8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi
ArabAZ təhlil mərkəzi

Dövlətlərdən daha zəngin olan "BlackRock" dünyanı və iqtisadiyyatları necə idarə edir?

Müasir dünyada güc artıq təkcə tanklar, qırıcı təyyarələr və ya bombalarla ölçülmür. Bu gün qlobal nizamı müəyyən edən ən mühüm amil pulun hansı ölkəyə girəcəyinə və haradan çıxacağına qərar verən nəhəng maliyyə strukturlarıdır. Bu strukturların başında isə 10 trilyon dollardan çox aktivi idarə edən, dünyanın ən böyük varlıq idarəetmə şirkəti olan "BlackRock" dayanır.

5 Aprel 2026 11:17
Dövlətlərdən daha zəngin olan "BlackRock" dünyanı və iqtisadiyyatları necə idarə edir?

BAKI,VOA Analitik Təhlil Mərkəzi

Müasir dünyada güc artıq təkcə tanklar, qırıcı təyyarələr və ya bombalarla ölçülmür. Bu gün qlobal nizamı müəyyən edən ən mühüm amil pulun hansı ölkəyə girəcəyinə və haradan çıxacağına qərar verən nəhəng maliyyə strukturlarıdır. Bu strukturların başında isə 10 trilyon dollardan çox aktivi idarə edən, dünyanın ən böyük varlıq idarəetmə şirkəti olan "BlackRock" dayanır.

"BlackRock" nə bir bank, nə bir fabrik, nə də bir ölkədir. Lakin o, Almaniya, Yaponiya və ya İngiltərə kimi nəhəng dövlətlərin ümumi daxili məhsulundan (ÜDM) daha böyük bir sərvətə, daha doğrusu pula sahibdir. Başqalarının vəsaitlərini idarə edərək böyüyən bu şirkət, əslində pərdəarxasında dünyanı idarə edən əsas mexanizmlərdən birinə çevrilib.

Bu nəhəng fondun əsas fərqi ondadır ki, o, bir dövlət qədər zəngin və qüdrətli olsa da, seçkilərə girmir, meydanlarda çıxış etmir və bayraq sallamır. Lakin hökumətlər üzərində ciddi təzyiq vasitələrinə malikdir. Enerji, bankçılıq, müdafiə sənayesi və texnologiya nəhənglərinə yatırdığı milyardlarla dollar sayəsində "BlackRock" hansı sektorun böyüyəcəyinə, hansının isə çökəcəyinə qərar verir. Dövlət istiqrazlarını satın alaraq ölkələrin borclanma riskini öz üzərinə götürür, bu isə ona siyasi qərarlara təsir etmək imkanı yaradır.

"BlackRock"un əsl gücü onun sahib olduğu "Alaaddin" adlı möhtəşəm proqram təminatında gizlidir. Bu risk analiz sistemi dünyadakı trilyonlarla dollarlıq investisiyanın hərəkətini müəyyən edir. Bir ölkədən, o cümlədən Türkiyədən birdən-birə böyük para çıxışı baş verirsə və iqtisadiyyat sarsılırsa, çox vaxt bunun arxasında "Alaaddin" alqoritminin verdiyi "riskli" qərarı dayanır. İnvestisiya harada "olur" deyilsə, ora axır; harada risk görürsə, oradan qaçır.

Ekspertlərin rəyinə görə, "BlackRock" kimi nəhəng fonlar böhranları sevir. Çünki kböhran zamanı aktivlər ucuzlaşır, maaşlar təzyiq altında qalır və iqtisadi çıxılmazlıq yaranır. Bu, qlobal sermayə üçün "ucuz alış" fürsətidir. Mal sahibi (ölkə) çətinə düşəndə, bu fonlar gözləyir və ən aşağı qiymətə strateji aktivlərə ortaq olur.

"BlackRock" bir şeytan deyil, lakin o, bir xeyriyyə qurumu da deyil. O, bayraqsız, ideologiyasız, tamamilə mənfəət üzərində qurulmuş bir sistemdir. Səhiyyədən müdafiəyə qədər hər sahəyə təsir edən bu mexanizmin son vaxtlar Türkiyə bazarına maraq göstərməsi suallar doğurur.

Məqalədə: #Türkiyə iqtisadiyyatı #VOA Analitik Təhlil Mərkəzi #VOA Azərbaycan #BlackRock #Alaaddin alqoritmi

Mövzu üzrə digər xəbərlər

Ölüm, şəhadət, silah və lənət – İranın Yəmənə ixrac etdiyi “təhsil” sistemi
ArabAZ analitika: Geosiyasi təhlillər

Ölüm, şəhadət, silah və lənət – İranın Yəmənə ixrac etdiyi “təhsil” sistemi

27 Avqust 21:25
"Terrorsuz Türkiyə" prosesi Türkiyə iqtisadiyyatına necə təsir edəcək?
ArabAZ təhlil mərkəzi

"Terrorsuz Türkiyə" prosesi Türkiyə iqtisadiyyatına necə təsir edəcək?

22 İyul 09:00
Türkiyənin ABŞ-yə dəri məhsulları ixracı xeyli artıb (ÖZƏL)
Türkiyə

Türkiyənin ABŞ-yə dəri məhsulları ixracı xeyli artıb (ÖZƏL)

15 İyul 15:30
Türkiyənin Azərbaycana sement ixracı iyunda 22 faiz artıb (ÖZƏL)
Türkiyə

Türkiyənin Azərbaycana sement ixracı iyunda 22 faiz artıb (ÖZƏL)

12 İyul 11:45

Son Xəbərlər

Əbu-Dabi hotellərində yeni dövr - Avropa ənənələri yerinə, milli ənənələr 2027-ci ildən məcburi olur
Əbu-Dabi hotellərində yeni dövr - Avropa ənənələri yerinə, milli ənənələr 2027-ci ildən məcburi olur
07:47
Yəmən ordusu  husilərə qarşı yeni cəbhə açdı
Yəmən ordusu husilərə qarşı yeni cəbhə açdı
07:01
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
06:52
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.