13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Arab+ ArabSport
ArabSport

Qətərdə keçirilən İdman Yayı Festivalı ciddi marağa səbəb olub

Qətər Hər Kəs Üçün İdman Federasiyası cəmiyyətin müxtəlif təbəqələrinin və bütün yaş qruplarının geniş iştirakı ilə keçirilən "İdman Yayı 2026" proqramının uğurunu alqışlayıb. Tədbirlər parklar, idman klubları, gənclər və ticarət mərkəzləri, məhəllə meydançaları, məktəblər və müxtəlif idman obyektləri də daxil olmaqla 65-dən çox mekanda təşkil olunub.

13 Avqust 2026 12:56

İdman və Gənclər nazirinin məsləhətçisi, Qətər Hər Kəs Üçün İdman Federasiyasının sədri Əbdülrəhman bin Müslüm Əd-Dosari bildirib ki, proqramın qazandığı uğur əhalinin idmanla məşğul olmağa artan marağında öz əksini tapır. 65-dən çox fərqli mekanda təşkil edilən tədbirlərdə iştirakçıların sayı 36 100 nəfəri keçib.

O vurğulayıb ki, bu kütləvi iştirak cəmiyyətin bütün təbəqələrinə çıxış əldə etməyin mümkünlüyünü, idmanı gündəlik həyatın bir hissəsinə çevirərək uşaqlarda idman vərdişlərini aşılamağın və "Qətər Milli Vizyonu 2030" məqsədlərinə doğru irəliləməyin əhəmiyyətini bir daha sübut edir.

Əd-Dosari fəaliyyət dairəsinin idman klubları, gənclər mərkəzləri, idman zalları, parklar və məktəblər arasında bölünməsi sayəsində cəmiyyətin ən geniş təbəqələrinə çatdıqlarını və bunun Federasiyanın planlarının uğurundan xəbər verdiyini bildirib.

O, İdman və Gənclər Nazirliyinin davamlı dəstəyinin, eləcə də 50-dən çox tərəfdaş qurum və müəssisə ilə səmərəli əməkdaşlığın uğurun əsas amillərindən biri olduğunu, inteqrasiya olunmuş idman mühitinin yaradılmasına və proqramın yüksək səviyyədə keçirilməsinə kömək etdiyini vurğulayıb.

Qətər Hər Kəs Üçün İdman Federasiyasının icraçı direktoru Abdulla Əd-Dosari isə bildirib ki, "İdman Yayı 2026" proqramının əsas məqsədi İdman və Gənclər Nazirliyinin, Federasiyanın və digər tərəfdaş qurumların birgə səyi ilə yay tətilini fiziki aktivlik, sağlamlığın möhkəmləndirilməsi, bacarıqların artırılması və asudə vaxtın səmərəli dəyərləndirilməsi fürsətinə çevirmək olub.

O qeyd edib ki, proqram çərçivəsində tətbiq edilən tədbirlərin rəngarəngliyi, o cümlədən Lusail İdman Zalında keçirilən uşaq düşərgəsi, ticarət mərkəzlərindəki addım yarışları, Təhsil Şəhərciyində qadınlar üçün təşkil edilən tədbirlər, Muay-Tay və üzgüçülük məşqləri kütləvi iştirakın təmin edilməsində böyük rol oynayıb.

Məqalədə: #Qətər Milli Vizyonu 2030 #Qətər Hər Kəs Üçün İdman Federasiyası #Qətər İdman Federasiyası #Əbdülrəhman bin Müslüm Əd-Dosari #İdman Yayı 2026 #Qətər İdman və Gənclər Nazirliyi #Lusail İdman Zalı uşaq düşərgəsi #Qətər kütləvi idman tədbirləri #Qətər Milli Vizyonu 2030 idman #Qatar Sport for All Summer 2026 #Qatar Sports For All Federation QSFFA

Mövzu üzrə digər xəbərlər

Olimpiya məşəli Afrikada ilk dəfə Seneqala çatdırıldı
ArabSport

Olimpiya məşəli Afrikada ilk dəfə Seneqala çatdırıldı

08:28
Əl-Əhli Səudiyyə Qadınlar Liqasında liderliyə yüksəldi
ArabSport

Əl-Əhli Səudiyyə Qadınlar Liqasında liderliyə yüksəldi

07:55
Ciddədə 27-ci Körfəz Kuboku 8 ölkənin iştirakı ilə başlayır
ArabSport

Ciddədə 27-ci Körfəz Kuboku 8 ölkənin iştirakı ilə başlayır

12 Sentyabr 17:17
FİFA Bağdadda yeni idman mərkəzinin inşasını maliyyələşdirir
ArabSport

FİFA Bağdadda yeni idman mərkəzinin inşasını maliyyələşdirir

11 Sentyabr 15:44

Son Xəbərlər

Əbu-Dabidə 35-ci Beynəlxalq Kitab Sərgisi açılıb
Əbu-Dabidə 35-ci Beynəlxalq Kitab Sərgisi açılıb
11:17
İlk qadın Pandoranın yaradılışı və bəşəriyyətin cəzalandırılması
İlk qadın Pandoranın yaradılışı və bəşəriyyətin cəzalandırılması
11:00
İraqda Əcil neft yatağının inkişafı üzrə 25 illik müqavilə imzalanıb
İraqda Əcil neft yatağının inkişafı üzrə 25 illik müqavilə imzalanıb
10:17
Səudiyyə diplomatları Madrid və Londonda regional məsələləri müzakirə edib
Səudiyyə diplomatları Madrid və Londonda regional məsələləri müzakirə edib
10:09
Qətərdə süni intellekt üzrə biznes imkanları - Texnologiya, bazar potensialı və strateji sahələr hansılardır?
Qətərdə süni intellekt üzrə biznes imkanları - Texnologiya, bazar potensialı və strateji sahələr hansılardır?
10:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.