13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Arab+ ArabSport
ArabSport

Ronaldo 2025 Esports Dünya Kubokunun qlobal səfiri təyin olunub

Portuqaliyalı futbol ulduzu və Əl-Nəsr klubunun kapitanı Kriştiano Ronaldo, 2025-ci ildə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək Esports Dünya Kuboku (EWC) üçün qlobal səfir təyin olunub.

14 İyun 2025 12:34
Ronaldo 2025 Esports Dünya Kubokunun qlobal səfiri təyin olunub

BAKI, AzerVoice

Portuqaliyalı futbol ulduzu və Əl-Nəsr klubunun kapitanı Kriştiano Ronaldo, 2025-ci ildə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək Esports Dünya Kuboku (EWC) üçün qlobal səfir təyin olunub.

AzerVoice xəbər verir ki, bu barədə Esports World Cup Foundation rəsmi açıqlama yayıb.

Ronaldo bu təyinatla, iyulun 7-dən avqustun 24-dək davam edəcək və esports tarixinin ən böyük tədbiri hesab edilən bu turnirin beynəlxalq tanıtım kampaniyasına rəhbərlik edəcək. Səfir kimi o, Riyaddakı Boulevard City ərazisində təşkil olunacaq yeddi həftəlik turnirdə aparıcı tədbirlərin iştirakçısı olacaq.

Kriştiano Ronaldo həmçinin turnirin 25 əsas oyunundan biri olan FATAL FURY: City of the Wolves videooyununda oynanıla bilən personaj kimi təqdim olunacaq. 1 milyarddan çox sosial media izləyicisi olan ulduz futbolçunun, turnirə qlobal diqqəti artıracağı və yeni auditoriyaları esport dünyasına cəlb edəcəyi gözlənilir.

Ronaldo açıqlamasında bildirib ki, idman daim dəyişir və esports bu dəyişimin gələcəyə açılan qapısıdır. O vurğulayıb ki, esports oyunçularında gördüyü istedad, hədəfə bağlılıq və əzmkarlıq, onun öz futbol karyerasındakı təcrübələri ilə üst-üstə düşür:

“Bu gənc istedadların yanında olmaq və onları dəstəkləmək mənim üçün böyük ilham mənbəyidir” – deyə o qeyd edib.

Bu il keçiriləcək Esports Dünya Kuboku, 24 oyunda 25 turnir formatında olacaq və 100-dən çox ölkədən 2,000-dən çox peşəkar oyunçu və 200 klubun iştirakını təmin edəcək. Ümumi mükafat fondu 70 milyon ABŞ dollarını ötəcək.

Məqalədə: #Səudiyyə Ərəbistanı #Portuqaliya #Ronaldo #Kriştiano Ronaldo #Ər-Riyad

Mövzu üzrə digər xəbərlər

Olimpiya məşəli Afrikada ilk dəfə Seneqala çatdırıldı
ArabSport

Olimpiya məşəli Afrikada ilk dəfə Seneqala çatdırıldı

08:28
Əl-Əhli Səudiyyə Qadınlar Liqasında liderliyə yüksəldi
ArabSport

Əl-Əhli Səudiyyə Qadınlar Liqasında liderliyə yüksəldi

07:55
Ciddədə 27-ci Körfəz Kuboku 8 ölkənin iştirakı ilə başlayır
ArabSport

Ciddədə 27-ci Körfəz Kuboku 8 ölkənin iştirakı ilə başlayır

12 Sentyabr 17:17
FİFA Bağdadda yeni idman mərkəzinin inşasını maliyyələşdirir
ArabSport

FİFA Bağdadda yeni idman mərkəzinin inşasını maliyyələşdirir

11 Sentyabr 15:44

Son Xəbərlər

İran yük gəmisi Hörmüz boğazında hücuma məruz qalıb - 1 ölüb
İran yük gəmisi Hörmüz boğazında hücuma məruz qalıb - 1 ölüb
18:27
İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb
İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb
18:03
Osmanlı salnamələrində Əmir Teymur - Qəddar hökmdar, yoxsa ilahi cəzanın vasitəçisi?
Osmanlı salnamələrində Əmir Teymur - Qəddar hökmdar, yoxsa ilahi cəzanın vasitəçisi?
18:00
Piri Rəis kimdir?
Piri Rəis kimdir?
16:23
Dubayda “Məhəmməd bin Raşid Liderlik Medalı”nın ilk qalibi müəyyənləşib
Dubayda “Məhəmməd bin Raşid Liderlik Medalı”nın ilk qalibi müəyyənləşib
15:55
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.