9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Arab+ ArabSport
ArabSport

İkardinin qolu Qalatasaray-a ardıcıl 7-ci qələbəni gətirdi

Süper Liqanın 7-ci həftəsinin açılış oyununda Galatasaray səfərdə Alanyaspor-u 1:0 hesabı ilə məğlub etdi. Sarı-qırmızılılar bu nəticə ilə klub tarixində ilk dəfə olaraq mövsümə 7 qələbə ilə start vermiş oldu. Alanya Oba Stadionunda baş tutan qarşılaşmada yeganə qolu 23-cü dəqiqədə Mauro İcardi vurdu. Arjantinli hücumçu, Singo-nun ötürməsini qola çevirərək ardıcıl 4-cü liqa oyununda da fərqləndi.İlk hissədə başqa qol olmayıb və Galatasaray fasiləyə 1:0 üstünlük ilə yollanıb.

26 Sentyabr 2025 23:24
İkardinin qolu Qalatasaray-a ardıcıl 7-ci qələbəni gətirdi

BAKI, AzerVoice, Nailə Babazadə

Süper Liqanın 7-ci həftəsinin açılış oyununda Qalatasaray səfərdə Alanyaspor-u 1:0 hesabı ilə məğlub etdi. Sarı-qırmızılılar bu nəticə ilə klub tarixində ilk dəfə olaraq mövsümə 7 qələbə ilə start vermiş oldu.

AzerVoice xəbər verir ki, Alanya Oba Stadionunda baş tutan qarşılaşmada yeganə qolu 23-cü dəqiqədə Mauro İkardi vurdu. Arjantinli hücumçu, Singo-nun ötürməsini qola çevirərək ardıcıl 4-cü liqa oyununda da fərqləndi.

İlk hissədə başqa qol olmayıb və Qalatasaray fasiləyə 1:0 üstünlük ilə yollanıb.

71-ci dəqiqədə meydan sahiblərində əvəzləmə zamanı meydana çıxan oyunçu tanış sima idi – Qalatasaray əfsanəsi Georghe Hagi-nin oğlu, Ianis Hagi.

84-cü dəqiqədə isə Barış Alper Yılmazın yerinə Qalatasarayın zədədən qayıdan yeni transferi Viktor Osimhen oyuna daxil olub.

Oyunun ikinci hissəsində hər iki komanda qol fürsətləri yaratsa da, hesab dəyişməyib. Beləliklə, Okan Burukun yetirmələri liqada 21 xala yüksələrək liderlik yürüşünü davam etdirir.

Qalatasaray növbəti turda İstanbul derbisində Beşiktaşı qəbul edəcək. Dörd oyundan sonra uduzan Alanyaspor isə Gençlerbirliyi ilə qarşılaşacaq.

Digər tərəfdən, bu mövsüm Türkiyəni UEFA Çempionlar Liqasında təmsil edən Qalatasaray, 30 sentyabr Çərşənbə axşamı günü evində Liverpulu qəbul edəcək.

Məqalədə: #Qalatasaray #Osimhen Galatasaray 2024 #Galatasaray transfer hədəfi #Türkiyə Super Liqası #Süper Liqa rekord qollar #Süper Liqa sürətli qollar #Süper Liqa erkən qollar #Alanyaspor

Mövzu üzrə digər xəbərlər

“Əl-İttihad” kino və televiziya sektoruna daxil olur
ArabSport

“Əl-İttihad” kino və televiziya sektoruna daxil olur

8 Sentyabr 19:51
Səudiyyə Peşəkar Liqasında transfer pəncərəsinin ən uğurlu klubu Əl-Hilal oldu
ArabSport

Səudiyyə Peşəkar Liqasında transfer pəncərəsinin ən uğurlu klubu Əl-Hilal oldu

7 Sentyabr 20:39
Səudiyyə şahzadəsinin atı Almaniyada nüfuzlu yarışda tarixi qələbə qazanıb
ArabSport

Səudiyyə şahzadəsinin atı Almaniyada nüfuzlu yarışda tarixi qələbə qazanıb

7 Sentyabr 10:38
Səudiyyə Ərəbistanının U-20 millisi Qətəri məğlub edərək Asiya çempionatına vəsiqə qazanıb
ArabSport

Səudiyyə Ərəbistanının U-20 millisi Qətəri məğlub edərək Asiya çempionatına vəsiqə qazanıb

7 Sentyabr 10:03

Son Xəbərlər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
00:22
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
00:01
Tarixdə bu gün – 9 Sentyabr
Tarixdə bu gün – 9 Sentyabr
00:01
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
8 Sentyabr 21:54
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
8 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.