13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Arab+ ArabSport
ArabSport

Türkiyə millisinin 2026 Dünya Çempionatı seçmə mərhələsindəki ilk ev oyunu İspaniyaya qarşı olacaq

9 May 2025 15:48
Türkiyə millisinin 2026 Dünya Çempionatı seçmə mərhələsindəki ilk ev oyunu İspaniyaya qarşı olacaq

BAKI, AzerVoice

Türkiyə Futbol Federasiyasının (TFF) yaydığı məlumata görə, A Millî Komanda 2026 FIFA Dünya Çempionatının Avropa zonası üzrə seçmə mərhələsində mübarizəyə sentyabr ayında başlayacaq. Türkiyə, E qrupundakı ilk ev qarşılaşmasını 2024 Avropa çempionu İspaniya ilə keçirəcək.

AzerVoice xəbər verir ki, 7 sentyabr bazar günü saat 22:45-də start götürəcək oyun Konya şəhərində yerləşən Medaş Konya Böyükşəhər Stadionunda baş tutacaq.

TFF-nin açıqlamasında qeyd olunur ki, A Millî Komanda Konya stadionunda daha əvvəl 8 oyuna çıxıb. Bunların 7-si rəsmi, biri isə yoldaşlıq matçı olub. Türkiyə bu görüşlərdə 4 qələbə, 2 heç-heçə və 2 məğlubiyyət alıb. Komanda ümumilikdə 15 qol vurub, 7 qol buraxıb.

Medaş Konya Böyükşəhər Stadionu, daha əvvəl unudulmaz oyunlara da ev sahibliyi edib. Burada Türkiyə millisi EURO 2016 seçmə mərhələsində Hollandiya və İslandiyanı, EURO 2020-də Fransa, EURO 2024-də isə Latviyanı məğlub edib. Xüsusilə 2015-ci ildə İslandiyaya Selçuk İnanın son dəqiqə qolu ilə qalib gəlinməsi və 2019-cu ildə Fransaya qarşı tarixi 2:0 hesablı qələbə xatırlanır. 2023-cü ildə isə Türkiyə Latviya üzərində 4:0 hesablı ilk ev qələbəsini qazanaraq EURO 2024-ə vəsiqə əldə etmişdi.

Türkiyə millisi seçmə mərhələdəki ilk oyununu 4 sentyabr cümə axşamı Gürcüstana qarşı səfərdə keçirəcək. Görüş Tiflisdəki Boris Paichadze Milli Stadionunda Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Məqalədə: #Türkiyə #TFF #2026 Dünya Çempionatı seçmə mərhələ #Türkiyə İspaniya oyunu #EURO 2024 Türkiyə #Gürcüstan Türkiyə oyunu 2024 #Türkiyə Fransa futbol oyunu #Türkiyə futbol tarixi

Mövzu üzrə digər xəbərlər

Olimpiya məşəli Afrikada ilk dəfə Seneqala çatdırıldı
ArabSport

Olimpiya məşəli Afrikada ilk dəfə Seneqala çatdırıldı

08:28
Əl-Əhli Səudiyyə Qadınlar Liqasında liderliyə yüksəldi
ArabSport

Əl-Əhli Səudiyyə Qadınlar Liqasında liderliyə yüksəldi

07:55
Ciddədə 27-ci Körfəz Kuboku 8 ölkənin iştirakı ilə başlayır
ArabSport

Ciddədə 27-ci Körfəz Kuboku 8 ölkənin iştirakı ilə başlayır

12 Sentyabr 17:17
FİFA Bağdadda yeni idman mərkəzinin inşasını maliyyələşdirir
ArabSport

FİFA Bağdadda yeni idman mərkəzinin inşasını maliyyələşdirir

11 Sentyabr 15:44

Son Xəbərlər

İordaniya Kralı II Abdullah BƏƏ-yə səfər edib
İordaniya Kralı II Abdullah BƏƏ-yə səfər edib
18:43
Səudiyyə Ərəbistanında erkən islama aid 60-dan çox kitabə aşkarlandı (FOTO)
Səudiyyə Ərəbistanında erkən islama aid 60-dan çox kitabə aşkarlandı (FOTO)
18:36
İran yük gəmisi Hörmüz boğazında hücuma məruz qalıb - 1 ölüb
İran yük gəmisi Hörmüz boğazında hücuma məruz qalıb - 1 ölüb
18:27
İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb
İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb
18:03
Osmanlı salnamələrində Əmir Teymur - Qəddar hökmdar, yoxsa ilahi cəzanın vasitəçisi?
Osmanlı salnamələrində Əmir Teymur - Qəddar hökmdar, yoxsa ilahi cəzanın vasitəçisi?
18:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.