4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Arab+ ArabSport
ArabSport

Porto Qalatasarayın 20 milyonluq təklifini rədd etdi

Porto rəhbərliyi Qalatasarayın təklifini oyunçunun real dəyərindən çox aşağı hesab edərək danışıqlar aparmaqdan imtina edib. Yeni baş məşqçi Françesko Fariolinin komandasında əsas fiqur olan Kostanın satılması gündəmdə deyil.

20 Avqust 2025 12:23
Porto Qalatasarayın 20 milyonluq təklifini rədd etdi

Bakı, AzerVoice, Fərid Mikayılov

Portuqaliyanın Porto klubu qapıçısı Diogo Kosta üçün Qalatasarayın təqdim etdiyi 20 milyon avroluq rəsmi təklifi geri çevirib.

AzerVoice xəbər verir ki, klub rəhbərliyi 25 yaşlı kapitanı satmaq fikrində deyil və oyunçunun müqaviləsindəki 75 milyon avroluq sərbəstqalma bəndinə istinad edir.

Porto rəhbərliyi Qalatasarayın təklifini oyunçunun real dəyərindən çox aşağı hesab edərək danışıqlar aparmaqdan imtina edib. Yeni baş məşqçi Françesko Fariolinin komandasında əsas fiqur olan Kostanın satılması gündəmdə deyil.

Qalatasaray Fernando Musleranın ayrılmasından sonra yeni qapıçı axtarışına başlayıb. Sarı-qırmızılıların birinci hədəfi Mançester Sitinin braziliyalı qapıçısı Ederson olsa da, bu transferlə bağlı hələlik razılıq əldə olunmayıb. Alternativ olaraq Costa üçün edilən təklif də uğursuz nəticələnib.

2019-cu ildən Portonun əsas heyətində çıxış edən Kosta, indiyədək 276 oyuna çıxıb və 110 dəfə qapısını toxunulmaz saxlayıb. Portuqaliya millisinin əsas qapıçısı olan Kosta bu yay Millətlər Liqasının qalibi olub və klubun son uğurlarında aparıcı rol oynayıb. O, həm yerli, həm də Avropa yarışlarında həlledici qurtarışları ilə diqqət çəkib.

Məqalədə: #Türkiyə #UEFA #Portuqaliya #Qalatasaray #UEFA Millətlər Liqası #Trendyol Superliqası #Porto #Türkiyə Super Liqası #Diogo Kosta #Muslera

Mövzu üzrə digər xəbərlər

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

16:38
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

11:56
İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir
Türkiyə

İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir

3 Sentyabr 11:04
Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb
Türkiyə

Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb

2 Sentyabr 15:56

Son Xəbərlər

İtamar Ben-Qvir Qəzza əhalisinin köçürülməsi üçün 20 milyard dollarlıq plan açıqlayıb
İtamar Ben-Qvir Qəzza əhalisinin köçürülməsi üçün 20 milyard dollarlıq plan açıqlayıb
20:19
Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib
Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib
20:13
Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi –  Daşkənd Bəyannaməsi qəbul edildi
Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi – Daşkənd Bəyannaməsi qəbul edildi
19:56
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
19:05
Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
18:51
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.