14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat Biznes
Biznes

Bakı limanı 2040-cı ilədək tullantıları azaltmağa çalışır

27 Aprel 2024 03:45
Bakı limanı 2040-cı ilədək tullantıları azaltmağa çalışır

Bakı. AzerVoice:

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı (BDTL) 15-20 il ərzində tullantıları sıfıra endirməyi planlaşdırır.

AzerVoice xəbər verir ki, bu barədə limanın icraçı direktoru Yucin Si "Euronews"a deyib.

"Biz bu yaxında karbon izinin ölçülməsini başa çatdırmışıq. Bu, karbon dioksid tullantılarının təqribən 60 faizinin gəmilərin payına düşdüyünə dair şübhələrimizi təsdiqlədi. Həmçinin, liman ərazisindəki nəqliyyat vasitələri və avadanlığın tullantıları var. Bu tədqiqatlar tullantıların azaldılması üzrə strateji planı konkretləşdirməyə kömək edəcək. Ola bilsin ki, təqribən 15-20 il sonra "Net Zero", yəni sıfır tullantı səviyyəsinə çataq", - Yucin Si deyib.

Onun sözlərinə görə, BDTL regionda "yaşıl" prosedurların və karbon emissiyasının azaldılması üçün iş proseslərinin tətbiqi ilə bağlı digər limanlar üçün nümunə olmaq istəyir.

BDTL ətraf mühitin mühafizəsi üzrə addımlar qismində çirkab sularının təmizlənməsi üzrə tədbirlər həyata keçirir.

"Çirkab sularının təmizlənməsi sistemimiz fırlanan bioloji kontaktor (RBC) texnologiyasından istifadə edən beş moduldan ibarətdir. Hər bir modul sutkada 500 kubmetr çirkab suyunu təmizləməyə qadirdir", - Yucin Si deyib.

Qeyd edək ki, BDTL Xəzər dənizində BMT-nin profil strukturlarından müvafiq sənədlər əldə etmiş yeganə "yaşıl liman"dır.

Bakı limanı 2040-cı ilədək tullantıları azaltmağa çalışır
Məqalədə: #Azərbaycan

Mövzu üzrə digər xəbərlər

Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü
Səudiyyə Ərəbistanı

Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü

13 Sentyabr 20:06
İordaniyada biznes və investisiya üçün hansı imkanlar var?
Biznes

İordaniyada biznes və investisiya üçün hansı imkanlar var?

13 Sentyabr 13:00
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
Biznes

Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu

12 Sentyabr 22:47
"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi
Biznes

"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi

12 Sentyabr 13:13

Son Xəbərlər

Suriya BAEA ilə 15 illik nüvə dosyesinin bağlandığını açıqlayıb
Suriya BAEA ilə 15 illik nüvə dosyesinin bağlandığını açıqlayıb
21:33
İordaniya 2030-cu ildə xristian dünyası üçün mühüm yubiley keçirəcək
İordaniya 2030-cu ildə xristian dünyası üçün mühüm yubiley keçirəcək
21:26
İran müharibəsi Körfəz ölkələrinin iqtisadi prioritetlərini dəyişə bilər
İran müharibəsi Körfəz ölkələrinin iqtisadi prioritetlərini dəyişə bilər
21:20
Qətər süni intellekt infrastrukturu reytinqində birinci olub
Qətər süni intellekt infrastrukturu reytinqində birinci olub
21:14
Qətər və Böyük Britaniya müdafiə əməkdaşlığını gücləndirir
Qətər və Böyük Britaniya müdafiə əməkdaşlığını gücləndirir
21:06
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.