6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Arab+ ArabShow
ArabShow

Huda Qəttan və Kardi Bi əməkdaşlığa başlayır

İraq əsilli amerikalı vizajist və sahibkar Huda Qəttanın Dubayda əsasını qoyduğu "Huda Beauty" kosmetika brendi "Qremmi" mükafatlı reper Kardi Bi (Cardi B) ilə səs-küylü əməkdaşlığa imza atıb. Tərəfdaşlıq brendin məşhur "Easy Bake" kolleksiyasına daxil olan yeni "Ultra Snatched" bənövşəyi çalarlı fiksasiya toz-pudrasının təqdimatını hədəfləyir.

31 Avqust 2026 15:47

Əməkdaşlıq Huda Qəttan və Kardi Binin rol aldığı teatrlı sosial media kampaniyası vasitəsilə elan olunub. Yayımlanan videoda iki ulduzun görüşü "Dəli cümə" ("Freaky Friday") filminin motivlərindən ilhamlanan əyləncəli süjet xəttinə keçir və onlar rollarını dəyişirlər. Yumoristik kampaniyada "Huda Beauty" loqotipi müvəqqəti olaraq "Cardi Beauty" adı ilə əvəzlənib və diqqət mərkəzinə amerikalı reper yerləşdirilib. Videoçarx 10 sentyabrda rəsmi satışa çıxarılacaq "Ultra Snatched" pudrasının ilk görüntüləri ilə yekunlaşır.

Tərəfdaşlığın əsasını təşkil edən ikiçalarlı pudra dueti istifadəçilərə fərdi makiyaj yaratmaq imkanı verir. Məhsulun çəhrayı və bənövşəyi çalarları ayrı-ayrılıqda və ya qarışdırılaraq istifadə oluna bilər; bu rənglər dərini parlaqlaşdırmaqla yanaşı, üz cizgilərini daha qabarıq və səliqəli göstərmək üçün nəzərdə tutulub.

"Bodak Yellow", "I Like It" və "Up" kimi qlobal hitləri ilə tanınan Kardi Binin Yaxın Şərqdəki populyarlığı son illər regiona səfərləri, o cümlədən ötən il Ər-Riyadda keçirilən "MDLBEAST Soundstorm" festivalındakı çıxışı ilə daha da artıb.

Krallıqda olduğu müddətdə Ər-Riyadın "Solitaire Mall" ticarət mərkəzində görünən reper "Instagram"dakı canlı yayımında təəssüratlarını bölüşərək ölkənin dəbdəbəsini və qonaqpərvərliyini yüksək qiymətləndirmişdi: "Bu ölkə çox lüksdür... Qaldığım otaqda şəxsi idman zalım var və qastrol səfərlərinə hazırlaşmaq üçün burada məşq edirəm. Balaca uşaqlardan böyüklərə qədər hər kəs məni tanıyır. Buradakı insanlar olduqca nəzakətli və mehribandırlar. Gördüyüm ən xoşrəftar insanlardandırlar".

View this post on Instagram

A post shared by H̶U̶D̶A̶ CARDI BEAUTY (@hudabeauty)

Məqalədə: #ArabShow #Huda Qəttan #Huda Beauty #Qremmi #Cardi B #Easy Bake #Ultra Snatched #Freaky Friday #Huda Beauty Kardi Bi əməkdaşlığı 2026 #Huda Qəttan Ultra Snatched pudra #Easy Bake kolleksiyası yeni məhsul #Cardi B Huda Beauty reklam kampaniyası #Kardi Bi Ər Riyad səfəri və açıqlamaları #MDLBEAST Soundstorm Kardi Bi konserti #Huda Beauty Cardi B Ultra Snatched collaboration #Huda Kattan Easy Bake collection new release #Cardi B and Huda Kattan swap lives in hilarious Freaky Friday-inspired promo #MDLBEAST

Mövzu üzrə digər xəbərlər

Liverpul Ərəb İncəsənət Festivalına yeni rəhbər təyin olunub
ArabShow

Liverpul Ərəb İncəsənət Festivalına yeni rəhbər təyin olunub

5 Sentyabr 13:18
H&M və Elie Saab yeni kolleksiya təqdim edəcək
ArabShow

H&M və Elie Saab yeni kolleksiya təqdim edəcək

4 Sentyabr 12:06
Azərbaycanda da sevilən ərəb ulduzu qayıdır - Şirin Əbdülvahabdan yeni albom müjdəsi
ArabShow

Azərbaycanda da sevilən ərəb ulduzu qayıdır - Şirin Əbdülvahabdan yeni albom müjdəsi

3 Sentyabr 14:35
Huda Qəttan və Kardi Bi  əməkdaşlığa başlayır
ArabShow

Huda Qəttan və Kardi Bi əməkdaşlığa başlayır

31 Avqust 15:47

Son Xəbərlər

Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
14:53
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
14:23
Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb
Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb
13:56
BƏƏ-də viza qaydaları - Ölkəni tərk etmədən vizanın növünü necə dəyişmək olar?
BƏƏ-də viza qaydaları - Ölkəni tərk etmədən vizanın növünü necə dəyişmək olar?
13:00
İslamofobiya nədir və nə üçün bu qədər yayğındır?
İslamofobiya nədir və nə üçün bu qədər yayğındır?
12:40
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.