12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Arab+ ArabSport
ArabSport

FIFA penaltı qaydalarında dəyişiklik təklif edir

Məsələ FIFA prezidenti Canni İnfantino ilə Hakimlər Komitəsinin rəhbəri Pyerluidji Kollina arasında müzakirə olunub və tərəflər dəyişikliyin zəruriliyi barədə razılığa gəliblər. Qaydanın 2026–2027 mövsümündə qüvvəyə minməsi üçün Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (IFAB) təsdiqi tələb olunur.

24 Sentyabr 2025 13:28
FIFA penaltı qaydalarında dəyişiklik təklif edir

BAKI,AzerVoice,Fərid Mikayılov

FIFA futbol qaydalarında köklü dəyişiklik etməyə hazırlaşır.

AzerVoice xəbər verir ki, yeni qaydaya əsasən, penalti vuruşunda qapıçı topu dəf etdikdə, topun istiqamətindən asılı olmayaraq “qapı vuruşu” qərarı veriləcək.

Məsələ FIFA prezidenti Canni İnfantino ilə Hakimlər Komitəsinin rəhbəri Pyerluidji Kollina arasında müzakirə olunub və tərəflər dəyişikliyin zəruriliyi barədə razılığa gəliblər. Qaydanın 2026–2027 mövsümündə qüvvəyə minməsi üçün Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (IFAB) təsdiqi tələb olunur.

Yeni sistemlə penalti zamanı digər futbolçuların cərimə meydançası ətrafında düzülməsinin və xətt pozuntusuna görə sarı vərəqə ilə cəzalandırılmasının qarşısı alınacaq.

FIFA həmçinin penaltilərdə “ikili toxunuş” qaydasında da dəyişiklik təklif edir. Əgər oyunçu topa ikinci toxunuşu qeyri-ixtiyari edərsə, vurulan qol qüvvədə saxlanılacaq. Bu dəyişikliyin səbəbi ötən mövsüm Çempionlar Liqasında “Atletiko Madrid”in futbolçusu Xulian Alvarezin penalti qolunun eyni vəziyyət üzündən ləğv olunmasıdır.

Qaydaların qüvvəyə minməsi üçün IFAB-ın rəsmən təsdiqi gözlənilir. Əgər qəbul olunarsa, futbol tarixində penalti qaydalarında ən böyük dəyişikliklərdən biri həyata keçiriləcək.

Məqalədə: #FİFA #Canni İnfantino #UEFA Çempionlar Liqası #FIFA penalti qaydası #yeni futbol qaydaları #penalti vuruşu dəyişiklik #Pyerluidji Kollina #2026–2027 mövsümü

Mövzu üzrə digər xəbərlər

Ciddədə 27-ci Körfəz Kuboku 8 ölkənin iştirakı ilə başlayır
ArabSport

Ciddədə 27-ci Körfəz Kuboku 8 ölkənin iştirakı ilə başlayır

17:17
FİFA Bağdadda yeni idman mərkəzinin inşasını maliyyələşdirir
ArabSport

FİFA Bağdadda yeni idman mərkəzinin inşasını maliyyələşdirir

11 Sentyabr 15:44
Taifdəki dəvə bir qaçışa milyonçu oldu
ArabSport

Taifdəki dəvə bir qaçışa milyonçu oldu

10 Sentyabr 11:23
“Əl-İttihad” kino və televiziya sektoruna daxil olur
ArabSport

“Əl-İttihad” kino və televiziya sektoruna daxil olur

8 Sentyabr 19:51

Son Xəbərlər

Misir Prezidenti beynəlxalq dəniz yollarının açıq saxlanmasına çağırıb
Misir Prezidenti beynəlxalq dəniz yollarının açıq saxlanmasına çağırıb
19:21
Yəmən Səudiyyənin neft kəmərinə hücumu pisləyib
Yəmən Səudiyyənin neft kəmərinə hücumu pisləyib
19:01
Bəhreyn Hörmüz danışıqlarına qatılmayacaq
Bəhreyn Hörmüz danışıqlarına qatılmayacaq
18:58
Qatar Charity 809 milyon riyallıq layihələr həyata keçirib
Qatar Charity 809 milyon riyallıq layihələr həyata keçirib
18:51
Neftin 104 dolları keçməsi Misirdə yanacağı bahalaşdıracaqmı?
Neftin 104 dolları keçməsi Misirdə yanacağı bahalaşdıracaqmı?
18:46
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.