10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Arab+ ArabShow
ArabShow

Ghostly Kisses Səudiyyə Ərəbistanında səhnəyə çıxacaq

Səudiyyə Ərəbistanının sürətlə genişlənən canlı musiqi sektoru bu ilin sentyabr ayında daha bir məşhur simanı qəbul etməyə hazırlaşır. Kanadanın dünyaca ünlü "drim-pop" (dream-pop) ifaçısı "Ghostly Kisses" karyerasında ilk dəfə olaraq Krallıqda səhnəyə çıxacaq. Tanınmış müğənni və bəstəkar Yaxın Şərq turnesinə məhz Səudiyyə Ərəbistanından start verəcək. O, ilk olaraq sentyabrın 3-də Ciddə şəhərində, növbəti gün - sentyabrın 4-də isə paytaxt Ər-Riyadda musiqisevərlərin qarşısında çıxış edəcək.

10 Avqust 2026 16:20
Ghostly Kisses Səudiyyə Ərəbistanında səhnəyə çıxacaq

Səudiyyə Ərəbistanının sürətlə genişlənən canlı musiqi sektoru bu ilin sentyabr ayında daha bir məşhur simanı qəbul etməyə hazırlaşır. Kanadanın dünyaca ünlü "drim-pop" (dream-pop) ifaçısı "Ghostly Kisses" karyerasında ilk dəfə olaraq Krallıqda səhnəyə çıxacaq.

Səudiyyə orkestri İtaliyanı fəth etdi Bunu da oxuyun Səudiyyə orkestri İtaliyanı fəth etdi

Tanınmış müğənni və bəstəkar Yaxın Şərq turnesinə məhz Səudiyyə Ərəbistanından start verəcək. O, ilk olaraq sentyabrın 3-də Ciddə şəhərində, növbəti gün - sentyabrın 4-də isə paytaxt Ər-Riyadda musiqisevərlərin qarşısında çıxış edəcək.

View this post on Instagram

A post shared by Ghostly Kisses (@ghostlykisses)

Atmosferik səslənməsi, sehrli vokalı və kinematoqrafik səhnə performansları ilə tanınan "Ghostly Kisses" elektro-pop və melankolik üslubları birləşdirərək beynəlxalq aləmdə böyük dinləyici kütləsi qazanıb.

Hər iki konsertin keçiriləcəyi məkanlar və tədbirlərlə bağlı digər təfərrüatlar hələlik açıqlanmayıb. Yaxın həftələrdə ətraflı məlumatın veriləcəyi gözlənilir.

"Ghostly Kisses" layihəsinin arxasında kanadalı müğənni və mahnı müəllifi Margo Sove (Margaux Sauve), habelə bəstəkar və pianoçu Lui-Etyen Sante (Louis-Etienne Santais) dayanır. Margo Sove pop, indi və elektron musiqi sintezindən yaranan təkrarolunmaz üslubu, emosional sözləri və xüsusi vokal tembri ilə seçilir. Müğənni bu layihəyə 2010-cu illərin ortalarında başlayıb və qısa müddətdə səmimi ifaları ilə diqqəti cəlb edə bilib.

Beş yaşından skripka dərsləri alan Sove psixologiya fakültəsində təhsil alarkən ona hədiyyə edilən sintezatordan sonra gizlicə mahnılar yazmağa başlayıb. "Men I Trust" qrupunun üzvü Draqos Kiryakın (Dragos Chiriac) həvəsləndirməsi ilə o, musiqi sahəsində addımlamağa başlayıb və nəticədə Lui-Etyen Sante ilə əməkdaşlığa imza atıb. "Ghostly Kisses" səhnə adı Uilyam Folknerin "Une ballade des dames perdues" şeirindən ilhamlanaraq götürülüb ki, bu da Sovenin vokal üslubu ilə tam üst-üstə düşür.

Qrup "The City Holds My Heart", "Empty Note" və "Where Do Lovers Go" kimi məşhur trekləri ilə beynəlxalq səviyyədə böyük şöhrət qazanıb.

Musiqi dueti 2022-ci ildə "Heaven, Wait" adlı ilk albomunu, 2024-cü ildə isə "Darkroom" albomunu işıq üzünə çıxarıb. Sonuncu albom pərəstişkarlarının anonim şəkildə paylaşdığı etiraflardan və hekayələrdən ilhamlanaraq ərsəyə gətirilib; burada sevgi, kədər və insani hissələr musiqi melodiyalarına çevrilib.

Həm intim, həm də kinematoqrafik musiqisi ilə "Ghostly Kisses" Şimali Amerika və Avropa üzrə turlarda, eləcə də "SXSW" və Monreal Beynəlxalq Caz Festivalında çıxış edərək böyük pərəstişkar ordusu toplayıb. Onların mahnıları "Netflix"in "The Rain" və "Skam Italia" kimi məşhur seriallarında saundtrek kimi səslənib.

Məqalədə: #Ciddə #Ciddə dəniz limanı #Ghostly Kisses #Ghostly Kisses Səudiyyə Ərəbistanında səhnəyə çıxacaq #dream-pop #Louis-Etienne Santais #Margaux Sauve #canlı musiqi #Heaven Wait #atmospheric sound #Ghostly Kisses Səudiyyə Ərəbistanı konserti #Ghostly Kisses Ciddə və Ər-Riyad çıxışı #Ghostly Kisses kimdir Margo Sove #Səudiyyə Ərəbistanı konsert proqramı 2026 #Ghostly Kisses Saudi Arabia debut concert #The City Holds My Heart

Mövzu üzrə digər xəbərlər

Qəzza Kino Akademiyası Venesiya Film Festivalında fəaliyyətə başlayıb
ArabShow

Qəzza Kino Akademiyası Venesiya Film Festivalında fəaliyyətə başlayıb

8 Sentyabr 16:42
Syuzan Sarandon Fələstinə dəstəyinin Hollivuddakı karyerasına təsir etdiyini deyib
ArabShow

Syuzan Sarandon Fələstinə dəstəyinin Hollivuddakı karyerasına təsir etdiyini deyib

7 Sentyabr 11:12
Liverpul Ərəb İncəsənət Festivalına yeni rəhbər təyin olunub
ArabShow

Liverpul Ərəb İncəsənət Festivalına yeni rəhbər təyin olunub

5 Sentyabr 13:18
H&M və Elie Saab yeni kolleksiya təqdim edəcək
ArabShow

H&M və Elie Saab yeni kolleksiya təqdim edəcək

4 Sentyabr 12:06

Son Xəbərlər

Qətərin əmək naziri diplomatik missiyası başa çatan Türkiyə səfirini qəbul edib
Qətərin əmək naziri diplomatik missiyası başa çatan Türkiyə səfirini qəbul edib
18:40
Böyük Britaniya Yəməndə döyüşlərin dayandırılmasını tələb edir
Böyük Britaniya Yəməndə döyüşlərin dayandırılmasını tələb edir
18:36
İordaniya özünü xarici sərmayələr üçün regional mərkəz kimi təqdim edir
İordaniya özünü xarici sərmayələr üçün regional mərkəz kimi təqdim edir
18:26
İordaniya Livana 13-cü humanitar yardım karvanını göndərib
İordaniya Livana 13-cü humanitar yardım karvanını göndərib
18:15
Səudiyyə Ərəbistanı süni intellekt strategiyasını gücləndirir
Səudiyyə Ərəbistanı süni intellekt strategiyasını gücləndirir
18:12
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.