suriya prezidentinin mövqeyi vahid təhlükəsizlik aparatına malik olmadığı üçün zəifdir.

Həmçinin müharibə liderlərindən çıxmış fraksiya rəhbərlərinin dövlət vəzifələrində yerləşdirilməsi azlıq qrupları arasında ciddi etimad böhranı yaradıb. Lakin suriyalıların böyük bir hissəsi Şəraa hakimiyyətini “yeganə təminat verən variant” kimi görürlər.

Ölkənin sahil bölgəsi və Süveyda əyalətində bəzi qruplar ayrılma çağırışları edir, kürd administrasiyası isə ilin sonuna qədər öz institutlarını Dəməşqə inteqrasiya etməli olsa da, proses ləngiyir.

Ekspertlərin rəyinə görə İsrail ordusu Suriyaya təkrar-təkrar zərbələr endirir və cənubda demilitarizasiya zonası yaratmağa çalışır. İsrail qüvvələri hazırda BMT nəzarətində olan Golan yüksəkliklərindəki bufer zonasında yerləşməyə davam edir.

ABŞ Prezidenti Donald Tramp İsraili Suriyanın yeni hakimiyyətini destabilizasiya etməməyə çağırıb.

Oktyabr ayında parlamentə seçilən nümayəndələr yalnız hökumət nəzarətində olan ərazilərdə seçilib. Şəraa hələ də 210 yerlik parlamentin 70 üzvünü təyin etməlidir.

Məqalədə: #Suriya lideri Şəraa beynəlxalq aləmdə möhkəmlənib #lakin ölkə daxilində etimad böhranı qalır #Analitiklər: Şəraa üçün əsas mübarizə daxili sabitlik və azlıqların etimadıdır #Suriya: Alavit və Druze bölgələrində zorakılıq liderin mövqeyini zəiflədir #Post-Əsəd dövrü: Şəraa beynəlxalq səhnədə qazanır #amma daxildə çətinliklər artır #Suriyada etimad böhranı dərinləşir — azlıqlara qarşı zorakılıq artır #Suriya liderinin qarşısında ən böyük sınaq: daxili sabitlik #Лидер Сирии Шараа добился успехов за рубежом #но не смог укрепить доверие внутри страны #Эксперты: насилие в Алавитских и Друзских районах подрывает власть Шараа #Сирия: международные победы не решают внутренних проблем #After foreign wins #Syria’s Sharaa struggles to secure trust at home #Analysts warn internal instability threatens Syria’s transition #Sectarian violence #Israeli strikes challenge new Syrian leadership

Mövzu üzrə digər xəbərlər

Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı
Fələstin

Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı

09:00
Əsalə Nəsrinin Dəməşqdəki konsertlərinə qarşı çıxan qruplar hansı iddiaları irəli sürürlər?
ArabAZ analitika: Geosiyasi təhlillər

Əsalə Nəsrinin Dəməşqdəki konsertlərinə qarşı çıxan qruplar hansı iddiaları irəli sürürlər?

08:42
İran üçün "Qüds yolu" - Qumarxana və qadın alverindən keçən reallıq
ArabAZ analitika: Geosiyasi təhlillər

İran üçün "Qüds yolu" - Qumarxana və qadın alverindən keçən reallıq

12 Sentyabr 18:28
Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?
Pakistan

Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?

12 Sentyabr 12:53

Son Xəbərlər

Bu gün İsrasil və Fələstin arasında Oslo razılaşması imzalandı
Bu gün İsrasil və Fələstin arasında Oslo razılaşması imzalandı
12:00
Əbu-Dabidə 35-ci Beynəlxalq Kitab Sərgisi açılıb
Əbu-Dabidə 35-ci Beynəlxalq Kitab Sərgisi açılıb
11:17
İlk qadın Pandoranın yaradılışı və bəşəriyyətin cəzalandırılması
İlk qadın Pandoranın yaradılışı və bəşəriyyətin cəzalandırılması
11:00
İraqda Əcil neft yatağının inkişafı üzrə 25 illik müqavilə imzalanıb
İraqda Əcil neft yatağının inkişafı üzrə 25 illik müqavilə imzalanıb
10:17
Səudiyyə diplomatları Madrid və Londonda regional məsələləri müzakirə edib
Səudiyyə diplomatları Madrid və Londonda regional məsələləri müzakirə edib
10:09
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.