İkardinin qolu Qalatasaray-a ardıcıl 7-ci qələbəni gətirdi
Süper Liqanın 7-ci həftəsinin açılış oyununda Galatasaray səfərdə Alanyaspor-u 1:0 hesabı ilə məğlub etdi. Sarı-qırmızılılar bu nəticə ilə klub tarixində ilk dəfə olaraq mövsümə 7 qələbə ilə start vermiş oldu. Alanya Oba Stadionunda baş tutan qarşılaşmada yeganə qolu 23-cü dəqiqədə Mauro İcardi vurdu. Arjantinli hücumçu, Singo-nun ötürməsini qola çevirərək ardıcıl 4-cü liqa oyununda da fərqləndi.İlk hissədə başqa qol olmayıb və Galatasaray fasiləyə 1:0 üstünlük ilə yollanıb.
Galatasaray Lazio ilə qarşılaşacaq – Sane və Osimhen üçün imza mərasimi keçiriləcək
Galatasaray 2025–2026 mövsümünə hazırlıq çərçivəsində İtaliyanın Lazio klubu ilə yoldaşlıq oyununda qarşılaşacaq. Görüş 2 avqust axşamı saat 22:00-da İstanbulda, RAMS Park stadionunda keçiriləcək. Sarı-qırmızılılar son olaraq 2021-ci ildə UEFA Avropa Liqasında qarşılaşdığı Lazio ilə bu dəfə hazırlıq oyunu çərçivəsində üz-üzə gələcək. Komandalar arasında o dövrdə keçirilən görüşlərdə Galatasaray İstanbulda 1:0 qalib gəlmiş, Romadakı matç isə qolsuz bərabərliklə başa çatmışdı.
Napoli, Qalatasarayın 70 milyon avroluq təklifini rədd etdi
İtaliyanın Napoli futbol klubu Nigeriyalı hücumçu Viktor Osimhen üçün Qalatasaray tərəfindən irəli sürülən 70 milyon avroluq təklifi rədd edib.