8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Mədəniyyət
Mədəniyyət

Bugün “Qarabağ Mədəniyyəti” adlı ədəbi-bədii tədbir baş tutub

28 Fevral 2024 17:26
Bugün “Qarabağ Mədəniyyəti” adlı ədəbi-bədii tədbir baş tutub

Bakı. AzerVoice:

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Televiziyasının tərəfdaşlığı ilə 28 fevral tarixində “Qarabağ Mədəniyyəti” adlı ədəbi-bədii tədbir baş tutub.

Şəhriyar adına Mədəniyyət Mərkəzində keçirilən layihə Azərbaycan Milli Konservatoriyasının xor ansamblının Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirməsi ilə başlayıb. İlk olaraq Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Qədir Xəlilov və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin sədri Aynurə Salmanlı çıxış edib. Kulturoloq Fuad Məmmədov və Minəxanımın Əsədova Qarabağ mədəniyyəti mövzusunda çıxış edərək gənclərə Qarabağ barəsində maraqlı faktları çatdırıblar.

Tədbirin bədii hissəsi Bələdiyyə teatrının Xurşidbanu Natəvana həsr olunmuş kompozisiyası ilə başlayıb. Həmçinin, Azərbaycan Respublikasının xalq artisti Röya Ayxan, xalq artisti Könül Xasıyeva, müğənni və DSX kapitanı Elnarə Xəlilova, əməkdar artist Xəyyam Nisanov, əməkdar artist İlkin Əhmədov, əməkdar artist Elton Hüseynəliyev, xanəndə Rəvan Qocayev, aşıq Qoca Ərəbov və gənc şuşalı xanəndə Nuray Hacızadə öz ifaları ilə tədbirə rəng qatıblar.

“Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin sədri Aynurə Salmanlı jurnalistlərə layihə barəsində ətraflı məlumat verib və bildirib ki, Qarabağ mədəniyyəti sadəcə olaraq adət-ənənə toplusu deyil, bizi birləşdirən, bizi biz edən hər daşında, hər mahnısında, hər rəqsində tarixinin yaşadığı diyardır. Həmçinin, bu tədbiri keçirməklə Qarabağın zəngin və unikal mədəniyyəti ilə gəncləri  tanış etməkdən qürur duyduğunu qeyd edib.

Qeyd edək ki, TurkicWorld ilə “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi arasında rəsmi media tərəfdaşlığı 2024-cü ilin fevral ayının 15-də imzalanıb.

Məlumat üçün bildirək ki, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi 30 avqust 2012-ci ildən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb və yarandığı ilk gündən etibarən hər zaman gənclər siyasətinə dəstək olaraq, bu sahədə atılan addımlarda ön sıralarda yer alıb.

Birlik gənclərin vətənpərvərlik hisslərinin və dövlətçilik dəyərlərinin yüksəldilməsi məqsədilə gənclər sektorunda mühüm rol oynayan müxtəlif istiqamətlər üzrə çoxsaylı layihələr həyata keçirir.

Bugün “Qarabağ Mədəniyyəti” adlı ədəbi-bədii tədbir baş tutub Bugün “Qarabağ Mədəniyyəti” adlı ədəbi-bədii tədbir baş tutub Bugün “Qarabağ Mədəniyyəti” adlı ədəbi-bədii tədbir baş tutub Bugün “Qarabağ Mədəniyyəti” adlı ədəbi-bədii tədbir baş tutub Bugün “Qarabağ Mədəniyyəti” adlı ədəbi-bədii tədbir baş tutub
Məqalədə: #Azərbaycan Respublikasının Gənclər Fondu

Mövzu üzrə digər xəbərlər

Azərbaycan könüllülərinin iştirakı ilə “613 Justice for Khojaly” fləş-mobu keçirilib
Siyasət

Azərbaycan könüllülərinin iştirakı ilə “613 Justice for Khojaly” fləş-mobu keçirilib

26 Fevral 23:23
Gənclərin inkişafına yönəlmiş iki xüsusi tədbir uğurla həyata keçirilib
Cəmiyyət

Gənclərin inkişafına yönəlmiş iki xüsusi tədbir uğurla həyata keçirilib

18 Noyabr 2025 15:52
44 günlük müharibəyə həsr olunmuş tədbirlər həyata keçirilib
Cəmiyyət

44 günlük müharibəyə həsr olunmuş tədbirlər həyata keçirilib

10 Noyabr 2025 09:58
“Zəfər – Qürur Tariximiz” adlı ədəbi-bədii tədbir keçirilib
Cəmiyyət

“Zəfər – Qürur Tariximiz” adlı ədəbi-bədii tədbir keçirilib

10 Noyabr 2025 09:49

Son Xəbərlər

Yəmən ordusu  husilərə qarşı yeni cəbhə açdı
Yəmən ordusu husilərə qarşı yeni cəbhə açdı
07:01
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
06:52
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.