15 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Arab+ ArabSport
ArabSport

Türkiyə ilə Bolqarıstan 24-cü dəfə üz-üzə gəlir

Türkiyə və Bolqarıstan A milli futbol komandaları, Sofiyada keçiriləcək 2026 FIFA Dünya Kubokunun Avropa seçmə mərhələsi oyunu ilə 100 il ərzində 24-cü dəfə üz-üzə gələcək. Türkiyə və Bolqarıstan milli komandaları arasında ilk qarşılaşma 100 il əvvəl baş tutub. A Milli Komanda, 100 illik qarşılaşma tarixində oynadığı 23 oyunun 7-də qalib gəlib, 10 matçda isə Bolqarıstan qalib olub. Rəqiblər arasındakı 6 görüş isə heç-heçə ilə nəticələnib.

11 Oktyabr 2025 16:15
Türkiyə ilə Bolqarıstan 24-cü dəfə üz-üzə gəlir

BAKI, AzerVoice, Nailə Babazadə

Türkiyə və Bolqarıstan A milli futbol komandaları, Sofiyada keçiriləcək 2026 FIFA Dünya Kubokunun Avropa seçmə mərhələsi oyunu ilə 100 il ərzində 24-cü dəfə üz-üzə gələcək.

Türkiyə və Bolqarıstan milli komandaları arasında ilk qarşılaşma 100 il əvvəl baş tutub.

A Milli Komanda, 100 illik qarşılaşma tarixində oynadığı 23 oyunun 7-də qalib gəlib, 10 matçda isə Bolqarıstan qalib olub. Rəqiblər arasındakı 6 görüş isə heç-heçə ilə nəticələnib.

1925-ci ildən başlayan bu qarşılaşmalarda Türkiyə 36 qol vurub, Bolqarıstan isə 43 qolla cavab verib.

Ay-ulduzlular, 102 illik tarixlərində Rumıniya ilə 26 dəfə qarşılaşdıqdan sonra ən çox oyunu Bolqarıstanla keçiriblər.

Türkiyə, Bolqarıstanla Balkan Kubokundakı 5 oyun istisna olmaqla, yalnız yoldaşlıq görüşlərində qarşılaşıb.

Bu dəfə A Milli Komanda Bolqarıstanla ilk dəfə Dünya Kuboku seçmə mərhələsində qarşılaşacaq.

Ay-ulduzlular, iki komanda arasında 4 aprel 1925-ci ildə Taksim Stadionunda keçirilən ilk oyunu 2-1 hesabı ilə qələbə ilə başa vurub.

Həmin qarşılaşmada milli komandanın qollarını Mehmet Leblebi və Sabih Arca vurublar.

Türkiyənin Bolqarıstana qarşı 1931 və 1974-cü illərdə 5-1 hesabı ilə iki ağır məğlubiyyəti də mövcuddur.

Türk Milli Komandası, rəqibinə qarşı ən fərqli hesablı qələbəsini isə 2015-ci ildə oynanan oyunda 4-0 hesabı ilə əldə edib.

8 iyun 2015-ci ildə Recep Tayyip Erdoğan Stadionunda keçirilən son oyunu Türkiyə, Hakan Çalhanoğlu və Burak Yılmazın hərəyə iki qolu ilə 4-0 qazanıb.

Məqalədə: #Türkiyə #FİFA #Bolqarıstan #Türkiyə millisi #FİFA Klublararası Dünya Çempionatı #2026 FIFA Dünya Kuboku Avropa seçmə mərhələsi

Mövzu üzrə digər xəbərlər

Asiya Çempionlar Liqasının yeni mövsümü gərgin oyunlarla başlayıb
ArabSport

Asiya Çempionlar Liqasının yeni mövsümü gərgin oyunlarla başlayıb

09:32
Səudiyyə futbol qurumları Diogu Jota ilə bağlı şüarlara görə tədbir görəcək
ArabSport

Səudiyyə futbol qurumları Diogu Jota ilə bağlı şüarlara görə tədbir görəcək

14 Sentyabr 20:17
Olimpiya məşəli Afrikada ilk dəfə Seneqala çatdırıldı
ArabSport

Olimpiya məşəli Afrikada ilk dəfə Seneqala çatdırıldı

13 Sentyabr 08:28
Əl-Əhli Səudiyyə Qadınlar Liqasında liderliyə yüksəldi
ArabSport

Əl-Əhli Səudiyyə Qadınlar Liqasında liderliyə yüksəldi

13 Sentyabr 07:55

Son Xəbərlər

Abbas Əraqçi Pekində Van İ ilə görüşəcək
Abbas Əraqçi Pekində Van İ ilə görüşəcək
13:54
Səudiyyədə topdansatış qiymətləri 4,6 faiz, kimyəvi maddələr isə 51,4 faiz bahalaşıb
Səudiyyədə topdansatış qiymətləri 4,6 faiz, kimyəvi maddələr isə 51,4 faiz bahalaşıb
13:45
İraq parlamentindən demokratiya çağırışı
İraq parlamentindən demokratiya çağırışı
13:40
İordaniya və NATO birgə təlimə hazırlaşır
İordaniya və NATO birgə təlimə hazırlaşır
13:17
Səudiyyə Ərəbistanı husilərin hücumlarını pisləyib
Səudiyyə Ərəbistanı husilərin hücumlarını pisləyib
13:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.